Qardaşın qonaqpərvərliyi
Şəhidin bacısı
Axır zamanlar hər il novruz günlərində Fəkkəyə gedib
şəhidlərə qonaq oluram, böyük müəllimlərimizdən dərs
öyrənirəm. Çünki nəyimiz varsa, şəhidlərdəndir.
2015-ci ilin novruzunda da Fəkkəyə getdim. Kanala
çatanda İbrahim də oraya gəldi. Birgə keçirdiyimiz günlər
kimi onunla danışmağa başladım.
Sonra kanala girdik. Kumeyl kanalının qonaqlarına
hədiyyə üçün bağlamalar hazırlanmışdı. Hər bağlamada
bir şəhidin adı və xüsusiyyətləri yazılmışdı. Deyirdilər ki,
görün bu il sizi hansı şəhid dəvət edib.
Mənə də bir bağlama verdilər. Açanda gördüm ki,
İbrahim Hadinin şəkli və xüsusiyyətləri qeyd olunub.
Halım pisləşdi, yerə oturdum. Orada mənim İbrahimin
bacısı
olduğumu
bilmirdilər.
İbrahimə
dedim:
"Minnətdaram, İbrahim. Yeni ildə məni evinə dəvət
etdin".
Kağızda İbrahimdən bir mesaj da yazılmışdı:
"Gördüyünüz işlər yalnız Allahın razılığı üçün olsun!"
O səfərdə haraya gedirdimsə, İbrahimi yanımda hiss
edirdim. Bir axşam Muşdağ düşərgəsinə getdik. Öncədən
razılaşdırmamışdıq. Adətən belə olanda qalmağa icazə
vermirlər. Qorxurdum ki, birdən bizə də problem yaranar.
Düşərgənin rəisi soruşdu: "Bacılar neçə nəfərdir?"
– Otuz nəfər.
– Buyurun içəri. İkinci otağa keçə bilərsiniz.
İkinci otağın önünə çatanda isə belə bir yazı oxudum:
Şəhid İbrahim Hadi otağı.
180
Dedim ki, təşəkkür edirəm, dadaş, burada da
qonaqpərvərlik etdin. Yoldaşlarım soruşdular: "Siz
öncədən buranı danışmışdınız?"
– İnanın ki, yox.
Həmin axşam bizim karvandakı xanımlar mənim orada
olduğumu xadimə bacılara xəbər verdilər.
Bir də gördüm ki, çoxları toplaşıb onlara İbrahimdən
danışmağımı istəyirlər. Onu hamı tanıyırdı, kitabı
oxumuşdular.
Söhbətin sonunda dedim: "Mən illərdir əxlaq
dərslərində iştirak edirəm, amma onların heç biri mənə
İbrahimin əməlləri qədər təsir etməyib”.
2016-cı ilin novruzunda da maraqlı hadisələr baş verdi.
Yenə Fəkkə bölgəsində mənə bir bağlama verdilər. İçində
bir sənəd vardı. İyirmi fərqli şəhid üçün hazırlanmış
aşiqlik sənədi idi və bu dəfə də mənə İbrahim Hadinin
sənədi qismət oldu.
O səfərdən sonra Qum şəhərindəki xanımlara məxsus
Cameətül-Zəhra (ə) elm hövzəsinə xarici tələbələrə
İbrahim haqda danışmağa dəvət olundum. Müxtəlif
ölkələrdən üç yüz tələbə iştirak edirdi. Məclisin sonunda
Almaniya, İtaliya, Misir, Ərəbistan, Yəmən, Tayland və
digər ölkələrdən olan xanımlar əllərindəki "Salam olsun
İbrahimə" kitabı ilə yaxınlaşıb suallar verirdilər.
Onlar da İbrahimi bugünkü nəslə çox uyğun bir örnək
bilirdilər. Onlar söz verdilər ki, İbrahimin və digər
şəhidlərin mesajlarını öz ölkələrimizə aparacağıq.
|