Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə4/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   2   3   4   5   6   7   8   9   ...   67
Salam-olsun-İbrahimə-2

Allah b
əndəsi 
Abbas Hadi 
Bizim kiçik evimiz Şəhid Əcəbgül xiyabanının Təcəlla 
dalanında  yerləşirdi.  İllərlə  kirayədə  qalandan  sonra 
atamız o evi aldı və biz kirayəçilikdən qurtulduq. 
İbrahim  həmin  evdə  atam  və  qardaşımla  birgə  klassik 
idman məşqlərinə başladı. O həmin evdə heyət təşkil edir 
və  məhəllənin  gənclərini  dini  məclislərə  cəlb  edirdi. 
Evimiz  böyük  deyildi,  iç-içə  iki  otaqdan  ibarət  idi.  Buna 
baxmayaraq,  çox  vaxt  orada  İmam  Hüseyn  (ə)  əzadarlığı 
keçirirdik. 
Atam  adətən  qapımızın  önündən  bir  lampa  asıb  ensiz 
küçəni  işıqlandırırdı.  Hərçənd,  həftədə  ən  azı  bir  dəfə 
lampanı oğurlayırdılar. 
Atamızın  başqa  bir  müsbət  xüsusiyyəti  də  vardı.  O 
deyirdi:  "Həyət  qapısını  səhərdən-axşama  qədər  açıq 
qoyun,  hər  hansı  qonşunun  və  ya  bir  başqasının  ehtiyacı 
olsa, bir şey istəsə, çəkinməsin". 
Bir  axşam  hələ  qapımız  açıq  idi.  Biz  şam  yeməyini 
yedik, süfrə yığılandan sonra bir nəfər içəri girib dedi: "Ya 
Allah!" 
Anam  tez  çadrasını  başına  çəkdi.  Atam  samovarın 
yanında oturmuşdu. Dedi: "Buyurun". 
Mən soruşdum: "Ata, kimdir?" 
– Bilmirəm. Bir Allah bəndəsidir. 
Kişi həyətə girib salam verdi, yaxınlaşıb dedi: "Heyətin 
məclisi bitdi?" 
Atam dedi: "Buyurun, əyləşin, sizə bir çay süzüm". 


 
16 
Elə  bildi  ki,  məclis  yeni  bitib.  Atamın  yanında  oturub 
çayı aldı, sonra bizə baxdı. Uşaqların əynindəki şortikdən 
və anamın başındakı rəngli çadradan hər şeyi başa düşdü. 
Çox  utandı,  atamsa  onunla  çox  səmimi  rəftar  etdi.  O 
Allah bəndəsi tez çayını içib üzr istədi və qalxıb getdi. 
İbrahim dedi: "Sən onu tanıyırdın?" 
Atam  dedi:  "Yox.  Bu  axşam  Allah  bizə  lütf  etdi,  bir 
Allah bəndəsi İmam Hüseyn (ə) eşqilə bizə gəlib çayımızı 
içdi". 
Atamın  maddi  durumu  yaxşı  olmasa  da,  əliaçıq  adam 
idi. İmam Hüseyn (ə) yolunda bacardığı qədər xərcləyirdi. 
Sərçeşmədə Həzrət Əli Əsğər heyətində də əlindən gələni 
edirdi. 
Bu  əxlaqı  ona  yaxşı  və  saleh  övladlar  qazandırdı. 
İbrahim hələ orta məktəbi bitirməmiş atamız vəfat etdi və 
o, yetim qaldı. 
Atamız təxminən 60 il səmərəli ömür sürdü və 1973-cü 
ildə Allahın rəhmətinə qovuşdu. 


 
17 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin