192
uzaqdan tanıyırdı. Nə işlə məşğul olduğumu soruşdu.
Dedim ki, Pedaqoji universitetin ağır testindən keçə
bilmədim.
Ertəsi gündən mənim işlərimlə maraqlanmağa başladı.
Bir müddət Təhsil nazirliyinin Kadrlar şöbəsi ilə
əməkdaşlıq etmiş və seçim zamanı həddən artıq
tələbkarlığa görə onlardan ayrılmışdı. Qısası, biz indi o
böyük şəhidin zəhmətləri sayəsində müəllimlik edirik.
İş stolu
İnqilabın əvvəlləri idi. İbrahim komitədə çalışırdı.
Komitələrin fəaliyyət dairəsi çox geniş idi. Xalq çoxlu
problemlər üçün komitələrə müraciət edirdilər. Mən
İbrahimin çalışdığı komitəyə getdim. Yan-yana bir neçə
otaq vardı. Hər otağa bir stol qoyulmuşdu və arxasında bir
nəfər oturub müraciətləri qəbul edirdi.
İbrahimin oturduğu otağa girdim. Digər otaqlardan
fərqli olaraq, iş stolu onun arxasında idi. O, öz stulunu
stolun önünə qoymuşdu, müraciət edənlərin stulu da onun
önündə idi.
Onun otağının nə üçün fərqləndiyini soruşanda dedi:
"Stolun arxasında oturanda daxilimdə qürur hiss etdim.
Düşündüm ki, belə olsa, xalqdan uzaqlaşaram. Buna görə
stulumu bu tərəfə keçirdim ki, xalqa yaxın olum".
Dostları ilə paylaş: