Yem
ək
İbrahimin ən kiçik dostlarından olan Mehdi Həsən
Qumi deyirdi: "İbrahimin tərbiyə üsulu dolayı idi. Biz
birlikdə olanda və qarşımıza bir yoxsul çıxanda mənə pul
verirdi ki, yoxsula verim. Beləliklə özü riyaya düşmürdü,
bizə də yoxsulla rəftar dərsi öyrədirdi.
193
Yadımdadır, İbrahim olviye sendviçini sevirdi, amma
bundan ötrü hər yerə getmirdi.
17 Şəhrivər xiyabanında bir sendviç köşkü vardı.
Satıcıya Ağa şeyx deyirdilər; yəni mömin və məscid
adamı idi.
İbrahim həmişə onun yanına gedirdi. Onda bir hesab
dəftəri vardı. Bilirdi ki, o, olviyeyə kolbasa tökmür və
yalnız toyuqdan istifadə edir. İbrahim heç vaxt sosiska,
kolbasa və digər bu kimi qida məhsulları yeməzdi.
Bununla bizə öyrədirdi ki, nə gəldi yeməyək, hər yerdə
yeməyə oturmayaq. O, satıcının halal-harama çox fikir
verdiyini bildiyinə görə oraya gedirdi. Çünki Quran belə
əmr edir: "İnsan nə yediyinə baxsın!"
Mehriban
Mehriban qəlbi Allahın İbrahimə verdiyi ən böyük
nemət idi.
Yaralı olduğu zaman bir dəfə onu görməyə getdim. Din
alimlərindən
biri
də
orada
idi.
İbrahim cəbhə
xatirələrindən danışırdı. O dedi: "Bir əməliyyatda gecə
vaxtı düşmən mövqelərinə getdim. Ağac və kolların
arasından keçib düşmənə çox yaxınlaşdım. Qarşımda bir
düşmən əsgəri vardı. Birdən onun önünə keçdim. Başqa
heç kim yox idi. Öz-özümə dedim ki, onu bir yumruqla
öldürərəm. Lakin qarşısına çıxan kimi ona ürəyim yandı.
Silah çiynində idi və ona bu qədər yaxınlaşacağımı
düşünmürdü.
Üzü o qədər məzlum idi ki, ona yazığım gəldi. O, zorla
müharibəyə gətirilmiş bir əsgər idi. Vurmaq yerinə onu
qucaqladım. Bədəni tir-tir əsirdi. Qolundan tutub özümlə
geri gətirdim, dostlarımdan birinə təhvil verib yenidən
əməliyyat yerinə qayıtdım.
|