Böyükl
ərin əhvalatları
Əmir Məncər
Bir müddətdir din alimləri haqda kitablar oxuyuram. Bu
böyük şəxsiyyətlərin bəzi hallarını eşitmək adama yaxşı
təsir bağışlayır. Amma maraqlıdır ki, mən onların çoxunu
əyani şəkildə göstərən bir insanla dost olmuşam.
Bizim evimiz İbrahimgilə yaxın idi. Onunla təxminən
həmyaşıd idik. Analarımız qohum idilər və bu səbəbdən
uşaqlıqdan get-gəlimiz olub.
İnqilab dövründə bu münasibətlər olduqca çoxaldı.
Müqəddəs müdafiə zamanı isə vəzifəmə görə İbrahimlə
çox yoldaş ola və ondan bəhrələnə bilmədim.
Mən bir çox şəhidlərlə dost olmuşam, müqəddəs
müdafiə dövrünün bir çox komandirlərinin həyatını
yaxından görmüşəm, bir müddət şəhid komandir
Məhəmməd Bürucerdi ilə işləmişəm. Lakin əminliklə
deyirəm ki, İbrahim başqa bir insan idi.
İnqilabdan sonra daxillərində də inqilab baş verən və
dindar insanlara çevrilən çox adam görmüşəm. İbrahim isə
inqilabdan öncə də çox mənəviyyatlı idi. O nəinki
müstəhəb və məkruh əməllərə fikir verirdi, hətta pak və
uca ruhu elə idi ki, cəmiyyətin bir çox yaxşıları da onunla
müqayisə oluna bilməzdilər.
Mən bu ruhi paklığı hiss etməniz üçün bir misal
çəkirəm. İnqilabdan öncə İbrahimlə bir yerə gedirdik.
Xorasan meydanının yaxınlığında səki ilə sürətlə
irəliləyirdik. Birdən sürətini azaltdı. Geri dönüb soruşdum:
"Nə oldu? Məgər tələsmirdin?!"
Yavaşca gələ-gələ qarşısını göstərib dedi: "Bir qədər
yavaş gedək, bu ağadan irəli keçməyək".
25
Bizdən irəlidə bir əlil yavaş-yavaş yeriyirdi.
- Onun yanından sürətlə keçsək, narahat olar.
– İbrahim can, bizim işimiz var, bu nə sözdür? Tez ol.
Bu adamı keçmək istəmirsənsə, onda o biri küçə ilə gedək.
Qəbul etdi və yolumuzu yandakı küçədən davam
etdirdik.
Hər dəfə bu haqda fikirləşəndə deyirəm ki, İbrahim
güclü pəhləvan və yaxşı güləşçi idi, öz çəkisində ən yaxşı
güləşçiləri otuz saniyə ərzində fəndə salırdı. Buna
baxmayaraq, elə mehriban ürəyi vardı ki, ən xırda
məsələlərə də diqqət edirdi.
İbrahimin heç vaxt şəxsi ləzzət ardınca düşdüyünü
görmədim. Onun üçün “ləzzət” sözünün başqa bir mənası
vardı. O, kimisə sevindirəndə özü daha çox ləzzət alırdı.
Həzrət Əlinin (ə) gözəl hədisində deyildiyi kimi, "aşağı
səviyyəli insanlar yeməkdən ləzzət alırlar, uca insanlar isə
yedirtməkdən".
Əlinə pul düşən kimi başqalarına kömək etməyə
çalışırdı. Özü ən aza qane olurdu, amma digərlərinə
bacardığı qədər kömək edirdi.
Bizə yaxın məhəllələrin birində İzzət əmi adlı bir
qocanın mağazası vardı. O, qədim pəhləvanlardan idi,
mağazasına gedəndə bizə qədim zorxanalardan danışırdı.
İbrahim hər dəfə bir bəhanə ilə mağazasına gedib ondan
ərzaq alırdı. Qocaya xeyir vermək üçün bizi də özü ilə
aparırdı.
Bir müddətdən sonra İzzət əminin mağazası bağlandı.
Harada
olduğunu,
yaşayıb-yaşamadığını bilmirdik.
Düzünü deyim ki, mənə çox da mühüm deyildi. Nəhayət,
bir gün motosikletlə Rey xiyabanı tərəfdən keçəndə
İbrahim qışqırdı: "Əmir, dayan!"
Tez motosikleti saxladım.
26
İbrahim yerə hoppanıb səkiyə yaxınlaşdı, sonra
sevincək mənə sarı dönüb dedi: "Gəl, İzzət əmi
buradadır".
İzzət əmi yolun kənarında yerə bir tərəzi qoymuşdu və
müəyyən pul qarşılığında insanların ağırlığını çəkirdi.
İbrahim yaxınlaşıb dedi: "Haradasan, pəhləvan?
Mağazan nə üçün bağlıdır?"
İzzət əmi dərin ah çəkib dedi: "Ey ruzigar! Mağazanı
əlimizdən aldılar. Adam daha kimə inansın?! Adamın öz
oğlu atasının mağazasını əlindən alıb satır... Adam daha nə
etsin?!”
Sonra əlavə etdi: "Bir müddət işsiz qaldım. Sonra
tacirlərin biri bu tərəzini aldı ki, gəlirim olsun. Oğlumu
görməmək üçün daha öz evimə getmirəm. Qızımın evi
yaxınlıqdadır, orada qalıram".
İbrahim çox narahat oldu.
– Əmi, gəl səni evinə aparaq, indi hava qaralacaq.
Motosikletlə İzzət əmini qızının evinə apardıq. Qızının
maddi durumu özündən də pis idi. Onlar otuzmetrlik bir
evdə yaşayırdılar.
İbrahim işarə ilə məndən nə qədər pulumun olduğunu
soruşdu. Mən yenicə maaş almışdım, 1700 tümən verdim.
İnqilabın əvvəlində bu, olduqca böyük məbləğ idi. Pulu
İzzət əminin cibinə qoydu, bu müddətdə ondan xəbərsiz
qaldığına görə çox üzr istədi.
Yolda fikirləşirdim ki, İbrahim necə də fədakardır,
dünyadan, dünya nemətlərindən necə asanlıqla keçir. Bir
insanı sevindirmək onun üçün necə də əhəmiyyətlidir.
İbrahim bir müddətdən sonra mənim pulumu qaytardı
və bununla da özünün biraylıq gəlirini qocaya bağışlamış
oldu. Bir ay bazarda işləyib əziyyət çəkmək ona önəmli
deyildi.
27
Onun işləri həzrət Əlinin (ə) bir gözəl kəlamını
canlandırırdı. İmam öz vəfalı dostlarından olmuş Osman
ibn Hüneyf haqda buyurub: "Keçmişdə Allah yolunda bir
qardaşım vardı. O, mənim gözümdə böyük idi, çünki
dünya onun gözündə kiçik idi..."
İbrahim bu kəlamın real nümunəsi idi. O, böyük insan
idi, çünki dünya və dünya malı onun gözündə çox kiçik
idi.
|