Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə13/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   9   10   11   12   13   14   15   16   ...   67
Salam-olsun-İbrahimə-2

Dostluq 
Əmir Məncər 
İbrahim  öz  vücudunda  insanlıqdan  başqa  hər  şeyi 
kənara qoymuşdu. O, əsl insan idi; elə bir insan ki, Allaha 
bəndəliyi yalnız ibadətdə görmür və Onun bütün əmrlərinə 
tabe  olurdu.  O,  Allaha  müti  idi  və  bu  yolda  heç  bir 
çətinlikdən qorxmurdu. 
Dostlarına  görə  Allah  yolundan  uzaqlaşan  çoxlu 
adamlar görmüşəm. Onlar dostlarının təsiri altında Allahın 
əmrlərini ayaq altına atmışlar. Buna hətta Quranda da işarə 
var.  Cəhənnəmə  düşənlər  deyəcəklər  ki,  kaş  filankəslə 
dost  olmayaydım.  Yəni  bəzi  dostluqlar  insanı  cəhənnəmə 
aparar.  İbrahimlə  dostluq  isə  hidayət  olunmağa  zəmin 
yaradırdı. 
İbrahimin  digərləri  ilə  fərqi  bu  idi  ki,  bütün  məhəllə 
sakinlərinə,  xüsusən  də  gənclərə  və  dostlarına  ürək 
yandırırdı.  İnsanların  hidayət  olunması  onun  üçün  böyük 
əhəmiyyət kəsb edirdi. O, bir nəfəri hansısa yolla hidayət 
edə  biləcəyini  gördükdə  bütün  səyi  ilə  çalışırdı.  O,  yanlış 
yola  düşmüş  bir  dostundan  da  əl  çəkmirdi,  onu  Allah 
yoluna qaytarmaq üçün səyini qat-qat artırırdı. 
İbrahimin  gənclərlə  necə  dostluq  etməsi  mənə  maraqlı 
idi. Misal üçün, axşamlar məhəllə  gənclərindən bir neçəsi 
küçənin  başına  toplaşıb  bir  metal  qabda  alov  yandırır, 
ucadan gülürdülər. Onların səsi insanları narahat edirdi. 
Bir  axşam  İbrahim  onların  yanına  gedib  təbəssümlə 
hallarını soruşdu, hamısı ilə əl verib görüşdü. Onların biri 
İbrahimi  tanıdığına  görə  yaxşı  qarşıladı  və  digərlərinə 
təqdim etdi. İbrahim də onlarla söhbət edib güldü. 


 
42 
Belə  asanlıqla  onlarla  dostlaşdı,  sonra  işarə  ilə  bildirdi 
ki,  indi  gecədir,  bir  qədər  astadan  danışaq.  Növbəti 
gecələrdə  də  söhbət  edib  onları  küçənin  başından 
dağıtmağa  çalışdı  və  buna  nail  oldu.  Sonra  da  öz  səyini 
toplayıb onları məscidə apardı. 
*** 
Dostlarından  bir-ikisinin  qəribə  rəftarı  vardı,  dindar 
uşaqlarla çox get-gəl etmirdilər. İbrahim inqilabdan sonra 
onları  dindar  qüvvələrə  qoşmağa  çox  çalışdı,  amma 
olmadı. 
Onlar  bir müddətdən  sonra  dəyişib  cəbhəyə  getmək  və 
korpusa  qoşulmaq  istədilər,  amma  heç kim  onların fikrini 
dəstəkləmədi.  İbrahim  isə  onlarla  çox  danışdı,  onları 
korpusa  girməyə  həvəsləndirdi  və  dini  məsələlərə  daha 
çox  diqqət  ayırmalarını  istədi.  Sonra  da  özü  onların 
korpusa girmələrinə zamin oldu. 
İbrahimin  səyi  nəticəsində  onlar  müqəddəs  müdafiə 
dövrünün  yaxşı  döyüşçülərinə,  Mühafizəçilər  korpusunun 
mömin və cəsur komandirlərinə çevrildilər. 
*** 
Bir  dəfə  zorxanada  idman  edəndə  bəzi  nadanlar  dava-
dalaş  saldılar.  Hətta  bıçaq  davası  baş  verdi  və  çoxlu 
dostlar özlərini rüsvay etdilər. 
Bir  müddətdən  sonra  İbrahim  bir  məclis  təşkil  etdi, 
çoxlu  kabab-plov  sifariş  verdi  və  çox  çalışdıqdan  sonra 
nəhayət, dostları arasında barışıq yarada bildi. 
Onun işlərinin səmərəsi sonralar özünü göstərdi. Həmin 
illərdə öz nadanlıqları ilə İbrahimi və Hacı Həsən Nəccarı 
çox  incidən  bəzi  dostlar  sonradan  məhəllənin  çox  imanlı 
və 
yaxşı  insanlarına  çevrildilər.  Onlar  hələ  də 
məhəllədədirlər və doğru yolda olduqlarına görə İbrahimə 
borcludurlar. 


 
43 
*** 
Ağa  İbrahimin  qardaşı  deyir:  "Məhəlləmizin  gəncləri 
arasında  iki  narkoman  qardaş  vardı.  Onların  heç  kimləri 
yox  idi,  buna  görə  yollarını  azmışdılar.  İbrahim  onları 
narkotikdən  uzaqlaşdırmaq  üçün  çox  əziyyət  çəkdi  və 
nəhayət, istəyinə nail oldu. 
İnqilabın  qələbəsindən  sonra  onlara  iş  tapdı,  müharibə 
başlayanda  cəbhəyə  apardı.  Mən  etiraz  edəndə  dedi: 
"Təsadüfən, cəbhədə ən yaxşı döyüşçülərdəndirlər. Bunlar 
narkotiki  tərk  ediblər,  lakin  kimsəsiz  olduqlarına  görə 
onları öz başlarına buraxmaq olmaz". 
Sonra sözünə əlavə etdi: "Mən dostlara da tapşırmışam 
ki,  şəhid  olsam,  bunları  tək  qoymayın,  bacarıqlarından 
istifadə  edin,  məhəllədə  narkoman  dostları  arasında 
qalmalarına imkan verməyin". 
İbrahim şəhid olandan sonra həmin iki qardaş cəbhədən 
qayıtdı.  Bir  dəfə  bizə  gəlib  saatlarla  İbrahim  üçün 
ağladılar.  Onlar  etiraf  edirdilər  ki,  sağ  qalmalarına  və 
sağlam  insan  kimi  yaşamalarına  görə  İbrahimə 
borcludurlar. 
Təəssüf  ki,  İbrahimin  dostları  bəzi  səbəblərdən  o  iki 
qardaşı  tək  qoydular.  Onlar  daha  cəbhəyə  dönmədilər, 
şəhərdə  qaldılar  və  yenidən  narkotikə  qurşandılar. 
Müharibə  bitəndən  sonra  onların  hər  ikisinin  öldüyünü 
eşitdim. 


 
44 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin