Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə17/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   13   14   15   16   17   18   19   20   ...   67
Salam-olsun-İbrahimə-2

Allah 
adamı 
Mehdi Həsən Qumi 
Ziba xiyabanında yaşayırdıq. Atamın buz dükanı vardı. 
Mən  bir  neçə  il  dərs  oxuyandan  sonra  məktəbi  buraxıb 
işləməyə başladım. Qardaşlarımın hamısı işləyirdilər. 
Ziba  xiyabanında  işlədiyim  günlərdə  başını  aşağı  salıb 
məktəbə  gedən  arıq  uzun  bir  gənci  görürdüm,  amma 
onunla heç bir ünsiyyətim olmamışdı. 
Nəhayət,  zorxanaya  getdim.  İlk  günlərdə  həmin  gənci 
orada  gördüm.  Onun  məndən  öncə  oraya  gedib-gəldiyini 
bilmirdim. 
Müəllim  onu  meydançaya  dəvət  edib  dedi:  "Ağa 
İbrahim Tehran üzrə güləş çempionudur". 
Ondan  çox  xoşum  gəldi.  Çempion  olsa  da,  çox 
başıaşağı  və  sakit  idi.  Meydançaya  girməzdən  öncə 
hamıya əl verib görüşdü. Mən o zaman yeniyetmə idim və 
idmana təzə başlamışdım. O mənimlə də görüşdü. 
Orada  məni  hamıdan  çox  İbrahim  sayırdı.  O  gündən 
onunla dostlaşdıq. Mən  buna çox sevinirdim;  yaxşı insani 
xüsusiyyətlərin cəm olduğu bir dost tapmışdım. 
İlk günlərdə mənimlə danışıb bilmədiyim çox şeyi başa 
saldı.  O  mənə  kimlərlə  dostluq  etməli  və  kimlərdən  uzaq 
gəzməli olduğumu deyirdi. 
Nəsihətləri  hələ  də  yadımdadır.  İbrahimdən  fərqli 
olaraq,  zorxanada  çox  ləyaqətsiz  insanlar  da  vardı. 
İbrahim  onların  xüsusiyyətlərini  izah  edir  və  cəmiyyətin 
ozamankı  pis  şəraitinə  görə  deyirdi:  "Mehdi,  elə  adamla 
dost ol ki, ondan güclü olasan və səni incidə bilməsin". 
Evimizdə bizə vaxt qoyacaq, yaxşı-pisi başa salacaq bir 
adam  yox  idi.  İbrahim  bizə  çox  vaxt  ayırır  və  nəsihət 


 
54 
verirdi.  Nəsihətlərinin  çoxu  dolayı  yolla  olurdu.  Sonra  da 
bizi məscidə apardı. 
Əvvəldə  çox  da  dindar  deyildim,  İbrahim  dəstəmaz 
almağa  gedən  kimi  məsciddən  qaçırdım.  Lakin  onun 
şəxsiyyəti get-gedə bizi məscidə cəlb etdi. Onu sevdiyimə 
görə məscidə gedirdim. 
İbrahim özünəməxsus xüsusiyyətləri olan bir gənc olsa 
da, bəzi işləri mənə qəribə gəlirdi. 
Bir  dəfə  məscidin  tualetinə  getmək  istəyəndə 
zirzəmidən  qalxan  iki  nəfər  dedi:  "Kanalizasiya  tutulub, 
namaza evə gedirik". Mən də qayıtmaq istəyəndə İbrahim 
gəldi.  Məsələdən  xəbər  tutan  kimi  qollarını  çırmayıb 
tualetə girdi və qapını bağladı. 
15  dəqiqədən  sonra  qapını  açdı.  Kanalizasiyanı  açmış, 
hər  yeri  yuyub  təmizləmişdi.  Sonra  da  əllərini  yumağa 
başladı. 
İbrahim  Allah  qarşısında  özünə  şəxsiyyət  tanımırdı. 
Allahın razılığından ötrü bacardığı hər bir işi görürdü. O, 
özünü  Allah  qarşısında  kiçik  görür,  təvazökarlıq  edirdi. 
Allah  da  buna  görə  insanların  yanında  ona  böyük  hörmət 
vermişdi. 
*** 
Deyirlər  ki,  dost  adamı  cəhənnəmə,  yaxud  cənnətə 
apara  bilər.  Quranda da  buna  bənzər ayə var.  Cəhənnəmə 
gedənlərin bir çoxu səbəbi dostlarında axtarmalı olacaqlar. 
Mən bu illərdə dinsiz adamlarla dostluğa görə məhv olan, 
həmçinin  əksinə,  İbrahim  kimilərlə  dostluğa  görə  cənnətə 
gedən  çoxlu  insanlar  görmüşəm.  Yaxşılarla  dostluq 
edənlərin bir çoxunun ad və şəkilləri bu gün məhəlləmizin 
küçələrini bəzəyir. 
Məhəllədə  gənclər  heyəti  yaradıldı.  İbrahim  heyətin 
əsas fiqurlarından idi, amma heç vaxt vəzifə qəbul etmirdi. 


 
55 
Ondan  fərqli  olaraq,  biz  vəzifəni  çox  sevirdik.  O  da 
heyətin işlərini bizə tapşırırdı. 
İbrahim  çox  adi  şəkildə  və  riyasız  halda  məddahlıq 
edirdi. Dəfələrlə görmüşəm ki, bir yeniyetmə Əhli-beytdən 
oxumaq  istəyəndə  məclisin  ortasında  sözü  ona  vermiş, 
məclisi idarə etməsinə kömək də etmişdi. 
Məclisdə  başqa  bir  məddahın  olduğunu  biləndə  heç 
vaxt  oxumurdu.  Onun  İmam  Hüseyn  (ə)  məclisinə  dair 
düşüncəsi  bizdən  fərqli  idi.  O  yalnız  bəhrələnmək 
məqsədilə  Əhli-beyt  məclisinə  gedirdi.  Yadımdadır,  Hacı 
Mustafa Təqvayinin evində keçirilən məclisdə Mustafanın 
atası  nə  qədər  israr  etdisə,  oxumadı.  O  deyirdi:  "Hacı 
Maşallah Abidi buradadır, mən oxuya bilmərəm". 
İbrahimin xüsusiyyətlərindən nə qədər danışsam, azdır. 
Həyatda  hər  cür  insanla  rastlaşmış  atam  mənə  deyirdi: 
"İbrahim Hadi dostlarının hamısından yaxşıdır. O nə desə, 
qulaq as". 
Mənim  dini  məsələlərə  marağı  olmayan  qardaşım  da 
İbrahimi təsdiqləyir və onun sözünün üstünə söz demirdi. 
Əminliklə  deyirəm  ki,  Allah  İbrahimi  mənim  qarşıma 
çıxarmasaydı, taleyim ayrı cür olardı. 
Yalnız  mən  yox,  məhəllənin  gənclərindən  çoxu 
İbrahimi örnək seçməsəydi, vəziyyətləri fərqli olardı. 
İbrahimin  idmanla  məşğul  olması  da  ixlası  və 
mənəviyyatı ilə əlaqədar idi. O bu yolla Allah bəndələrinə 
xidmət etmək istəyirdi. 
İbrahim  deyirdi:  "Güləşə  başlayan  gün  atam  mənə 
nəsihət  verib  dedi:  "Güləşməkdə  məqsədin  çempionluq 
olmasın,  başqalarını  məğlub  etməklə  özünü  ucaltmağa 
çalışma. Çalış ki, idmanla xalqa xidmət edəsən". 
Allah  İbrahimi  həyatda  bizim  qarşımıza  çıxardı  ki, 
həqiqi bir insan görək. 


 
56 
Mən  onun  şəxsiyyətini  tanımanız  üçün  başqa  bir  misal 
çəkəcəyəm. 
Ziba  xiyabanında  bir  narkoman  yaşayırdı.  Narkotik 
aludəsi  olduğuna  görə  ailəsini  çox  incidirdi.  İbrahim  onu 
narkotikdən  uzaqlaşdırmaq  üçün  çox  çalışdı,  amma 
bacarmadı.  Sonra  onunla  danışıb  dedi:  "Nə  üçün  ailəni 
incidirsən?"  O,  cavab  verdi:  "Əlimdə  deyil.  Narkotik 
maddələr üçün mənə həftədə müəyyən qədər pul lazımdır. 
Pulum olsa, onlarla işim olmaz". 
İbrahim ailəsini incitməməsi şərtilə bir il onun narkotik 
pulunu  verdi.  Ailəsi  və  qohumları  bir  il  rahat  yaşadılar. 
Sonra  İbrahim  şəhid  oldu,  bir  müddətdən  sonra  o  da 
dünyadan köçdü. 


 
57 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin