Hiday
ətçi İbrahim
Şirkətdən çıxanda özümlə bir qədər kitab götürüb evə
yollandım.
Qədr gecələri və həzrət Əlinin (ə) şəhadət günləri
olduğuna görə tətil idi. Müqəddəs müdafiə üçün
hazırladığım ssenarini tamamlamağa yaxşı fürsət vardı.
Evə çatandan bir qədər sonra kitabların birini
götürdüm. Kitabın üzərinə xüsusi bir əməliyyat barədə bir
şey yazılmamışdı. Mənim tədqiqat üçün seçdiyim bütün
kitablar qalın idi və Xeybər, Vəlfəcr-8, Kərbəla-4 kimi
əməliyyatlara həsr olunmuşdu. Amma yenə düşündüm ki,
bəlkə bunun da əməliyyatlarla əlaqəsi olar.
Hamısından kiçik idi və asanlıqla bitirə bilərdim.
Çarpayıya uzanıb oxumağa başladım.
Bu kitab əməliyyat barədə deyildi, Şəhid İbrahim Hadi
ilə bağlı xatirələrdən ibarət idi.
Kitabı vərəqlədikcə İbrahimin şəxsiyyətindən daha çox
xoşum gəlirdi. Onun şəxsiyyətinə elə vuruldum ki, kitabı
bir an da yerə qoymadım. Həmin axşam xalamgil ailəvi
bizə gəldilər. Həmişə olduğu kimi bu dəfə də onları
başıaçıq qarşıladım.
Sonra yenidən kitabı oxumağa başladım. Oxuduqca
İbrahimi daha çox tanıyırdım və mənə daha əziz insana
çevrilirdi.
Ona elə bağlandım ki, yaralandığını oxuyanda çox
narahat olub ağladım. Sonra öz-özümə dedim: "Sən
dəlisən?! Bu, bir şəhidin kitabıdır. O daha həyatda deyil,
yaralandığına görə nə üçün bu qədər kədərlənirsən?!”
Gecə evdəkilər ağladığımı bilib səbəbini soruşdular.
Qəhər içində dedim: "Axı siz İbrahimi tanımırsınız..."
177
Xalamın yoldaşı dedi: "Cəbhə belə idi. Mən İbrahim
kimiləri çox görmüşəm, nə üçün ağladığını bilirəm".
Həmin gecə söhbətlər cəbhə, müharibə və şəhidlər
mövzusu ilə bitdi.
Səhər tezdən yenidən kitabı oxumağa başladım. Bu
dəfə tədqiqatımı tamamlamaq üçün yox, İbrahimi daha
yaxından öyrənmək üçün oxuyurdum. Oxuya-oxuya
İbrahimin iynəni öz kirpiklərinin arxasına batırdığı və
naməhrəmi gördüyü üçün özünü danladığı yerə çatdım.
Kitabı bağladım. Xəcalətimdən nə edəcəyimi bilmirdim.
Məni yenidən ağlamaq tutdu. Bu dəfə İbrahimlə özüm
arasındakı fərqlərə görə ağlayırdım, həm də özümlə Allah
arasındakı məsafəyə görə.
Kitab bitmək üzrə idi, mənsə təzə başlayırdım.
İbrahimin şəhid olduğu yerə çatdım.
Kitabın bitməsini, onun həyatının sonunu oxumaq
istəmirdim.
Lakin sonda Vəlfəcr-hazırlıq əməliyyatının adını görüb
təəccübləndim. Mən bu əməliyyat haqda bilirdim. Vəlfəcr-
8 əməliyyatını araşdıranda təsadüfi olaraq Fəkkə
şəhidlərinin qəribliyi ilə tanış olmuşdum. İbrahim də
Fəkkə torpağının qəriblərindən idi, həmin əməliyyatda
qəhrəmancasına Allaha qovuşmuşdu.
Kitabın sonunda artıq əvvəlki adam deyildim. Sanki bir
əzizimi əldən vermişdim. Fikrə qərq olub çox şeylər haqda
düşünməyə başladım.
Qədr gecəsi idi. İllər idi bu gecəni yatmaqla keçirirdim.
Yenə yatağıma gedib uzandım.
İnanılmaz olsa da, yuxuda İbrahimi gördüm. Başımın
üstə gəlib mehriban səslə dedi: "Qalx, namaz qıl, azan
verirlər".
178
Yuxuda oturub ona baxdım. Mənə yaxınlaşıb dedi: "Siz
İslamın qürur amilisiniz".
Yuxudan oyandım. Azana on beş dəqiqə qalırdı.
Özümdən asılı olmadan ağlayıb dedim: "İlahi! Mən
İslamın qürur amiliyəm?! Mən üzüqara?! Mən özüm
İslamın hörmətini saxlamıram”.
Gedib dəstəmaz aldım. Uzun illərdən sonra Qədr gecəsi
ilk namazımı qıldım. İbrahim sözü ilə məni utandırmışdı.
Mən İslamın qürur amili ola bilmərəm, lakin bundan
sonra çalışaram ki, ən azı xəcalət amili olmayım.
İbrahimin sayəsində bu gün Fatimeyi-Zəhra (ə) hicabı
ilə də örtünürəm.
Buna görə sizdən istəyirəm ki, hicabı düzgün olmayan
və ya inanclarımızı dərk etməyənlərlə kobud rəftar
etməyək. İbrahim Hadi kimi onları doğru yola gətirək.
Əgər bunu bacarmırıqsa, İbrahimi və İbrahim kimiləri
onlara tanıtdıraq.
Şübhəsiz ki, Allah Bağışlayan və Mehribandır. Mən var
gücümlə çalışıram ki, günahla özümə zülm etdiyim,
özümü sevimli Rəbbimdən uzaqlaşdırdığım günlərin
günahını yuyum. Ümidvaram ki, Allah ibadət nemətini
bizdən almaz.
İbrahim mənə elə rahatlıq verdi ki, dünyanın heç bir
yerində belə rahatlıq tapa bilməzdim.
Bilməyinizi istəyirəm ki, İbrahim yalnız məni yox,
mənim ətrafımdakıları da dəyişdirib. Kimə İbrahimin
xüsusiyyətlərindən bir qədər danışıramsa, onun Allahını
tanımaq istəyir.
Salam olsun İbrahimə dünyaya gəldiyi an, şəhadətə
qovuşduğu an və qiyamətə gələcəyi an.
Ş. S. 2014
|