Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə65/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   59   60   61   62   63   64   65   66   67
Salam-olsun-İbrahimə-2

M
əzar 
Qardaşım  Xürrəmşəhrin  azadlığı  uğrunda  keçirilən 
əməliyyatda  şəhid  oldu.  Onu  Behişti-Zəhra  (ə) 
məzarlığının  26-cı  sırasında  dəfn  etdik.  İbrahim  Hadi 
dostunun  motosikleti  ilə  oraya  gəldi.  Onun  anası  bizə 
əmiqızı sayılırdı. 
İbrahim ayağından yaralanmışdı, əsa ilə gəzirdi. Qəbrin 
yanına  çatanda  rövzə  oxumağa  başladı  və  çox  gözəl 
mənəvi ab-hava  yaratdı. O, nümunəvi ixlası ilə oxuyurdu, 
biz də həzz alırdıq. 
Getmək  istəyəndə  qardaşımın  məzarına  işarə  ilə  dedi: 
"Gözəl  yerdə  dəfn  olundu.  Mən  də  istəyərdim  ki,  qəbrim 
burada,  Şəhid  Həsən  Siracianın  yanında  olsun  və  bu 
xiyabandan keçən hər kəs bizi xatırlasın". 
Bu  söz  yadımda  qaldı.  İllər  sonra  qardaşımın  qəbrinin 
yanındakı  boş  yerdə  bir  naməlum  şəhid  dəfn  olundu. 
Sonralar  həmin  qəbrə  İbrahimin  xatirə  başdaşı  qoyulanda 
təəccüblənib  yaxınlarından  soruşdum:  "Siz  bu  məzarı 


 
196 
qəsdən  seçmisiniz?"  “Yox”  cavabı  verdilər.  Mən  əmin 
idim ki, onun özü belə istəyibmiş. 
 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin