Salam olsun İbrahimə


Dalaşma  Seyid Möhsün Mürtəzəvi



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə6/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   2   3   4   5   6   7   8   9   ...   67
Salam-olsun-İbrahimə-2

Dalaşma 
Seyid Möhsün Mürtəzəvi 
Məhəlləmizin  gənclərinin  vəziyyəti 
günü-gündən 
pisləşirdi. Onlar hər gün axşamüstü dəstə-dəstə barlara və 
qumarxanalara  gedirdilər.  Tehranın  cənubunda  belə  fəsad 
yuvaları da get-gedə çoxalırdı. 
Dindar  və  möminlərin  sayı  günü-gündən  azalır, 
yerlərini narkoman və əyyaş gənclər tuturdu. 
Yetmişinci  illərin  əvvəllərində  məhəlləmizdə  vəziyyət 
belə  idi.  Mən  ruhani  ailəsində  böyümüş  olsam  da,  həddi-
buluğ  ərəfəsində  hər  gün  belə  gəncləri  görür  və  bu  fəsad 
dalğasının bir gün məni də aparacağına şübhə etmirdim. 
Bir  müddət  idi  Hacı  Həsən  Nəccarın  zorxanasına 
gedirdim.  Məşq  edib  bir  qədər  gücləndim.  Bir  gün 
küçəmizin  başındakı  gənclərin  qızlara sataşdığını  eşitdim. 
Dostlarımdan  Mehdi  Həsən  Qumi,  Şəhid  Seyid  Cavad 
Məcdpur və digər bir neçə nəfərlə birgə onlarla dalaşmağa 
getdik.  Mehdinin  boy-buxunu  kiçik  olsa  da,  bir  bıçaq 
götürmüşdü  və  haray-həşir  salırdı.  Məsələ  böyüdü,  lakin 
hələ  ciddi  dalaşma  başlanmamış  bir  neçə  nəfər  gəlib  bizi 
barışdırdı. 
Həmin gün ilk dəfə gördüyüm adamlardan biri İbrahim 
Hadi adlı bir gənc idi. İbrahim öncədən Mehdi ilə dost idi, 
məni  də  tanıyırdı,  mənsə  onu  görməmişdim.  Həmin 
dalaşma  bizim  küçənin  sonundakı  uşaqlarla  tanışlığımıza 
və  dostluğumuza  səbəb  oldu.  Ara  sakitləşəndən  sonra 
İbrahim  üzünü  mənə  tutub  təbəssümlə  dedi:  "Sən  nə 
edirsən? Bekar olanda nə işlə məşğul olursan?" 
Mən dedim: "Biz gündüzlər bazarda işləyirik, axşamlar 
da  zorxanaya  gedirik.  İstəsən  sən  də  gəl.  Xiyabanın  o 


 
21 
tərəfində,  Salman  məscidinin  yanındadır.  Hacı  Həsən 
Nəccarın zorxanasıdır". 
İbrahim qəbul edib dedi: "İnşallah axşam görüşərik". 
Axşam bir az da tez gedib hazırlaşdım. Özüm zorxana 
ilə  yeni  tanış  olmuşdum,  lakin  düşündüm  ki,  İbrahim 
gələndə  mənim  idmançı  olduğumu  və  yaxşı  dalaşa 
biləcəyimi düşünsün. 
Bir  qədər  sonra  İbrahim  dostları  ilə  içəri  girdi.  Onlar 
gələn kimi Hacı Həsən ayağa qalxıb dedi: "Bəh-bəh! Ağa 
İbrahim Hadi! Xoş gəldin, pəhləvan, səndən nə əcəb!" 
Yerimdə  quruyub  qaldım.  Mən  ona  özümü  göstərmək 
istəyirdim, o isə əməlli-başlı idmançı imiş. 
Həmin  axşam  eşitdim  ki,  İbrahim  Ustad  Şirgirin 
klubunda 
güləşlə 
məşğuldur 
və 
oranın 
yaxşı 
güləşçilərindəndir. 
Bir dalaşmanın bizim tanışlığımıza səbəb olacağını heç 
vaxt  düşünməzdim.  O  gündən  İbrahimlə  dostluğum 
başlandı.  Bir  qədər  sonra  gördüm  ki,  bütün  günümüz  bir 
yerdə keçir, İbrahim bizim bütün həyatımıza çevrilib. 
O  məndən  iki  yaş  böyük  idi,  bir  böyük  kimi  həmişə 
mənim  və  mənim  kimilərin  qayğısına  qalırdı:  haraya 
gedirik, kiminlə gəzirik və s. 
Çox  dindar  bir  ailədə  böyümüş  olsam  da,  cəsarətlə 
deyirəm  ki,  əgər  İbrahim  olmasaydı,  aqibətim  bəlkə  də 
başqa  cür  olardı.  Allah  İbrahimi  qarşıma  çıxarmasaydı,  o 
dövrün gənclərinə hakim olan fəsad məni də məhv edərdi. 
O  dövrdə  İbrahim  kimi  bir  gənc  həyatını  bizim 
kimilərin  hidayətinə  sərf  edirdi.  Biz  səhərdən  axşama 
qədər  bazarda  işləyir,  axşam  namazını  məsciddə  qılıb 
İbrahimlə  və  başqa  dostlarla  birgə  zorxanaya  gedirdik. 
Bəzən gecə saat 12-ə qədər idman edirdik. Evə qayıdanda 


 
22 
yorğunluqdan  tez  yatırdım.  Artıq  məhəllədəki  avara 
dostlarla keçirməyə vaxt qalmırdı. 
İbrahim  mənim  və  mənim  kimilərin  bütün  vaxtını 
doldururdu.  Tətil  günlərində  birlikdə  dağa  çıxır,  bəzi 
cümələr  İmamzadə  Davud  ziyarətinə  qədər  piyada 
gedirdik. O bizə gözəl əxlaq nümunəsi idi. Nəsihətləri hələ 
də  yadımdadır.  Bir  gəncin  bilməli  olduğu  hər  bir  məsələ 
barədə bizimlə danışırdı. 
Çox gözəl günlər idi. Allah-Taala həyatımızın ən həssas 
dövründə  İbrahim  və  Hacı  Həsən  Nəccar  kimi  ən  yaxşı 
bəndələrini qarşımıza çıxardı. 
Biz  gecə-gündüz  ağa  İbrahimlə  birlikdə  idik.  O  bizə 
mərdlik 
və 
alicənablıq 
dərsi 
öyrədirdi. 
Onunla 
yoldaşlığımıza  görə  məscidə  gedir,  namazları  ilk  vaxtda 
qılırdıq.  Halbuki  o  zaman  məscidə  və  heyət  əzadarlığına 
gedənlər çoxlu gənclər tərəfindən məsxərə olunurdular. 
İslam vəhdəti heyəti  yarandı.  İbrahim rövzələr oxuyub 
bizi  Əhli-beytə  bağlayırdı.  Get-gedə  gənclərdə  inqilabi 
əhval-ruhiyyə əmələ gəldi. 
İmam  Xomeyninin  mənəvi  nəfəsi  çoxlarını  Allaha  və 
mənəviyyata yaxınlaşdırdı. İbrahim isə inqilabdan öncə də 
mömin 
və 
hizbullahçı  gənclərdən  idi.  İbrahim 
mənəviyyatdan əlavə bizə ədəb-ərkan və davranış tərzi də 
öyrədirdi. 
Yadımdadır, Müşiriyyə məhəlləsində bir zorxana vardı. 
Oranı  70  yaşlı  bir  qoca  idmançı  idarə  edirdi.  Bir  axşam 
dostlar  orada  idman  etməyimizi  təklif  etdilər.  Biz  də  bir 
neçə motosikletlə yola düşdük. 
Digər zorxanalarda olduğu kimi orada da bizimlə qonaq 
kimi  rəftar  etmələrini  gözləyirdik,  lakin  nəinki  bizi  yaxşı 
qarşılamadılar, hətta idman etməyə icazə də vermədilər. 


 
23 
Dostlarımız  oradan  çıxanda  bir  qədər  hörmətsizlik 
etdilər, hətta bəziləri deyirdilər ki, qayıdıb onlarla dalaşaq. 
İbrahim  isə  qışqırıb  dedi:  "Bu  nə  sözdür?!  Kim  qayıtsa, 
qarşısında məni görəcək!" 
Ertəsi  gün  bazarda  həmin  zorxananın  sahibini  gördüm. 
Yaxınlaşıb  salam  verdim  və  axşamkı  hörmətsizliyə  görə 
üzr istədim. 
Qoca  dedi:  "Eybi  yoxdur.  Sizin  dostlarınızın  hamısı 
ədəbsizlik etdi, bircə uzun saqqallı gəncdən başqa". Sonra 
o, İbrahimi tərifləməyə başladı. 
İbrahimin  şəhadətindən  illər  sonra  bir  dəfə  də  qocanın 
zorxanasına getdim. Divardan İbrahimin böyük bir şəklini 
asmışdı. 


 
24 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin