İnsan haqqı
Məhəmmədsəid Saleh
Evimiz Sədra klubunun arxasında yerləşirdi. Mən
İbrahimin qardaşı Abbas Hadi ilə bir sinifdə oxuyurdum.
Qonşuluğumuzda mehriban və hörmətli bir ailə vardı, biz
onlarla get-gəl edirdik. Sonra öyrəndim ki, bu ailənin
xanımı Abbas Hadinin xalasıdır.
Qardaşımla mən əkiz idik və Abbasa görə İbrahimlə
dostlaşdıq. Onu hər dəfə görəndə bizi çox yaxşı qarşılayır,
bizə bir ovuc püstə və badam verirdi. Sonra gördüm ki,
hamı ilə belədir. Onunla bir dəfə ünsiyyətdə olan hər kəs
onu sevirdi. İndi yaşım altmışa az qalıb. Həyatımda,
xüsusən də gəncliyimin əvvəlində Özünün yaxşı
bəndələrindən birini qarşıma çıxardığına görə Allaha
şükür edirəm.
İnanın ki, biz insaniyyətin, yaxşı insan olmağın
mənasını İbrahimdən öyrəndik. Mənim bütün həyatım
həmin bir neçə ildən təsirlənib. Övladlarım İbrahimlə bağlı
xatirələri dəfələrlə məndən eşidiblər. Mən məhəlləmizin
bir çox şəhidləri ilə yaxın münasibətdə olmuşam. Onların
hamısı böyük insanlar idilər, İbrahim isə tamam başqa idi.
Yadımdadır, bir dəfə onunla dağa getdik. Elə
əvvəllərdə ayağım burxuldu və İbrahim məni kürəyində
apardı. Yol çox uzun və çətin idi. Onun yerinə kim
olsaydı, deyərdi ki, burada qal, bizi gözlə. O isə həm
ayaqlarını gücləndirirdi, həm də yarımçıq yoldaş olmaq
istəmirdi.
Kulkəçala doğru çox sərt yoxuşu olan bir zirvə var.
İnsan orada yüksüz də yorulur. İbrahim oraya məni
52
kürəyində qaldırdı. Həm xəcalət çəkdim, həm də onun
fiziki qüvvəsinə “afərin” dedim.
Ağa Fəxxari adlı bir dostum var, mağazasına ağa
İbrahimin şəklini vurub. Bu hadisə bir dəfə də onun başına
gəlib. O da bundan sonra İbrahimi çox sevib.
Qısası, məhəllədə İbrahimlə dostluğumuz davam edirdi.
Qardaşımla mən evdə həmişə İbrahimdən danışırdıq.
Valideynlərimiz də onu tanıyır və oğullarının belə bir
gənclə yoldaşlıq etmələrinə sevinirdilər. Əminliklə
deyirəm ki, biz dini inancları da İbrahimdən öyrəndik.
Təxminən 17 yaşı vardı, amma dini məsələləri elə bilirdi
ki, heç bizim böyüklərimiz elə bilmirdilər.
Bir dəfə voleybol oynamaq istəyirdik. Mənim ketim
yox idi. İbrahimin yoldaşlarının birinin ayağında qədim
çin keti vardı. Ona dedim: "Oynamırsansa, ketini ver, mən
oynayım". Öz çəkələyimi verib ketini aldım. Oyundan
sonra onu tapmayıb həmin ketlə evə qayıtdım. Bir qədər
sonra İbrahim bizə gəldi. Sevincək qapıya çıxdım. Məni
görən kimi dedi: "Səid, Allah qiyamət günü hər şeydən
keçər, amma insan haqqından keçməz. Buna görə də, çalış
həyatda heç bir insanın sənin boynunda haqqı qalmasın".
Sonra sözünə davam etdi: "Bacardığın qədər sənin
olmayan bir şeyə yaxınlaşma, çox ehtiyatlı ol. Əgər
birindən əmanət almısansa, özün onu qaytarmağa çalış".
Mən dedim: "Ağa İbrahim, baş üstə. Düzü, ketini
aldığım dostunun harada olduğunu bilmirdim, oyun
bitmədən getmişdi..."
|