Ayıqlıq
Sərdar Əmir Növhi
Biz on beş nəfər düşmən artilleriyasını partlatmağa
getdik və Mətləülfəcr əməliyyatının birinci mərhələsində
düşmən mövqelərinin arxasında mühasirəyə düşdük.
Oradan bizi İbrahim xilas etdi. Onu ilk dəfə idi görürdüm.
Mən əməliyyatın növbəti mərhələlərində ağır yaralandım,
qolum işləmədi. Özüm Kermanşahdan olsam da, müalicə
üçün Tehrana getməyə məcbur qaldım.
İbrahim bunu bilən kimi məzuniyyət götürüb mənimlə
gəldi. Bir neçə gün onlarda qonaq oldum, ailəsinə,
xüsusən də anasına çox zəhmət verdim.
O mənim müalicəm üçün bir dostunun motosikleti ilə
tez-tez ora-bura gedirdi.
Sonralar dostlarıma dedim ki, Tehranda bizim kürd
yerlilərimizdən də qonaqpərvər bir gənc var.
Məhəllənin müxtəlif xüsusiyyətlərə malik bütün
sakinləri İbrahimlə dost idilər. İbrahim qapıdan çıxanda
hamıya salam verirdi. Azyaşlı uşaqların çoxu salamına
görə onunla dostlaşmışdılar. Hətta mənim kimilərin
saymadığı bəzi avaralar da İbrahimlə dost idilər.
Yadımdadır, bir gün birlikdə küçədən çıxarkən yaxşı
görkəmli bir neçə ruhani bizə yaxınlaşdı. İbrahimi
tanıdığıma görə düşündüm ki, onlarla çox səmimi şəkildə
görüşəcək, amma onlara heç salam da vermədi.
Təəccüblə ona baxdım. Nə düşündüyümü bilib dedi:
"Mənim belə ruhanilərlə işim yoxdur".
– Nə üçün?
– Onlar Əhli-beytdən başqa heç kimin vilayətini qəbul
etmirlər; nə fəqihin rəhbərliyini, nə inqilabı, nə cəbhəni.
129
Onlar yalnız mövlanın vilayətindən dəm vururlar. Mən bir
müddət onlarla söhbət etdim, amma faydası olmadı.
Yalnız öz işlərini qəbul edirlər.
Sonra əlavə etdi: "Bunların İslama və inqilaba təhlükəsi
az deyil. Xəvaric də mövla Əlinin hakimiyyəti altında idi,
amma sonra..."
Mən o zaman İbrahimin nə dediyini başa düşmədim,
amma illər sonra ingilis şiəliyi və Şirazi cərəyanı ilə tanış
olanda onun necə ayıq olduğunu anladım.
***
Kermanşahda dindar bir ailədə böyümüşdüm. Gəncliyin
əvvəlində Gilanqərbdə İbrahimlə tanış oldum. Allah
şahiddir ki, bu tanışlıq həyatıma böyük təsir etdi.
İndi o dövrdən uzun illər ötür. Hələ onun qədər təsirli
bir şəxsiyyət görməmişəm. Mən onunla yoldaş olduğum
zaman bütün etiqad və əxlaq məsələlərini öyrəndim.
O bizi zorxana idmanı ilə tanış etdi. İdman edəndə zikr
deyir, dua oxuyurdu. Bununla bizə başa salırdı ki, idman
Allahın razılığından ötrü olmalıdır. O, çoxlu Əhli-beyt
təlimlərini bu yolla bizə öyrədirdi.
Mən Aşura ziyarətnaməsini ilk dəfə İbrahimlə oxudum.
Onun bu ziyarətnaməyə baxışı fərqli idi. O özünü Aşura
məktəbinin əsgəri bilirdi.
Biz əvvəllər zarafat edəndə kimisə ələ salırdıq, hamı da
gülürdü. İbrahim də zarafat edib hamını güldürürdü, amma
heç kimi ələ salmırdı. O bizə öyrətdi ki, birlikdə gülək,
bir-birimizə gülməyək.
Müharibənin ilk günlərində İbrahim bizə mənəviyyat
öyrətdi, şəhadətə baxışımızı dəyişdi. O bizə düzgün həyat
dərsi keçdi.
***
130
Müharibə dövrünün tehranlı döyüşçülərinin, hətta bu
böyük şəhərin Bəsic üzvlərinin bu gün vahid bir rəhbəri
yoxdur. Bir zamanlar tehranlı uşaqlar Hacı Himmət kimi
bir örnəyi qəbul edir, onu əfsanə sayırdılar.
Dünənki döyüşçülərin bəzisi bir siyasi cərəyandadırlar,
bəzisi başqa bir siyasi cərəyanda, bəziləri də ümumiyyətlə
siyasətə qoşulmurlar. Yəni Tehranda bir dini-mədəni-
ideoloji inqilab edə bilən güclü potensial əldən çıxıb.
Lakin əminliklə deyirəm ki, İbrahim aramızda olsaydı,
bizim dindar və inqilabçı toplumumuza mədəni-ideoloji
rəhbərlik edə bilərdi. Mənim buna sübutum da var.
Mən növbəti dəfə 1982-ci ildə Tehrana getdim. İbrahim
yaralanmışdı və müalicə olunurdu. Bir çox şəhidlərin yas
məclisinə birlikdə gedirdik.
Bəzi Bəsic üzvləri İbrahimi bir dəfə görməklə onun
əxlaqına və rəftarına vurulurdular. Bunu dəfələrlə
görmüşəm. İbrahim bir yerə gedəndə ətrafı adamla dolu
olurdu. Yalnız Bəsic üzvləri deyil, adi adamlar da onun
gözəl əxlaqına cəlb olunurdular.
O zaman gördüm ki, şəhidlərin mərasimlərində
Tehranın bəzi komandirləri çıxış edir, hətta siyasi mövqe
bildirirdilər. İbrahim adətən bu məclislərdən sonra həmin
komandir və ya natiqlə danışıb çox gözəl şəkildə çıxışını
dəyərləndirir, nöqsanlarını deyirdi.
Bir dəfə bir komandirə gözəl şəkildə başa saldı ki, sizin
bu məclisdəki sözünüzdə təqva ətri yoxdur, gərək ehtiyatlı
olasınız, siz Bəsic gənclərinə örnəksiniz...
Mən o zaman dostlarıma dedim: "İbrahimin xarakteri
və düzgün rəftarı hamını, hətta inqilab xəttində
olmayanları da özünə cəlb edir. Çoxlu gənclər İbrahimə
baxırlar. Bu şəxsiyyət Bəsic üzvlərinə rəhbərlik etməyə
131
qadirdir və onlara siyasi mövqe baxımından kömək edə
bilər”.
|