Şahin Mustafayev



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə8/9
tarix03.02.2017
ölçüsü2,99 Mb.
#7592
1   2   3   4   5   6   7   8   9

 
 
 
 
93 
al
ınmışdır. Bu gəmilərlə birlikdə üçüncü ölkə vasitəsi ilə (çünki 70-ci illərdə əski 
SSRİ-yə, o cümlədən ona daxil olan Azərbaycan SSR-ə  qarşı  yüksək 
texnologiyaların    satılmasını  qadağan  edən  embarqo mövcud idi və  HSA-lar da 
yüks
ək texnologiya avadanlıqları  sayılırdı)  İlk  heyətsiz  sualtı  aparatlar  alınaraq 
ölk
əyə  gətirildi. 1987-ci ildə  Yuqoslaviyada  inşa  olunan  «Titan»  tipli kran 
g
əmilərində İsveçdə istehsal olunmuş «SeaHook» adlı təftiş növlü HSA (4 ədəd), 
1988-ci ild
ə  Finlandiyada inşa  olunan  ixtisaslaşdırılmış  dalğıc  gəmisi  «Akademik 
Tofıq İsmayılov»da isə Böyük Britaniyada istehsal olunmuş «Skorpio-58» adlı işçi 
növlü HSA (1 
ədəd) bu gəmilərin tərkib  hissəsi  avadanlıqlar  kimi  alınaraq 
respublikaya g
ətirilmişdir.  HSA-lar  ölkəyə  gətirilən  kimi  adları  dəyişdirilmiş  və 
«Sea-Hook»lar  «D
əniz  qırğısı»  (Morskoy Yastreb), «Skorpio-58»  isə  «Xərçəng» 
(Krab)  adı  altında  istismara  buraxılmışdır.  Adıçəkilən HSA-lar bu gün də  dəniz 
neftçil
ərinin xidmətindədir. 
H
ərbi məqsədli istiqamət 
HSA-lar dem
ək  olar  ki,  yarandığı  gündən  KİSQV  formasından  başlayaraq,  bütün 
dövrl
ərdə  hərbi  məqsədlərdən  ötrü istifadə  olunmuşdıır.  Əksər hallarda HSA-ların   
əsas vəzifələri, sualtı obyektlərin yerlərinin müəyyənləşdirilməsi, faktiki vəziyyətinin 
d
əqiqləşdirilməsi  və  tələb olunduqda  çıxarılmasından  ibarət  olmuşdur.  Belə  maraq 
obyektl
əri dənizə  düşmüş  təyyarələr,  batmış  gəmilər, istifadə  olunmuş  artilleriya 
qurğuları və hərb üçün maraq kəsb edən digər müxtəlif avadanlıqlar ola bilər. 
İsveç      Hərbi   Dəniz  Donanması        tərəfindən  limanda digər ölkələrin 
sualtı      qayıqların  m      sərhəd    sularını    keçməsi  müəyyənləşdirilərkən 
HSA-lardan istifad
ə maraqlı bir fakt kimi qeydə alınıb. Digər    maraqlı nümunə isə   

 
 
 
 
94 
Yapon d
ənizində batmış Koreyaya məxsus sərnişin təyyarəsinə aid «qara qutu»nun 
tapılması olmuşdur. 
HSA-lardan 
geniş  şəkildə  Florida sahilləri  (ABŞ)  yaxınlığında  kosmik peykin 
partlayışından sonra dənizə düşərək batmış qalıqların    axtarılaraq tapılmasında və 
çıxarılmasında istifadə olunmuşdur. Digər hərbi məqsədli istifadə formaları, demək 
olar ki, istehsalat m
əqsədli istifadə formaları (dəniz dibinin tədqiqi, sualtı obyektlərə 
baxış və s.) ilə eynidir. HSA-lardan sırf hərbi məqsədlə yalnız, minalanmış sahələrin 
z
ərərsizləşdirilməsi zamanı istifadə olunur. Belə hallarda HSA-ların    işi minanın 
tapılmasında və onun yanında partladıcı maddənin yerləşdirilməsindən ibarət 
olur.  Bu 
işlər yerinə  yetirilib  qurtardıqdan  və  HSA gəminin göyərtəsinə 
qaldırıldıqdan  sonra  partladıcı  maddə  məsafədən  idarə  olunan  detonator  vasitəsi 
il
ə işə salınaraq, mina məhv edilir. 
Elmi istiqam
ət 
Çox q
əribədir ki, elmi ictimaiyyət müəyyən istisnalar olmaq şərtilə HSA-lara o 
q
ədər də maraq göstərməmişdir. Buna səbəb, bəlkə də elmi-tədqiqat proqramların 
m h
əyata keçirilməsinə  maneçilik törədən  maliyyələşmə  mənbələrinin  məhdud 
olması,  bəlkə  de, HSA-lardan istifadəyə  bütün proqram çərçivəsində  ehtiyac 
ol
maması, yaxud da ki, hər ikisi olmuşdur. Demək çətindir, lakin bəzi böyük dəniz 
ölk
ələrində,  məsələn,  ABŞ,  Kanada,  BÖyük  Britaniya,  Fransa  və  b. müəyyən 
proqramlar maliyy
ələşdirilərək həyata keçirilmişdir. 
ABŞ  okeanoqrafiya  institutları  «Scripps»  və  «Woods  Hole»  yedəkdə  daşınan 
HSA-lardan istifad
ə  edərək,  okeanın  böyük  dərinliklərində  tədqiqat  işləri  aparmış, 
toplanmış məlumatlar əsasında dəniz dibinin geoloji və geofiziki xəritələrini tərtib 

 
 
 
 
95 
etmişlər. Doktor Robert Ballardın rəhbərliyi ilə edilən «Woods Hole» institutunun 
elmi t
ədqiqatçılar  komandası  «Arqo»  adlanan HSA üçün TV kameradan və  yan 
görünüş  hidrolokatorundan (sonar) ibarət  xüsusi  asına  avadanlığı  işləyib 
hazırlamışlar. O dövrdə «Arqo»nu «dəniz dibinin tədqiqi üçün bütün dövrlər ərzində 
hazırlanmış  ən müvəffəqiyyətli  heyətsiz  sualtı  aparat»  kimi geniş  reklam edirdilər. 
Y
əqin ki, bunun bir səbəbi də 1985-ci ilin sentyabrında «Knorr» adlı elmi-tədqiqat 
g
əmisində  işləyən  «Arqo»nun 1912-ci ildə  aysberqlə  toqquşaraq  batmış  məşhur 
«Titanik»  g
əmisinin qalıqlarını  tapması  və  foto-video  materialların    hazırlanması 
ol
muşdur. Sonralar uzun müddət «Arqo» həm hərbi, həm də elmi məqsədlərdən ötrü 
Amerika H
ərbi Donanması tərəfindən istifadə olunmuşdur. 
HSA-dan h
əmçinin dəniz fauna və florasının öyrənilməsi, bəzi ölkələrdə dənizin 
dibind
ə  saxlanılan  radioaktiv  tullantıların    faktiki  vəziyyətinin yoxlanılması 
(m
əsələn,  ABŞ-da  ətraf mühitin mühafizəsi  agentliklərinin  təşəbbüsü ilə 
Kaliforniya sahill
ərinə  yaxın  məsafədə  yerləşdirilmiş  radioaktiv  tullantılar  olan 
silindrl
ərin faktiki vəziyyətinin  müəyyənləşdirilməsi üçün HSA-dan istifadə 
olunmuşdur),  dəniz neft-qazçıxarma özülləri sahəsində  ətraf mühitin dəyişməsinin 
müşahidəsi  məqsədi  ilə, geoloji və  bioloji  tədqiqatlar  (Kanada Daxili Sular 
M
ərkəzi bu məqsədlə  «HSA TROV-Bl»-dən istifadə  etmişdir)  aparılmasında 
istifad
ə edilmişdir. Və demək olar ki, göstərilə n sahələrdən başqa digər sahələrdə 
elmi  m
əqsədlə  HSA-lardan istifadə  geniş  vüsət  tapmamış  və  necə  deyərlər, bu 
sah
ələrdə hələ öz sözünü deməmişdir. 
HSA-
ların    əsas  istifadə  istiqamətlərindən danışdıqda  bu  istiqamətlərlə  tam 
üst-üst
ə düşməyən bəzi istifadə sahələrini də qeyd etmək lazımdır. Bunlar müxtəlif 

 
 
 
 
96 
t
əyinatlı (suelektrik stansiyaların m, su anbarların m, sahil bərkitmə qurğuların m və 
s.) b
əndlərin sualtı hissəsinin tədqiqatı, kanalizasiya borularının su altında yerləşən 
hiss
ələrinin tədqiqi, su dolmuş yeraltı lağımların    (tunel) tədqiqi, batmış gəmilərin 
daxili  hiss
əsinin  batma  səbəbinin  müəyyənləşdirilməsi üçün tədqiqi, dəniz 
arxeologiyası  və  s. ibarətdir. Bu istiqamətlərin hər biri özlüyündə  çox  maraqlıdır. 
M
əsələn, HSA-lar vasitəsi ilə  , 1813-cü ildə  Ontario gölündə  batmış  Amerika 
donanmasının  «Hamilton»  və  «Scouge»  1853-cü ildə  Arktika  buzları  arasında 
batmış Böyük Britaniya Hərbi-Dəniz Donanmasının «Breadalbane», təqribən 280 il 
bundan önc
ə  Kolumbiya sahillərində  yükü  qızıl  və  gümüş  əşyalardan  ibarət olan 
ispan qaleonu, 2002-ci ild
ə  Xəzər  dənizində  batmış  «Merkuri»  gəmiləri  məhz 
HSA-lar vasit
əsi ilə tədqiq edilmişdir. 
HSA-
ların    istifadəsi ilə əlaqədar olaraq 2002-ci ildə baş vermiş çox maraqlı bir 
hadis
əni diqqətinizə  çatdırmaq  istərdim: Bütün müsəlmanların  müqəddəs  şəhəri 
M
əkkədə Zəm-Zəm bulağı ətrafında yerin altında, təqribən 17-35 metr dərinlikdə, 
t
əqribən  4  km  uzunluğunda, su ilə  dolu, hündürlüyü 4 m, eni  3  m  olan  lağımın 
(tunel) faktiki v
əziyyətini  yoxlamaq üçün təftiş  işlərinin  aparılması  məcburiyyəti 
yaranır.  Bu  məqsədlə  Səudiyyə  Ərəbistanının  «DAR»  kompaniyası  Böyük 
Britani
yanın «ABWOOD» şirkətinə məxsus təyinatlı dairəvi əksetdirmə qabiliyyətli 
sonarla v
ə  videosistemlə, avtomatik rejimdə  koordinatların    yüksək dəqiqliklə 

əyyənləşdirilməsi  qurğusu  ilə  təchiz  olunmuş  HSA-nın  hazırlanmasını  və 
tuneld
ə təftiş-yoxlama işlərinin yerinə yetirilməsini həvalə edir. Müqavilə şerlərinə 
əsasən,  bilavasitə  işin  yerinə  yetirilməsi  müsəlman  mütəxəssisi  tərəfindən həyata 
keçirilm
əli idi. Xaraktercə  digər  işlərə  bənzəməyən  bu  işin  yerinə  yetirilməsi 

 
 
 
 
97 
yüks
ək  peşəkarlıq  tələb  edirdi. Uzun  axtarışlardan sonra «ABWOOD»  şirkəti öz 
seçimini ARDNŞ-ın Xəzər Dəniz Dalğıc və Qəza Xilasetmə İşləri İdarəsinin HSA 
d
əstəsinin rəhbəri  T.N.Əliyevin  üzərində  dayandırır.  Yüksək  səviyyədə  işlərin 
yerin
ə yetirilməsi bu seçimin heç də təsadüfi olmadığına bir daha sübut idi. 
 
HSA-
ların    istifadəsinin gələcəyi 
HSA-lardan istifad
ənin gələcəyi, xüsusən də, dənizdə neft-qazçıxarma ilə bağlı 
olan  sah
əsinin  gələcəyi  çox ümidvericidir. Daha dəqiq desək, HSA-ların   
istifad
əsinin  vacibliyi  haqqında  şübhələr  artıq  tarixdə  qalmışdır.  Bu  gün  söhbət 
yalnız  HSA-ların    və  onlar vasitəsi ilə  istifadə  olunan  avadanlıqların  çeşidlərinin 
genişləndirilməsindən  və  texniki  cəhətdən  daha da təkmilləşdirilməsindən gedir. 
Kamillik üçün is
ə məhdudiyyət yoxdur. 
İnsanın  alışmadığı,  onun  üçün  heç  də  həmişə  dost olmayan bir  mühit  sayılan 
d
ənizin soyuq və yüksək təzyiq altında olan ənginliklərinə göndərilməsi, bu məqsədlə 
HSA-lardan istifad
ə  olunması  ilə  müqayisə  olunmazdır  və  bir çox hallarda isə 
mümkün deyil. Bunu 
əyani şəkildə sübut edən hadisələrdən biri də 1985-ci ilin iyul 
aynda 
İrlandiyanın  cənub-qərb sahillərində  qəzaya  uğramış  Hindistana  məxsus  hava 

 
 
 
 
98 
laynerinin  «qara qutu»sunun HSA «SCARAB»  vasit
əsi  ilə  2012 metr dərinlikdən 
tapılaraq qaldırılması olmuşdur.  Bu  çox böyük  dəqiqliklə yerinə yetirilmiş  bir  iş  idi. 
T
əbii  ki,  insanın  bu  dərinliyə, necə  deyərlər,  «əliboş»  düşməsi (hər  halda, bu gün) 
fizioloji 
baxımdan mümkün deyil və bu qəbildən olan işlər yalnız HSA-lar vasitəsi ilə  
yerin
ə yetirilə  bilə r. Lakin heç vaxt yaddan çıxarmaq lazım deyil ki, suyun altında 
yalnız  insan  tərəfindən  yerinə  yetirilməsi  mümkün olan  işlər  həmişə  olub və 
olacaqdır. 
 
Hey
ətsiz Sualtı Aparat    «SCARAB» 
Bugünkü  texnologi
yanın  çox irəli  getməsinə  baxmayaraq,  HSA-ların    «əllər»i 
(manipulyatorları), «gözlər»i (TV kamera) və «düşünən beyni» (proqram təminatı) 
h
ələ mütləq kamillikdən çox uzaqdır və insanı tam əvəz edə bilməz. Heyətsiz Sualtı 
Aparatların    yarandığı  ilk  dövrlərdə  bu problemin həllini  heyətli  sualtı  aparatlar 
yaratmaqla  h
əll  etməyə  çalışmalar  olmuşdur.  Belə  aparatlara  monobarik heyətli 
sualtı aparatlar 
deyilir v
ə  adından da məlum  olduğu  kimi,  aparatın  insan  yerləşən  kamerasının 

ərisində sabit atmosfer təzyiqi olur ki, bu da fiziki cəhətdən dalğıc qədər hazırlıqlı 
olmayan müt
əxəssislərin suyun təkinə  bu  kimi  aparatların    içərisinə  düşmək 

 
 
 
 
99 
imkanı  verir.  Bu  növ  aparatlar  iki  variantda (avtonom, yəni,  daşıyıcı  (gəmi, özül, 
körpü v
ə s.) ilə  su altında olduğu müddətdə sərt əlaqəsi olmayan və ya daşıyıcı ilə 
s
ərt, kabel-buraz vasitəsi ilə əlaqəsi olan) olub, digər funksiyaların da HSA-lardan, 
dem
ək olar ki, heç nə ilə  fərqlənmirlər. 
Re
spublikamızda  1988-ci ildə  «Akademik  Tofiq  İsmayılov»  gəmisi ilə  
birlikd
ə  alınaraq ölkəyə  gətirilmiş  bir  ədəd  Böyük  Britaniya  istehsalı  olan 
«Duplus-11»  tipli bir n
əfərlik  heyətli  sualtı  aparat  mövcuddur.  Bu  aparat  həm 
hey
ətlə, həm də heyətsiz formada iş qabiliyyətinə malikdir. Hal-hazırda bu aparat 
istism
ardan  çıxarılmışdır  və  Xəzər Dəniz  Dalğıc  və  Qəza Xilasetmə  İşləri 
İdarəsində saxlanılır. 
Avtonom  hey
ətli  sualtı  aparatlara  mini  sualtı  qayıq  kimi  də  baxmaq olar. 
M
əsələn, «Komeks» (Fransa) kompaniyasının istehsalı olan 12 nəfərlik akril adlanan 
materialdan hazırlanmış şəffaf gövdəli mini sualtı qayıq Monaka sahillərində sualtı 
turist  g
əzintisi üçün istifadə olunmaqdan ötrü yaradılmış və bu günə kimi istismar 
olunur. Yen
ə  də  həmin kompaniya tərəfindən  yaradılmış  «Remora-2000»  iki 
n
əfərlik  mini  sualtı  qayıq  (heyətli  sualtı  aparat)  Marsel  şəhəri  yaxınlığında  sahil 
zonasında dəniz dibinin müşahidəsi və dərinlik dalğıc işləri,» xüsusən de, «Hidro» 
proqramı  üzrə  işlər yerinə  yetirilən zaman kompaniya rəhbərliyinin,  şəxsən 
«Komeks»  qrup kompa
niyaların  m  prezidenti  Anri Delozun və  proqrama cəlb 
edilmiş  digər mütəxəssislərin  suyun  altında  işlərin  gedişatını  izləmək  üçün 
yaradılmış və bu günə qədər də istifadədədir. 
 

 
 
 
 
100 
 
İxtisaslaşdırılmış Dalğıc Gəmisi «Akademik Tofiq İsmayılov» 
Bu kitab
ın müəllifi 1996-ci ildə Marsel şəhərində xidməti ezamiyyətdə olduğu zaman 
«Komeks»  kompaniyalar qrupunun  prezidenti  c
ənab A.Delozun təklifi  ilə,  onların 
qonaqp
ərvərliyindən istifadə edərək, Marsel şəhəri yaxınlığında Şato Dev (bu ada 
üz
ərində olan orta əsrlərdə tikilmiş müxtəlif zamanlarda böyük şəxsiyyətlərin təcrid 
edil
ərək saxlanıldığı qəsrlə məşhurdur) adası rayonunda «Remora-2000» heyətli sualtı 
apa
ratında Çernomırdik familiyalı rus əsilli fransız mütəxəssisi ilə  birlikdə 60 metr 
d
ərinliyə  qədər  enmiş  və  təqribən bir saat müddətində  aparatın texniki  imkanların ı 
(«Remora-2000» 
şar  formalı  akril  materialdan  hazırlanmış  şəffaf idarəetmə 
m
əntəqəsinə, istənilən istiqamətə hərəkəti təmin etməkdən ötrü vertikal və horizontal 
müh
ərriklərə, manipulyatora, videoçəkiliş sisteminə və s. malikdir) müşahidə etmiş və 
idar
ə olunmasını sınaqdan keçirmişdir və nəticə olaraq kompaniya tərəfindən aparatın 
idar
ə olunması üzrə sertifikata layiq görülmüşdür. 
Bu gün d
ə  bəzi ölkələrdə  heyətli  sualtı  aparatlardan istifadə  olunur. Lakin 
istifad
ə genişliyinə görə heyətli sualtı aparatlar, əlbəttə ki, HSA-lara uduzur. İnsan 
h
əyatının təhlükəsizliyi faktoru öz rolunu oynayır. İnsan ona heç də həmişə dost 
olmayan daim qaranlıq, soyuq və yüksək təzyiqli mühit 
d
ə  mümkün  qədər  az  olmağa  çalışır.  Həm  də  HSA-lardan  müxtəlif  çeşidli  işlərin 

 
 
 
 
101 
yerin
ə  yetirilməsi mümkünlüyü nümayiş  etdirdi  ki,  insanların    potensial  təhlükəli 
v
əziyyətlərlə hər zaman üzləşməsi heç də vacib deyil və bir çox hallarda isə bu 
iqtisadi c
əhətdən qətiyyən səmərəli deyil. 
Sualtı  dünyaya  müdaxilə  haqqında  fikirləşəndə  HSA-dan istifadənin bütün 
hallarda yegan
ə  və  alternativsiz bir vasitə  olmadığı  sənaye,  hərbi, elmi və  s. 
dair
ələrdə  artıq  birmənalı  şəkildə  qəbul  edilmişdir.  Bu  isə  o deməkdir ki, HSA 
te
xnologiyası və ondan istifadəni daim müasirləşən parlaq bir gələcək gözləyir. Bir 
konsepsiya  formasında  bu  özünü  1983-cü ildə  ABŞ-da keçirilə  n  «Dəniz 
Texnologiyaları  Cəmiyyətinin HSA-lar üzrə  konfransı»nm  sənədlərində  «Vaxtı 
çatmış texnologiya» başlığı altında öz əksini tapmışdır. 
Yax
ın gələcəkdə HSA-ların hibridləşmə və ixtisaslaşma bölmələri üzrə inkişafı 
da mümkün olacaqdır. 
Hibridl
əşmə  bir çox fərdi HSA növlərinin bir HSA-da  cəmləşməsi  formasında 
h
əyata keçirilir. Bu istiqamətdə aparılan işlərin nümunəsi kimi Almaniya istehsalı 
olan HSA  «David»i göst
ərmək  olar.  Dalğıc  işlərinə  yardımçı  funksiyasını  yerinə 
yetirm
ək  üçün  olan  bu  aparat  suyun  altından,  səthindən və  ya eyni zamanda hər 
ikisind
ən idarə  edilə  bilir. Digər nümunə  olaraq, Böyük Britaniya istehsalı  olan 
«Duplus 11» 
aparatını göstərmək olar. Bu növ aparat haqqında yuxarıda yazmışdıq. 
Bunlardan 
əlavə, daşıyıcı ilə  sərt əlaqəsi olan HSA və ondan dərinlikdə ayrılaraq 
avtonom rejimd
ə üzmə və işləmə qabiliyyətli kiçik qabaritli HSA-ya malik aparatlar 
da 
mövcuddur. Böyük Britaniya H
ərbi-Dəniz  Donanması  və  ABŞ 
Okeanoqrafiya  t
əşkilatı  «Woods Nole»  yedəkdə  daşman  vasitələrin  işlənib 
hazırlanması  ilə  məşğuldur.  Məqsəd, tələb olunan dərinliklərdə  yedəkdə  olan 

 
 
 
 
102 
HSA-
dan  ayrılan kiçik və  çevik HSA-nın konkret tapşırıqla  daha  ətraflı  tədqiqat 
aparması,  nümunələrin  götürülməsi, məhdud  fəzada  (məsələn,  batmış  gəminin 

ərisində) yerləşən hər hansı predmetin götürülməsi və s. bu kimi işlərdə istifadəni 
t
əmin etmək olmuşdur. Bu istiqamətdə yaradıcı işlər bu gün də davam etdirilir. 
 

əllif və fransız mütəxəssisi V. Çernomırdik «Remora-2000»nin   
göy
ərtəsində 41,8 metr dərinlikdə, Aralıq dənizi, 1996-ci il 
 
İxtisaslaşma istənilən yenicə yaradılmış avadanlıqlara, texnologiyaya və vasitəyə 
aid olan daim dinamik bir haldır. Necə ki, avtomobillər, təyyarələr, gəmilər və s., 
el
əcə  də  HSA-lar  öz  amplualarında  alternativsizdirlər və  daim  onların  qarşısına 
qoyulmuş  yerinə  yetirilməsi  tələb  olunan  tapşırıqlara uyğun  olaraq, 
ixtisaslaşdırmaya ehtiyaclıdırlar. Bu haqda biz qismən bəhs etmişik  və yəqin  ki, 
bu istiqam
ətdə  təkmilləşmə  HSA-ların    bütün  mövcudluğu  dövrlərində  davam 
etdiril
əcəkdir. Bu istiqamətdə aparılan işlərin ən qabaqcıl nümunələrindən biri kimi 
Fransa istehsalı olan boru kəmərlərinin dərinliklərdə təmiri üçün nəzərdə tutulmuş, 
300 metrd
ən 1000 metrə  qədər  diapazonda  işləmək qabiliyyətli, tam 
avtomatlaşdırılmış  və  məsafədən idarə  olunan Dərinlik  Etmir  Sistemini (DTS) 
misal g
ətirmək olar. 
Hibridl
əşmədən və  ixtisaslaşmadan  əlavə  uzaq gələcəkdə  bu sahəni görəsən 

 
 
 
 
103 
daha han
sı  təkmilləşmə  gözləyir? Yəqin  ki, bu mikroprosessorlar və  avtonom 
HSA-lar  sah
əsi  olacaqdır.  Bu  sahələr üzrə  artıq  müəyyən nailiyyətlər də  başa 
çat
mamış çoxlu layihələr də vardır. Avtonom variantda, yəni daşıyıcı ilə sərt şəkildə 
əlaqəsi  olmayan, özündə  olan  enerji  mənbəyindən  qidalanan,  müəyyənləşdirilmiş 
tapşırığı müşayiətsiz və ya qismən səthdən nəzarətedici və korrektəedici məlumatlar 
almaqla yerin
ə yetirə bilən aparatlar artıq mövcuddur. Böyük həlletmə qabiliyyətli, 
lakin h
əcmcə həddən  artıq kiçik mikroprosessorlardan istifadə edilərək hazırlanan 
yeni  n
əsil üzən  aparatlar  kiçik  qabaritli  olmaqla  qoyulmuş  tapşırığın  yerinə 
yetirilm
əsi üçün uzunmüddətli avtonom variantda üzmə qabiliyyətinə malik olmaqla 
yanaşı,  şəraitin xüsusiyyətlərindən  doğan  tapşırığın  həllinə  uyğun  iş  planını 
d
əyişdirməyi bacarır. Məsələn, belə aparat əgər boru kəmərinin müfəssəl tədqiqatı 
tapşırığım  almışsa,  tədqiqat  zamanı  aparatın  yaddaşına  verilmiş  məlumatlardan 
f
ərqli  vəziyyətlə  rastlaşdıqda həmin vəziyyətin aydınlaşdırılması üçün özü sərbəst 
q
ərar verir və yeni yaranmış vəziyyət haqqında topladığı məlumatı sistemləşdirərək 
yaddaşında saxlayır. Belə aparatlar tərəfindən təqdim edilən melumatlar hər hansı 
konkret bir hal üçün qarar q
əbul edilməsində çox dəyərli olur. Düzdür, bu yeni nəsil 
sualtı  aparatlarda  texnologiyanın  mükəmməl  olmaması,  yerinə  yetirilən  işlərin 
daha baha başa gəlməsi və s. səbəblərdən hələlik geniş istifadə olunmur və bu da 
h
ər bir yenilik  üçün  başa  düşülən  haldır.  Lakin  güman  edilir  ki,  sualtı  aparatların   
inkişafı istiqamətində bu sahə aparıcı rol oynaya bilər. 
XƏZƏRDƏ DALĞIC VƏ SUALTI-TEXNİKİ İŞLƏR 
X
əzər dənizində dalğıc və sualtı-texniki işlərin tarixinin qədimdən bu günə kimi 
araşdırılması, artıq ayrı bir tədqiqat mövzusudur. Lakin kiçicik də olsa, bu haqda öz 

 
 
 
 
104 
mülahiz
ələrimi bölüşmək istərdim. 
İxtisasca dənizçi olduğum və 15 ildən çox bir müddət ərzində dünyanın müxtəlif 
d
ənizlərində  üzdüyüm və  müşahidə  apardığım  üçün  deməliyəm  ki, Xəzərdə  suyun 
t
əkində  görünmə  məsafəsinin həddən  artıq  az,  ən  yaxşı  halda  4-5 metrə  (məsələn 
Aralıq dənizində bu rəqəm bəzi hallarda 100 metrə yaxın olur) bərabər olması, dəniz 
dibinin fauna v
ə  florasının  o  qədər də  zəngin  olmaması  və  s.  səbəblərdən  Xəzər 
d
ənizi dalğıc  işlərinin ibtidai mərhələSi dövründə  bu sahənin  inkişafına  səbəb  ola 
bil
əcək  qədər  maraqlı  dəniz  olmamışdır.  Çox  güman ki, bu sahənin  Xəzərdə 
t
əşəkkül  tapması  gəmiçiliklə  bağlı  olmuşdur,  belə  ki,  ehtiyatsızlıq  ucbatından və 
dig
ər səbəblərdən suya düşmüş əşyaların    çıxarılması üçün xüsusi hazırlıqlı insanlar 
t
ələb olunurdu. Buna görə  də  dənizçilik və  dəniz  işləri ilə  məşğul  olan  digər 
kompaniyaların    nəzdində  sualtı  işlərə  aid  bölmələr  və  ya xidmət  sahələri 
f
əaliyyət göstərirdi. 
Zaman keçdikc
ə  sualtı  işlərin  çeşidlərinin  çoxalması,  yerinə  yetirilməli  iş 
h
əcmlərinin  çoxalması  və  nəhayət,  inkişafetmiş  ölkələrdə  müxtəlif  yeni 
texnologiyaların    meydana  çıxması  bu  sahədə  ixtisaslaşdırılmış  müəssisələrin 
yaradılmasını aktual edirdi və respublikada 1959-cu ilin may ayında Dəniz Yolları 
İdarəsinin  sualtı-texniki  işlər və  gəmiqaldırma  xidmətinin  bazasında,  sərbəst 

əssisə  olaraq  Bezər  Gəmiçilik  İdarəsinin  tərkibində  fəaliyyət göstərən 
Q
əza-Xilasetmə, Gəmiqaldırma və Sualtı-Texniki İşlər Ekspedisiya Dəstəsi (GO 
ASPTR)  yaradılır.  1994-cü ildən isə  bu  müəssisə  Azərbaycan  Respublikası 
Nazirl
ər  Kabinetinin  müvafiq sərəncamı  ilə  Açıq  tipli  Xəzər Hövzə 
İxtisaslaşdırılmış  Qəza-Xilasetmə  Səhmdar Cəmiyyəti  formasında  fəaliyyətini 

Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin