Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə53/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   49   50   51   52   53   54   55   56   ...   67
Salam-olsun-İbrahimə-2

Allahın xalis bəndəsi 
Həzrət 
Fatimeyi-Zəhranın 
(ə) 
şəhadət  günündə 
kəşfiyyatçı 
şəhidlərə  mərasim  keçiriləcəkdi.  Çox 
istəyirdim  ki,  ağa  İbrahimin  kitabı  həmin  gün  təqdim 
olunsun.  Mərasimə  bir  neçə  gün  qalırdı.  Kitabın  icazəsini 
alıb  çap  etdirmək  prosesi  isə  bir  aydan  çox  vaxt  tələb 
edirdi.  Lakin  Allahın  lütfü  ilə  bütün  işlər  yoluna  düşdü, 
kitab şəhadət gecəsi çap olundu və təqdimatı şəhadət günü 
kəşfiyyatçı şəhidlərlə bağlı mərasimdə baş tutdu. 
Kitabın  çapından  sonra  Şəhid  İbrahim  Hadinin 
kəramətləri  haqda  bizə  müxtəlif  xəbərlər  çatdı.  Təbii  ki 
onların  hamısını  burada  qeyd  edə  bilmərik.  Lakin  çox 
təsirli  olanların  bəzisini  ixtisarla  diqqətinizə  çatdırmağa 
çalışacağıq. 
Üç  il  öncə  bir  tələbə  zəng  vurub  şəhidlə  bağlı  başına 
gələnləri danışdı:  
"Mənəviyyatdan  uzaq  bir  tələbə  idim.  Universitetə 
ayağı  dəyən  kimi  bütün  keçmişini  unudub  mənəviyyatla 
sağollaşanlardan biri idim. 
Bir müddət həyatım belə keçdi. Bir  gün bəzi dostlarım 
dedilər  ki,  cəbhə  bölgələrinə  ziyarət  ekskursiyasına 
gedirik,  sən  də  gəl,  maraqlı  keçəcək.  Mən  də  əyləncə 
məqsədilə  onlara  qoşuldum.  Həmin  səfərdə  bir  axşam 
müharibə  iştirakçısının  söhbətini  dinləyib  öz  halıma  çox 
heyfsiləndim və bütün keçmişimi zay etdiyimi anladım. 
Həmin  gecə  yuxuda  gördüm  ki,  müharibədir;  erkən 
İslam  çağının  müharibələri  kimi.  Mən  döyüş  tərəflərinin 
hansına  qoşulmalı  olduğumu  bilmirdim.  Birdən  həzrət 
Peyğəmbəri  gördüm,  şəxsi  heyəti  nizama  salırdı.  Məni 
görən kimi buyurdu: "Get İbrahimin qoşununa!" 


 
174 
Elə  bildim  ki,  qoşunun  başçısı  həzrət  İbrahim 
peyğəmbərdir  (ə).  Tez  onun  diviziyasına  qoşuldum.  O, 
gözəl və nurani bir gənc idi. Döyüşə hazırlaşanda yuxudan 
oyandım. 
Ertəsi  gün  səhər  dostlarımdan  uzaqlaşıb  təklikdə 
gördüyüm  yuxu  haqda  fikirləşməyə  başladım.  Bir  qədər 
sonra karvanın  rəvayətçisi hamını toplayıb dedi:  "Sizə bir 
kitab  təklif  edirəm.  Əminəm  ki,  bunu  oxumaqdan 
yorulmayacaq  və  ondan  çox  şey  öyrənəcəksiniz.  Kitabın 
adı belədir: Salam olsun İbrahimə”. 
Kitabı  qaldırıb  digər  tələbələrə  də  göstərdi.  Mən  bir 
qədər  aralıda  oturub  onlara  baxırdım.  Kitabın  üzərindəki 
gənc mənə çox tanış gəldi. 
Ayağa  qalxıb  təəccüblə  onlara  yaxınlaşdım  və  şəkli 
tanıdım. O gənc bizim komandirimiz idi. Peyğəmbər mənə 
onun  qoşununa  qatılmağı  əmr  etmişdi.  Yaxınlaşıb 
təəccüblə kitabı aldım. Bəli, özü idi. Həmin gün kitabı alıb 
təkliyə çəkildim və oxumağa başladım. 
Birinci  səhifəni  açanda  gördüm  ki,  bu  kitab  əziz 
Peyğəmbərimizə  ithaf  olunub.  O  gündən  İbrahim  mənim 
yeni  müsəlmanlığımın  səbəbkarı  və  mənim  din  qardaşım 
oldu. Çalışıram daim İbrahimin ordusunda qalım”. 
*** 
Çoxlu  zəngdən  sonra  nəşriyyatın  ofisinə  gəldi.  Deyirdi 
ki, sizə bir hadisə danışmalıyam: 
“Yaşım  ötürdü.  Yaxşı  da  işim  vardı.  Dəfələrlə  elçiliyə 
getmişdim,  amma  hər  dəfə  bir  problem  çıxmışdı  və  ailə 
qura bilmirdim. Bir dəfə hicab üstündə razılaşa bilmirdik, 
bir  dəfə  mehrə  görə,  bir  dəfə  ailələrin  dini-mədəni 
fərqlərinə görə və s. 
Anamla  bacım  da  yorulmuşdu.  Özüm  isə  daha  çox 
əziyyət çəkirdim. 


 
175 
Nəhayət,  iki  il  öncə  Behişti-Zəhra  (ə)  məzarlığına 
getdim. Dostlarımla birgə İbrahimin xatirə məzarı önündə 
ona ad günü mərasimi keçirdik. Oraya çoxlu insan gəldi və 
İbrahimin  xatirələrini  dinlədi.  Bu  yolda  kiçik  bir  addım 
atdığıma görə sevinirdim. Hamı gedəndən sonra gözlərimi 
İbrahimin şəklinə dikib dedim: "Sən sağ olanda insanların 
problemlərini  həll  edərdin.  İndi  şəhid  olmusan  və  Allah 
sizi ölü yox, diri kimi təqdim edir". 
Sonra ürəyimdə dedim: “İbrahim can, sən də bir dua et 
ki, gələn dəfə buraya həyat yoldaşımla gəlim". 
Ertəsi gün dostlarımın biri əlaqə saxlayıb bir ailə haqda 
məlumat  verdi.  Hövsələm  olmasa  da,  yenə  anam  və 
bacımla elçiliyə getdik. 
Bütün  mərhələlər  yaxşı  keçdi.  Hər  şey  istədiyim  kimi 
idi, heç bir problem yox idi; nə mehr problemi vardı, nə də 
ailələr arasında fikir ayrılığı yaranırdı. 
Söhbət  bitəndən  sonra  son  qərar  üçün  bizi  bir  otağa 
yönəltdilər.  Xanımla  birgə  otağa  girən  kimi  gözüm  ağa 
İbrahimin  divardakı  böyük  şəklinə  sataşdı.  Oturanda  ilk 
olaraq  bunu  soruşdum:  "Siz  Şəhid  İbrahim  Hadini 
tanıyırsınız?" 
O  da  təəccüblə  dedi:  "Bəli.  Şəhid  Hadi  atamın  döyüş 
yoldaşı  olub.  Onlar  bir  məhəllədə  yaşayıblar.  Mənim  bu 
dəyərli şəhidə çox böyük hörmətim var". 
Qısası,  gələn  həftə  Behişti-Zəhra  (ə)  məzarlığına 
getdim.  Bu  dəfə  yoldaşımla  birlikdə  onun  xatirə  məzarı 
önündə dayanıb təşəkkür etdim. 
Sonralar  öyrəndim  ki,  yoldaşım  da  qismətinə  münasib 
həyat  yoldaşı  çıxmasından  ötrü  İbrahimdən  dua  etməsini 
istəyibmiş. 


 
176 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin