Müq
əddəs məqbərələrin
müdafi
əçiləri
İbrahim
sağ
olsaydı,
şübhəsiz,
dini-mədəni
fəaliyyətlərdən əlavə Orta Şərqin bugünkü ağır durumunda
yaxından iştirak edər və müqəddəs məqbərələrin
müdafiəçilərindən olardı.
Ötən il novruz bayramında Kərbəla ziyarətinə
yollandım. Oraya çatanda İbrahimin tərəfindən ziyarət
edib dua oxudum. Həmin gecə yuxuda gördüm ki, İmam
Hüseynlə (ə) həzrət Əbəlfəzlin məqbərələrinin arasında
çoxlu adam oturub. Mən də onlara qoşulub bir tərəfdə
oturdum və birdən İbrahimin nurlu çöhrəsini gördüm.
Qarşımda oturmuşdu. Ona yaxınlaşmaq istədim, amma
utandım. Çay paylayan kişidən soruşdum: "O, İbrahim
Hadidir?"
– Bəli.
– Bəs İraqda nə edir?
Yavaşca dedi: "O, Hacı Qasim Süleymaninin
müşaviridir".
Həmin günlərdə iraqlı döyüşçülər İŞİD-in möhkəm
qalası sayılan Tikriti çox asanlıqla azad etdilər. Özü də
həmin əməliyyat seyidlər anası həzrət Zəhraya (ə)
təvəssüllə baş tutdu.
Məqbərə şəhidləri arasında çoxlarının İbrahim Hadiyə
sevgi və hörməti vardı.
Şəhid Mehdi Əzizinin cibində həmişə İbrahimin fotosu
olardı. O, kitabı oxumuşdu və İbrahimin şəklini hər
görəndə salam verirdi.
Məqbərə müdafiəçilərindən olan Şəhid Seyid Mustafa
Sədrzadə mücahid ləqəbi kimi özünə “Seyid İbrahim”
adını götürmüşdü. O, tez-tez İbrahimin kitabını alıb içinə
198
yazırdı: "Oxuyandan sonra başqasına vermək şərtilə vəqf
olunur".
Şəhid Seyid Milad Mustəfəvi nəyin bahasına olursa-
olsun, hər il novruz günlərində cəbhə bölgələrinin
ziyarətinə gedib Kumeyl kanalına baş çəkir və İbrahimlə
dərdləşirdi.
Məqbərə şəhidlərindən Abbas Daneşgər İbrahimin
döyüş yoldaşı olmuş universitet müəllimini hər dəfə
görəndə ondan İbrahim haqda bir neçə cümlə danışmasını
istəyirdi.
Şəhid Hadi Zülfüqari haqda isə geniş şərhə ehtiyac
yoxdur. O belə bir mücahid ləqəbi götürmüşdü: İbrahim
Hadi Zülfüqari.
Şəhid Əli Ümərayi kitabların çoxunu oxumuş və
İbrahim Hadinin xatirə məzarı yanında yadigar şəkil
çəkdirmişdi.
Şəhid Hacı Həmid Əsədullahi də İbrahimin
aşiqlərindən idi və onun bəzi ibrətli əhvalatlarını xüsusi
diqqətdə saxlayırdı.
Şəhid Məhəmməd Kamran İbrahimin qonşularından idi,
onu özünə örnək seçmişdi.
Məqbərə müdafiəçilərindən başqa birisi, Şəhid Mehdi
Novruzi İbrahim Hadini çox sevirdi. Ondan İbrahim haqda
dəfələrlə xatirə eşitmişəm.
Bir dəfə Fatimiyyun diviziyasının başçılarından biri
bizə müraciət edib dedi: "Döyüşçülərin bekar vaxtları
üçün kitaba ehtiyacımız var". Onlara "Salam olsun
İbrahimə" kitabı da daxil olmaqla çoxlu kitab hədiyyə
olundu.
Bundan
sonra
məqbərə
müdafiəçilərindən
İbrahimlə bağlı çoxlu əhvalatlar eşitdik.
Gənclər
günü
keçirilən
mərasimdə
Fatimiyyun
diviziyasının rəhbərlərindən olan Mürtəza Ətayi də iştirak
199
edirdi. O, həzrət Zeynəb məqbərəsini müdafiə edərkən əlil
olmuşdu və həmin mərasimdə Ustad Pənahian tərəfindən
təltif olundu. Mürtəza da İbrahimin aşiqlərindən idi və bir
müddətdən sonra şəhidlər karvanına qoşuldu.
200
Şəkillər
“Salam olsun İbrahimə” kitabının və onun urdu dilinə
tərcüməsinin təqdimat mərasimi, 2013
Tehranda İbrahimin anım mərasimi
Şəhid Mürtəza Ətayi iki aydan sonra şəhadətə qovuşdu.
Televiziya proqramında İbrahimdən söhbət gedir.
Danışan onun qardaşı ağa Rzadır.
Dostları ilə paylaş: |