Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə14/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   10   11   12   13   14   15   16   17   ...   67
Salam-olsun-İbrahimə-2

C
əhalət və hidayət 
Əmir Məncər və başqa bir dostu 
Cahil  tağut  dövrünün  düşüncələrinə  qərq  olmuş  bəzi 
dostlarına  çox  ürəyi  yanırdı.  Məhəllənin  bəzi  savadsız 
idmançılarının irqi və məhəllə təəssübkeşlikləri isə təəssüf 
ki,  cavanlar  arasında  hətta  bıçaq  davalarının  çoxalmasına 
səbəb olurdu. 
İbrahimin  Məhəmməd  adlı  bir  dostu  var  idi.  Onun 
ailəsinin  mədəniyyəti  bizim  məhəllə  sakinləri  ilə  uyğun 
gəlmirdi. O bir neçə dəfə İbrahimlə məşq etmiş, hətta Hacı 
Həsənin  zorxanasına  getmişdi.  O,  Əbu-Müslim  klubunda 
yaxşı  güləşçi  idi,  İbrahimi  çox  istəyirdi,  hamı  kimi  bir 
ünsiyyətlə ona vurulmuşdu. 
Məhəmməd  yarışda  qələbə  çalıb  Kanadada  keçiriləcək 
beynəlxalq  turnirə  vəsiqə  qazandı.  Getməzdən  öncə 
İbrahimin dəvəti ilə Hacı Həsənin zorxanasına gəldi. 
Məşqdən bir saat sonra Əli Nəsrullahla birgə zorxanaya 
getdik. İçəri girəndə İbrahimin səsini eşitdik: "Məni vurun, 
amma Məmmədlə işiniz olmasın. O bizim qonağımızdır". 
Həmin  cahillərin  üçü  əllərində  bıçaq  hücum  etmək 
istəyirdilər. 
Məhəmməd  İbrahimin  arxasında  dayanmışdı.  İbrahim 
qışqırırdı. Mən içəri girən kimi onların birini tutub bıçağı 
əlindən  aldım.  Əli  Nəsrullah  da  birini  zərərsizləşdirdi  və 
sonuncu  adam  İbrahimin  hücumu  ilə  yerə  yıxıldı.  Onlar 
döyüləndən 
sonra 
qaçdılar.  Məhəmməd  İbrahimlə 
sağollaşıb  getdi  və  həmin  il  dünya  çempionu  oldu. 
Sonralar  da  uğurla  çıxış  etdi  və  son  illərdə  Yunan-Roma 
güləşi  üzrə  yığma  komandamızın  baş  məşqçisi  oldu.  O 
bizim çempionlarımızdan olan Məhəmməd Bənna idi. 


 
45 
*** 
Bəzi  dostlardan  onun  yerini  soruşdum.  Özünü  görmək 
və barəsində eşitdiklərimə əmin olmaq istəyirdim. 
Onu  məsciddə  tapdım.  Salamlaşıb  halını  soruşdum  və 
axtardığım adam olduğunu dəqiqləşdirmək istədim. Təsdiq 
əlaməti olaraq başını yelləyib dedi: "Buyurun". 
Bir  qədər  dayanıb  onu  başdan-ayağa  süzdüm. 
Qocalmışdı,  amma  İbrahimin  həmyaşıdı  sayılırdı.  Əxlaqı 
və  rəftarı  eşitdiklərimlə  uyğun  gəlmirdi.  Eşitmişdim  ki, 
İbrahim  Hadi  onun  həbsxanadan  azad  olunması  üçün 
dəfələrlə sənəd qoymuşdu. Eşitmişdim ki, hamı ilə dalaşan 
bir adam olmuş və əməlləri ilə İbrahimi çox incitmişdi. 
Artıq  bir  neçə  ildir  ki,  ilk  vaxtda  camaat  namazı  tərk 
olunmur.  O  hətta  sübh  namazını  da  məsciddə  cəm  halda 
qılır. İdman klubu var və məhəllə gənclərinin idmanı üçün 
çox  əziyyət  çəkir.  O,  məhəllənin  dindar  şəxslərindəndir, 
heyət  məclislərində  iştirak  edir  və  sakinlərin  etimadını 
qazanıb. 
Onunla söhbətə haradan başlayacağımı bilmirdim. 
- Sizinlə İbrahim Hadi barədə danışmaq istəyirəm. 
Dərin bir ah çəkdi. 
-  İbrahim...  Bilirsiniz  necə  idmançı  idi?!  Ayaqla 
ilişdirmə  fəndində  usta  idi.  Bir  dəfə  Sədra  klubunda 
yarışda ardıcıl olaraq beş nəfərə böyük hesabla qalib gəldi 
və hamısını həmin fəndlə məğlub etdi. Mən yarışa çıxanda 
yanımda olur, məşqçi kimi tövsiyələr verirdi. 
Sözünü kəsib dedim: "Mən eşitmişəm ki, İbrahim sizin 
hidayət  olunmanız  üçün  çox  əziyyət  çəkib,  çox  vaxt  sərf 
edib”. 
Səsinin  tonu  dəyişdi,  acı  bir  təbəssüm  etdi  və  gözləri 
yaşardı. 


 
46 
-  Allah  bilir  ki,  mənim  və  mənim  kimilərin  hidayəti 
üçün nə qədər əziyyət çəkib. Mən ətrafımdakı pis dostlara 
görə həmişə  üstümdə bıçaq gəzdirir,  ona-buna  sataşırdım. 
O  dövrün  şəraiti  elə  idi  və  mən  də  heç  kimdən  geri 
qalmırdım. 
Bıçaqlamaq  üstündə  dəfələrlə  həbs  olunmuşam, 
İbrahim  sənəd  qoyub  məni  zaminə  götürüb,  azadlığa 
çıxarıb. Mən onu çox incitmişəm. İsti və soyuqda dəfələrlə 
Dolab  məhəlləsindəki  evimizin  önünə  gəlib  mənə  nəsihət 
verib. O ən çox dalaşmamağı tapşırırdı. 
Biz nadan  gənc  idik, anlamırdıq.  Lakin  İbrahim  bizə o 
qədər vaxt ayırdı ki, nəhayət, həyatımızı dəyişdirdi. 
İnqilab  günləri  yadımdan  çıxmaz.  Bir  dəfə  güclü 
yağışın  altında  bizə  gəlmişdi.  Başdan-ayağa  islanmışdı. 
Mənimlə  çox  danışdı  ki,  bıçağı  kənara  qoyum,  insanlarla 
astadan  danışım  və  dalaşmayım.  Onun  əsas  tövsiyəsi  bu 
idi ki, ya dərs oxuyun, ya da bir işlə məşğul olun. 
Mən iş adamı deyildim. Buna görə özü yenicə başladığı 
bir  sahədə  məni  işə  cəlb  etdi.  Qısası,  şəhadətindən  öncə 
bizi işə alışdırdı və özü getdi. 
İbrahim getdi, amma qəmi həmişəlik qəlbimizdə qaldı. 
Bir  qədər  ara  verdi,  gözlərini  siləndən  sonra  sözünə 
davam  etdi:  "Bizə  əl  tutmaq  üçün  İbrahimi  Allah 
göndərmişdi.  Mən  indi  ölkənin  ən  təcrübəli  və  uğurlu 
güləşçilərindən  biri  ilə  çalışıram,  gənclərə  təlim  keçirəm. 
Lakin  işlə  yanaşı  onlara  həmişə  İbrahimdən  danışıram. 
Deyirəm  ki,  güləşlə  bərabər  insanlara  necə  xidmət 
göstərsinlər,  İbrahim  kimi  Allaha  həqiqi  bəndə  olmağa 
çalışsınlar. 
Əlbəttə, mənim kimilər çox idi. İbrahimin vaxt ayırdığı 
və  bəhrəsini  gördüyü  adamlar  az  deyildi.  Sərbəst  güləşdə 
62  kq.  çəki  üzrə  Həmdullah  Muradinin  önünə  çıxan  yox 


 
47 
idi.  İnqilab  günlərində  hamı  onun  yığma  komandaya 
gedəcəyini  düşünürdü.  Lakin  o,  İbrahimlə  dost  olandan 
sonra güləşi kənara qoyub cəbhəyə getdi və sonunda şəhid 
oldu. 
Dostlarımızdan  başqa  birinin  adı  Qasim  idi.  O  da 
mənim kimi həmişə bıçaqla gəzirdi və dalaşqan adam idi. 
İbrahim onu da “ovladı”, güclü imanı onu özünə cəlb etdi. 
O məndən də yaxşı dəyişdi, İbrahimlə birgə cəbhəyə getdi 
və  Allaha  doğru  pilləkənlə  zirvəyə  qalxdı.  Eşitmişəm  ki, 
şəhid  olmazdan  öncə  batalyon  komandiri  imiş.  Allah 
hamısına  rəhmət  eləsin  və  bizi  də  onlara  qovuşdursun! 
Allah bizim günahlarımızdan keçsin!” 
Bu  cümlələri  deyib  ayağa  qalxdı,  yaşlı  gözlərlə 
sağollaşdı və getdi. 


 
48 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin