Allah yolu
Mehdi Həsən Qumi
Ağa İbrahimin Allaha bəndəlikdən sonra ən üstün
xüsusiyyəti insanların hidayət olunması və insanlara
yardım üçün əlindən gələni etməsi idi. Onun üçün
başqalarının nə söylədiyi, nə düşündüyü önəmli deyildi.
Bəzən insanları Allah yoluna gətirməkdən ötrü özünü
dedi-qodu təhlükəsinə atırdı.
Yadımdadır, bir dəfə Əbu-Müslim idman klubunda
idik. İbrahim onunla həmyaş idmançı dostlarından bir
neçəsinin gecələr bəzi böyüklərlə birgə Tehranın əxlaqsız
məhəllələrindən birinə getdiklərini öyrəndi. Onlar bu
haqda açıq danışırdılar.
İbrahim onlarla çox söhbət etdi, amma faydası olmadı.
Qərara gəldi ki, bir dəfə onlarla gedib həmin fəsad
mərkəzini yola gətirsin.
Bir dəfə idmandan sonra çox ciddi şəkildə onlara dedi:
"Bu qədər tələsik haraya gedirsiniz? Bir dəfə məni də
aparın".
Onlar təəccüblə bir-birinə baxıb dedilər: "Eybi yox, sən
də gəl".
İbrahim də onlarla getdi.
Ertəsi gün axşamüstü İbrahimi görüb nə baş verdiyini
soruşdum. İdmana başlamazdan öncə dərin bir ah çəkib
dedi: "Allah hamımızı hidayət eləsin! Mən yolda bu
dostlarla çox danışdım, amma onlar ancaq bu böyük
dostlarını dinləyirdilər. Onlar özlərindən yaşca böyük olan
fəsad mənbəyi ilə dost olmuşlar".
Sonra əlavə etdi: "Mən onların vəziyyətlərinin bu qədər
bərbad olduğunu düşünməzdim. Onlar rahatlıqla Tehranın
58
fəsad dolu Gömrük məhəlləsinə girdilər. Nə qədər ayə və
hədis dedimsə, faydası olmadı. Hamısını özü kimi fəsada
qərq etmiş dostları mənim sözlərimi eşidən kimi qışqırıb
dedi: "İbrahimi tutun, qaçmasın. Onu da aparmalıyıq!"
Məni tutmaq istəyəndə əllərindən qaçdım. Arxamca
qaçdılar, amma çata bilmədilər”.
İbrahim narahat halda dedi: "Bu dostlara ürəyim yanır.
Onlar öz gələcəklərini məhv edirlər. Onların yaxşı
valideynləri var, amma bu haram işlər onları həlak
edəcək".
|