Örn ək O dövrdə dostlarla zarafat və gülüşlərimiz kimisə ələ
salmaqdan ibarət idi. Məsələn, bir neçə dost küçədə bir
yerə toplaşır, oradan keçən bir fəhlənin papağını götürüb
bir-birinə atır və camaatı incidirdi. İbrahimlə dostluqdan
sonra isə yaxşı işləri öyrəndik. O bizə elə sözlər danışırdı
ki, əsl mənasını illər sonra anladıq.
Mənim yaraşıqlı saçım vardı. Ona qulluq edir və
müxtəlif modellərə salırdım. Çoxları mənim saçıma və
zahiri görkəmimə həsəd aparırdılar. İbrahim də çox
yaraşıqlı idi, amma... Bir dəfə mənim saç modelimdən
söhbət düşəndə bir cümlə dedi. O cümlə heç vaxt
yadımdan çıxmaz: "Allahın verdiyi nemətə görə
başqalarının yanında lovğalanma".
Bunu deyib getdi.