Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə2/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   2   3   4   5   6   7   8   9   ...   67
Salam-olsun-İbrahimə-2

Nümun
əvi insan 
Şəhid  İbrahim  Hadinin  şəxsiyyəti  sadəliyi  ilə  yanaşı 
güclü  və  təsirlidir.  Cəsarətlə  deyirəm  ki,  onun 
xüsusiyyətləri  haqda  bir  neçə  kitab  yazılsa,  film  və  serial 
çəkilsə,  yenə  azdır.  Bu  gənc  elə  bir  örnəkdir  ki,  müxtəlif 
baxışlı  insanlar  ondan  bəhrələnə  bilərlər.  O,  maddi 
dünyadakı  25  illik  həyatında  bütün  insanlara  düzgün 
yaşamaq,  düzgün  bəndə  olmaq  və  haqq  yolunda  düzgün 
hərəkət 
etmək 
dərsini 
öyrətdi. 
Onun 
əhvalatları 
idmançılar,  inqilab  müdafiəçiləri,  məddahlar,  müəllimlər, 
tərbiyəçilər  və  Allahın  əmrlərini  yerinə  yetirmək  istəyən 
bütün insanlar üçün çox öyrədicidir. 
İbrahimin  yazılı  vəsiyyətnaməsi  yoxdur,  amma 
haqqında danışılanlarda  elə dərin tərbiyəvi dərslər var ki, 
yatmış vicdanları oyatmağa kifayət edir. 
"Salam olsun  İbrahimə"  kitabının  ilk çapından  yeddi  il 
ötəndən  sonra  müxtəlif  yerlərdən  bizə  çox  gözəl  xatirələr 
çatdı.  Biz  kitabın  birinci  çapında  o  xatirələri  əldə  edə 
bilməmişdik. 
Mən bu xatirələri birinci kitaba əlavə etmək istəyirdim, 
amma dostlar razılaşmadılar. Çünki kitabın həcmi olduqca 
çox 
olacaqdı.  Digər  tərəfdən,  insanların  onunla 
tanışlığından sonra çoxlu kəramətlər də baş verdi. Onların 
bəzisi  hətta  televiziyadan  da  elan  olundu.  Bizə  onları 
işıqlandırmaq dəfələrlə tövsiyə olunurdu. Çünki şəhidlərin 
yaşadığını və hadisələrdə iştirak etdiyini göstərirdilər. 
2016-cı  ilin  baharından  işə  başladıq,  birinci  kitaba 
müsahibə  verməyənlərin  bəzilərini  razı  saldıq,  bəziləri 
özləri  buna  razı  olduqlarını  bildirdilər.  Birinci  kitabda 
olduğu  kimi  yenə  də  problemlər  vardı  və  bu  problemlər 
işin  həzzini  artırırdı.  Bəzi  dostlarla  müsahibədən  ötrü  bir 


 
10 
aydan  artıq  vaxt  qoyduq,  dəfələrlə  Tehranın  o  başına 
getdik və nəhayət, müsahibə almağa müvəffəq olduq. 
Düşünürdük  ki,  bu  işi  görmək  lazımdır,  insanlar  öz 
həyatlarına  böyük  təsir  etmiş  bir  şəxsin  digər  xatirələrini 
də  eşitmək  istəyirlər.  Bunu  öz  həmsöhbətlərimizdən 
dəfələrlə eşitmişdik. Biz də səyimizi artırdıq və nəhayət, iş 
daha  tez  ərsəyə  gəldi.  Bu  illərdə  öz  həyatımızda  və 
işlərimizdə də Şəhid İbrahimin kəramətlərini gördük. 
“Salam  olsun  İbrahimə”  kitabı  yüzüncü  dəfə  çap 
olundu.  Böyük  Rəhbərimizin  şəxsən  tövsiyə  etdiyi 
kitabları nəzərə almasaq, bu say yeni rekord idi. Təbii ki, 
bunlar  Allahın  lütfü  ilə,  heç  bir  dövlət  və  media  dəstəyi 
olmadan baş verdi. Üstəlik, kitab digər dillərə də  tərcümə 
olundu. 
Ümidvarıq  ki,  Allah  bizi  də  İbrahimin  getdiyi  yolda 
möhkəm  saxlasın,  bizə  İmam  Mehdinin  (ə)  ordusunda 
şəhadət nəsib etsin! 


 
11 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin