81
yadımıza salacaq. Həm də bununla şəhidliyə hazır
olduğumuzu elan edirik".
Dəstə üzvlərinin sayı altmışı ötməzdi. Onların əllidən
çoxu həmin illərdə şəhadətə qovuşdu. Əsğər Vüsalinin
dəstəsindən indi uzaqbaşı on nəfər yaşayır.
İmamın müraciətindən və könüllülərin izdihamından
sonra Pavə döyüşləri sona çatdı. Növbəti tapşırıq yerimiz
Məhabad rayonu oldu.
Məhabad korpusunda İbrahim Hadini gördüm. O,
müəllim idi, İmam Xomeyninin müraciətindən sonra
Kürdüstana gəlmişdi.
Yaxınlaşıb salamlaşdıq. Bu zaman Əsğər də gəldi.
Onun da İbrahimi tanıdığını bilmirdim.
Əsğər İbrahimi qucaqladı. Sanki iki qədim dost bir-
birini görürdü. Sonra İbrahimdən Qırmızıdəsmallıllar
dəstəsinə qoşulmasını istədi. İbrahim də qəbul etdi və
Əsğərin adamları ilə birgə qarnizondan çıxdıq.
Deyirdilər ki, qarşıdurmanı separatçı kürd qrupları
yaradıblar. Əslində isə elə deyildi. Biz qarşımızda şah
ailəsinə bağlı çoxlu silahlı görürdük. Onların heç biri kürd
deyildi, fürsətdən istifadə edib İslam respublikasına qarşı
hərbi fəaliyyətə başlamışdılar.
Dostları ilə paylaş: