Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə57/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   53   54   55   56   57   58   59   60   ...   67
Salam-olsun-İbrahimə-2

Allaha ged
ən yol 
Xanım Xürrəmi 
1980-ci il təvəllüdlüyəm, amma əslində, təxminən dörd 
ildir doğulmuşam. 
Mənəviyyatın  mənim  həyatımda  heç  bir  yeri  yox  idi. 
Rahatlıq tapmaq üçün həmişə özümdən xarici aləmdə nəsə 
axtarırdım. 
Maddi vəziyyətimiz yaxşı idi, istədiyimizə nail olurduq. 
İdmanla  məşğul  oldum,  işlədim,  dostlarım,  rəfiqələrim 
oldu.  Hər  yerdə  əsl  rahatlığı  axtardım,  amma  tapmadım. 
Mən  idmanda  o  qədər  irəlilədim  ki,  hətta  ölkə  yığmasına 
da daxil oldum, amma yenə hüzursuz idim. 
Hicablı xanımlara baxışım çox pis idi. Liseydə oxuyan 
qızım da eynilə özüm kimi idi. 
O  zaman  gördüyüm  yeganə  yaxşı  iş  Kəhrizəkdə 
ehtiyaclılara  kömək  etmək  idi.  Bir  dəfə  öz-özlüyümdə 
düşündüm  ki,  artıq  neçə  ildir  həftədə  bir  dəfə  Kəhrizəkə 
gedirəm, deməli, çoxlu savabım var. 
Bir  dəfə  bu  fikirlə  Hafiz  falına  baxan  bir  dostumun 
yanına  getdim  və  niyyət  etdim  ki,  Allahın  mənim  haqda 
fikri nədir. 
Dostum  kitabı  açıb  dedi:  "Allah  üçün  savab 
hesablayırsan?!  İstəyirsən  ki,  Allah  səni  rüsvay  etsin  və 
hansı işləri gördüyünü desin?!” 
Bu  falda  məqsədin  nə  olduğunu  bildim.  Mən  Allah 
qarşısında  çox  öyünürdüm.  Bunu  deyəndə  çox  kövrəldim 
və ağlamağa başladım. 
İnanın  ki,  evə  gəlib  üç  gün  ağladım.  Yenidən  həmin 
dostumla  danışdım.  Dərhal  mənə  dedi:  "Mənəviyyat 
yoluna gəl, həyatını dəyiş". 


 
185 
Bir  qədər  fikirləşib  öz-özümə  dedim:  "Bu,  mümkün 
deyil.  Mən  özümə  xüsusi  bir  həyat  tərzi  seçmişəm  və  bu, 
mənəviyyatla  uyğun  gəlmir.  Mən  hər  səhər  yuxudan 
oyananda fərqli şəkildə bəzənib-düzənirəm”. 
Çoxlu fikirləşəndən sonra qərara gəldim ki, heç olmasa, 
namaza  başlayım.  Dedim  ki,  birinci  addım  olaraq  namaz 
və  oruca  əhəmiyyətli  yanaşım,  hicaba  isə  yox.  Bir 
müddətdən  sonra  uzun  və  geniş  manto  aldım,  saçımın  da 
başörtüyündən  bayıra  çıxmamasına  çalışdım.  Bu  işləri 
görmək  nisbətən  asan  idi,  amma  qatı  makiyajdan  əl 
çəkməm mümkün deyildi. 
Öz-özümə  dedim:  İndi  ki  gəlmişəm,  gərək  axıracan 
gəlim.  Fikirləşib  gördüm  ki,  belə  həyat  tərzi  çox 
aşiqanədir. Allah mənim həyatımın mərkəzinə çevrilmişdi. 
Yavaş-yavaş  makiyajı  kənara  qoydum.  Bu  mərhələlər 
bir müddət çəkdi. Başqa bir problemim naməhrəmlə təmas 
idi. 
Mən 
bütün 
qonaqlıqlarda  naməhrəmlərlə  əl 
görüşürdüm.  Allahdan  istədim  ki,  bu  problemimi  də  həll 
etsin və Allahın köməyi ilə pillə-pillə irəlilədim. 
Növbəti  ildə  dostumla  mağazaya  gedib  çadra  aldım  və 
elə mağazada başıma atdım. 
Bir  müddətdən  sonra  məhəllənin  xanımlar  Bəsicinə 
adımı yazdırdım. Mənim həyatım tamamilə dəyişdi, qızım 
isə  əsla  dəyişmirdi.  Ona  özüm  tərbiyə  vermişdim  – 
əvvəllər  yaşadığım  kimi.  İndi  də  mənim  yeni  həyat 
tərzimdən uzaqlaşır, işlərimi qəbul etmirdi. 
Onu 
dəyişdirə 
bilmədiyimi 
gördükdə 
dedim: 
"Dəyişmək  üçün  gərək  aşiq  olasan.  Mən  səni  məcbur 
etmirəm. Bilirəm ki, bir gün sən də Allaha aşiq olacaq və 
bu yola gələcəksən". 


 
186 
Qızım gülüb deyirdi ki, əsla. Hətta məni görmək üçün 
Bəsic  mərkəzinə  gələndə  qəsdən  saçını  bayırda  qoyur  və 
çox bəzənirdi. 
Bir  müddətdən  sonra  liseydə  cəbhə  bölgələrinin 
ziyarətinə  ekskursiya  elanı  vuruldu.  Qızım  dostları  ilə 
əylənmək xatirinə icazə alıb cəbhə bölgələrinin ziyarətinə 
getdi.  Mən  dedim  ki,  inşallah  qayıdanda  namazına 
başlayarsan. O isə yenə gülüb dedi ki, əsla. 
Qızım hər axşam mənimlə əlaqə saxlayıb deyirdi: "Bizə 
deyirlər  ki,  sizi  buraya  şəhidlər  dəvət  edib".  Sonra  gülüb 
onları  ələ  salırdı.  Lakin  get-gedə  əməliyyat  bölgələrinin 
mənəvi ab-havasından təsirləndiyini hiss edirdim. 
Həmin  günlərdə  bir  dəfə  məscidə  getdim.  Nədənsə 
qəribə  həyəcanım  var  idi.  Bir  neçə  dəfə  yerimi 
dəyişdirdim.  Sonuncu  dəfə  yerdə  bir  kağız  gördüm. 
Götürüb  oxudum.  Bir  şəhidin  həyatı  idi.  Hiss  elədim  ki, 
Allah  mənim  bu  şəhidlə  tanış  olmağımı  istəyir.  Onu 
oxuyub  həzz  aldım.  Sonra  da  kağızı  götürdüm  və  Bəsic 
rəisindən icazə alıb özümlə apardım. 
Kağızda  İbrahim  Hadi  adlı  bir  idmançı  şəhidin  həyatı 
haqda qısa məlumat yazılmışdı. 
Həmin  gün  şəhidin  şəkli  ilə  danışıb  qızımı  ona 
tapşırdım:  "Əminəm  ki,  siz  qızımı  mənəviyyata  cəlb  edə 
bilərsiniz". 
Həmin axşam qızım yenə zəng vurdu. 
– Ana, karvanımızın rəvayətçisi həmişə bizə bir şəhidin 
xatirələrindən  danışır.  Sözləri  çox  maraqlıdır.  Şəhidin  adı 
İbrahim  Hadidir.  İcazə  verirsən  onun  xatirələrinə  dair 
kitabı alım? 
Həmin  gün  əlimə  çatmış  kağızı  xatırlayıb  həyəcanla 
dedim:  "Mütləq  al".  Əmin  oldum  ki,  daha  məsələ  həll 


 
187 
olunmuşdur.  Baş  verən  hadisələrdən  anladım  ki,  İbrahim 
mənim övladımın hidayətçisi olacaq. 
Bundan sonranı qızım özü belə danışır: 
"Cəbhə  bölgələrində  çox  qəribə  ab-hava  vardı.  Ora 
bütünlüklə  düzənlikdən  ibarət  idi,  amma  çox  qəribə  yer 
idi. Mən oranın torpağından bir qədər özümlə gətirdim. 
Bu səfərin ən mühüm hadisəsi İbrahimlə tanış olmağım 
idi.  "Salam  olsun  İbrahimə"  kitabı  mənə  çox  təsir  etdi. 
Mən çox kitab oxumuşam, amma bu, olduqca maraqlı idi. 
Mən  kitabı  oxuyandan  sonra  namaz  qılmaq  qərarına 
gəldim,  amma  anamla  inadkarlıq  etmək  üçün  bunu  bir 
qədər  gecikdirdim.  Əvvəlcə  gizli  şəkildə  namaza 
başladım, sonra yavaş-yavaş aşkara çıxdı. 
Mən  idmançı  idim,  voleybol  oynayırdım.  İbrahim  də 
idmançı, güləş və voleybol çempionu olmuşdu. 
Mən  həmişə  onunla  danışıram,  yarış  və  imtahanlara 
gedəndə ondan dua etməsini istəyirəm. 
Mən  nəzir  edib,  namaz  qılıb  savablarını  ona  hədiyyə 
edirəm və öz problemlərimdə Allahın lütfünü duyuram. 
Bir  müddətdən  sonra  mən  də  anam  kimi  oldum. 
Dostlarım  məndə  olan  dəyişikliklərlə  bağlı  soruşanda 
deyirəm: "Mən bütün  yolları getmişəm. Həmişə pulum və 
istədiyim  şeylər  olub.  Hər  növ  əyləncə  ilə  əylənmişəm. 
Lakin Allahın yolu çox ləzzətlidir. Bunun üçün yalnız eşq 
lazımdır”. 
Hicabın da qayda-qanunları var. Onları biləndən sonra 
aşiq  olursan.  Əvvəl  elə  bilirdim  ki,  çətindir,  amma  elə 
deyilmiş. 
Mənim  həyatım  tamamilə  dəyişdi.  Mən  indi  həyatdan 
olduqca həzz alıram”. 


 
188 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin