Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə15/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   11   12   13   14   15   16   17   18   ...   67
Salam-olsun-İbrahimə-2

İdman klubu 
Ustad Şirgir 
Əlli  ildən  artıqdır  ki,  Tehranın  cənubunda,  Şəhid 
Ayətullah Səidi məhəlləsində idman klubum var. O zaman 
bütün Tehranda  yeddi-səkkiz  idman  klubu  vardı  və bizim 
çempionlarımızın çoxu həmin klublarda, imkansız şəraitdə 
yetişiblər. 
O  zaman  klubumuzda  həm  zorxana  meydançası  vardı, 
həm  də  güləş  döşəyi.  Çətinliklə,  amma  böyük  həvəslə 
işləyirdik.  Allah  ölənlərin  hamısına  rəhmət  eləsin!  O 
dövrün  müəllimlərini  də  yaxşı  xatırlayıram.  Mərhum  ağa 
Qudərzi  və  Məhəmmədi  uşaqlar  üçün  çox  əziyyət 
çəkirdilər.  Bir  dönəmdə  meydançanın  kənarında  hətta 
camaat namazımız da olurdu. 
Mən  bu  əlli  ildə  orada  hər  cür  adam  görmüşəm. 
Klubumuzda  dünya  çempionu  da  yetişib;  Məhəmməd 
Bənnadan  tutmuş  digərlərinə  qədər.  Lakin  mənim  üçün 
mühüm olan pəhləvan əxlaqı, pəhləvan davranışıdır. 
İlkin  mərhələləri  keçən  bütün  güləşçilərə  proqram 
hazırlayır və məşqləri yazırdım. O dövrdən uzun illər ötsə 
də, İbrahim Hadi yaxşı yadımdadır. O, zorxanadan buraya 
gəlmişdi.  Şəhid  olduğu  üçün  tərifləmirəm,  dostlar  məni 
tanıyırlar, əbəs yerə adam tərifləyən deyiləm. 
Mənim  şəhid  olmuş  idmançım  var  idi.  Burada  olanda 
tərifli  adam  deyildi,  amma  birdən  dəyişdi  və  getdi. 
İbrahimin  isə  dəyərli  xüsusiyyətləri  vardı.  Uzun  zaman 
ötsə də, yaxşı xatırlayıram. 
O, çox azdanışan idi, dövrün bir çox gənclərindən fərqli 
olaraq,  sözlərinə  fikir  verirdi.  Güləş  onun  üçün  məqsəd 
deyildi.  O,  bədənini  gücləndirməyə  gəlmişdi.  Bütün 


 
49 
idmançılarla  yaxşı  rəftar  edirdi  və  onlara  müsbət  təsir 
göstərməyə çalışırdı. 
O  illərdə  güləşçilərin  biri  mənim  diqqətimi  çəkdi. 
Həmişə  onunla  idi.  O  da  bir  müddətdən  sonra  İbrahim 
kimi ilk vaxtda namaz qılmağa və digər işlərə əhəmiyyətli 
yanaşmağa başladı. 
O,  idman  çempionu  olmağa  gəlmişdi,  İbrahim  isə  onu 
çempionluğun və qəhrəmanlığın zirvəsinə çatdırdı. 
O,  sonralar  korpus  komandirlərindən  biri,  Seyyidüş-
şühəda diviziyasının komandir əvəzedicisi oldu. İbrahimlə 
yoldaşlığı  onun  həyatını  dəyişdirmişdi.  Söhbət  güclü 
güləşçi olmuş Hacı Cəfər Cəngrudan gedir. 
İbrahim bizim yanımızda idman edəndə ölkə çempionu 
səviyyəsində  deyildi,  amma  çox  çalışır  və  yaxşı  məşq 
edirdi. 
Onun  qəribə  və  gözəl  xüsusiyyətləri  vardı.  Dəfələrlə 
şahid  olmuşam,  yarışda  rəqibinin  onu  yıxmasına  şərait 
yaradırdı.  Ona  etiraz  edirdim  ki,  nə  üçün  filan  fəndi 
işlətmədin?  Deyirdi:  "Bu  Allah  bəndəsi  də  məşq  edib, 
çətinlik çəkib. O da rəqibini yıxmağı arzulayır". 
Mən  onun  nə  dediyini  həqiqətən  anlamırdım.  Məgər 
adamın  bu  qədər  idmandan,  məşqdən  sonra  yarışda 
rəqibinə yazığı gələr?! 
Xüsusi pəhləvan ruhiyyəsi vardı. Yadımdadır, mərhum 
Qudərzi  güləş  öyrədəndə  istirahət  vaxtı  uşaqlara  mərhum 
Təxtidən,  Teyyubdan  və  ölkəmizin  digər  məşhur 
pəhləvanlarından danışırdı. 
İbrahim bu sözlərə hamıdan diqqətlə qulaq asır və əməl 
edirdi. O, pəhləvanlıq qaydalarını diqqətlə mənimsəyirdi. 
Mənim  əvvəllər  mərhum  Təxtidə  və  sonra  İbrahimdə 
gördüyüm  xüsusiyyətlərdən  biri  də  bu  idi  ki,  yarışda 


 
50 
rəqiblərinin 
zəif 
yerlərinə 
yaxınlaşmazdılar.  Əgər 
rəqibinin sol ayağının ağrıdığını bilsəydi, ona toxunmazdı. 
Bir dəfə məşq yarışları zamanı öz çəkisində olan biri ilə 
güləşirdi.  Rəqibi  bilmədən  İbrahimin  üzünə  kəllə  vurdu. 
Gözünün altı şişib qaraldı. Rəqibi qorxurdu və narahat idi. 
Belə  halların  dava-dalaşa  səbəb  olduğunu  dəfələrlə 
görmüşdüm. 
İbrahim  isə  pəhləvan  ruhiyyəli  olduğuna  görə 
yaxınlaşıb  rəqibinin  üzündən  öpdü  və  dedi:  "Mühüm 
deyil, idmanda belə şeylər olur". 
Bunlar  kiçik  məsələlər  deyil.  Mən  dəfələrlə  bunun 
əksini görmüşəm. 


 
51 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin