Son gün
Kumeyl kanalından xilas olanların biri
Döyüşün altıncı, kanalda mühasirəmizin isə beşinci
günü 1983-cü ilin 11 fevralına təsadüf edirdi. Bəəs ordusu
hücumunu gücləndirdi, amma kanaldakı azsaylı silahlılar
müqavimət göstərdilər.
Günortaya yaxın təxminən bütün sursatımız bitdi.
İbrahim Hadi taqətsiz uşaqları kanalın bir küncünə
toplayıb dedi: "Uşaqlar, narahat olmayın. İndi ki mərdliklə
duruş gətirdiniz, hamımız şəhid olsaq da tək deyilik. Əmin
olun ki, anamız həzrət Zəhra (ə) gəlib bizə baş çəkəcək".
Uşaqlar ağlamağa başladılar. Yorğun Bəsic üzvlərinin
bütün üzləri islandı. İbrahim əlavə etdi: "Darıxmayın!
Əgər qürbətdə şəhid olsaq da, anamız bizi tək
qoymayacaq!"
Çoxlu yaraların, aclıq və susuzluğun dilləndirə
bilmədiyi uşaqlar özlərini saxlaya bilməyib zar-zar
ağlamağa başladılar. Hamı batmış səs və çatlaq dodaqla
həzrət Fatiməni (s) səsləyirdi.
Rövzə başlayanda düşmənin atəşi tamamilə dayandı.
Bölgəyə yarım saat sükut çökdü.
Uşaqların kanalda mühasirəsindən beş gün ötürdü. Bu
müddətdə gündüzün günəşi, gecənin soyuğu, qürbət və
yalqızlıq, yaralar, aclıq və susuzluq - bütün bunlar
Xomeyninin dostlarının dözümlülük və razılıq sınağının
mövzusu olmuşdu.
Allahda fəna olmağa az yol qalmışdı. Uşaqlar eşqlə
dayanıb müqavimət göstərirdilər.
Təxminən hamı yaralı idi. Daha yaraları bağlamağa bir
şey tapılmırdı. Uşaqların yaraları qanayırdı.
169
Düşmən qərara gəlmişdi ki, mühasirəni daraldıb güclü
atəşlə kanalın işini bitirsin.
Bəəs komandosları əvvəlcə ötən gecədən üçüncü
kanalda mühasirəyə düşmüş Hənzələ batalyonunun
uşaqlarına hücum etdi. Bir saat güclü atışmadan sonra
onları qətliam edib bir neçə tərəfdən Kumeyl kanalına
axışmağa başladılar.
Sayları olduqca çox idi. Uşaqlar son güllələrini atdılar.
Müqavimət göstərməyə daha heç bir şey yox idi.
Düşmən komandoslarının biri özünü kanalın yuxarısına
çatdırdı və oradan kanalın içindəki silahsız döyüşçülərə
RPG minomyotu atdı.
Mərmi Seyid Cəfər Tahirinin yanında partladı. Seyidin
başı və qolu bir anın içində bədənindən ayrılıb bir neçə
metr kənara düşdü.
Bir neçə gün öncə o, su payını bir düşmən əsirinə
vermişdi, indi isə susuz dodaqlarla qanına qəltan olunurdu.
Yadımdadır, seyid həmin gün günəş çıxmazdan öncə
altı nəfərlə kanaldan bayıra çıxdı. Onlar şəhidlərin
arasında uzanıb komandosların gəlişini gözlədilər.
Komandoslar yaxınlaşanda onların arasında güclü döyüş
getdi. Döyüşçülərimizin üçü şəhadətə qovuşdu. Seyid
Cəfər başqa iki nəfərlə birgə kanala qayıtdı.
Kanalın cəsur uşaqlarından biri də Məhəmməd Şərif
idi. O da qəhrəmancasına döyüşürdü. Minomyot atəşindən
sonra ağır yaralandı və şəhadət anında dostuna dedi:
"Anama de ki, Şah Əbdüləzimə gedib mənim üçün dua
etsin".
Sonra əlini qaldırıb titrək səslə və xüsusi mənəvi halla
qışqırdı: "Mehdi can, əlimdən tut!"
170
Şəhadət anında məsum üzünün gülümsədiyini isə
uşaqlar gördülər. O, gözlərini bir nöqtəyə dikdi və gözləri
parladı.
***
Bütün uşaqların halı dəyişdi. Düşmən qüvvələrini hər
an başımız üstə gözləyirdik.
Bu anlarda düşmənin kanalın sonundan içəri girdiyini
eşitdik. İbrahim Hadi həmin istiqamətə doğru qaçdı. Onun
getdiyi yerdə birdən-birə bir neçə güclü partlayış baş
verdi. Bir qədər sonra uşaqların biri oradan bizə doğru
qaçıb qışqırdı: "İbrahim də şəhid oldu".
Daha yaşamağa heç bir ümidim qalmadı. Uşaqların
kanalda son müqavimət anları idi.
Biri ratsiya ilə komandirlərlə əlaqə saxlayıb dedi:
"Bizim salamımızı imamımıza yetirin. Bizim tərəfimizdən
imama deyin ki, onun buyurduğuna uyğun olaraq, Hüseyn
kimi müqavimət göstərdik və son nəfərimizə qədər
vuruşduq".
Birdən kanalın üstündən bizə tuşlanmış silah lülələrini
gördük. Komandoslar başımızın üstünü almışdılar.
Düzəltdiyimiz pilləkəndən bir zabitlə bir əsgər kanala
girdi. Hamı yaralı idi və yerə uzanmışdıq. Zabit bizə
baxdı.
Onlar silahsız və yaralı insanlardan son bir neçə günlük
müqavimətin intiqamını almağa gəlmişdilər.
Bəəs zabiti silahını hazırladı. Kimə çatırdısa, bir güllə
vururdu.
Bir qədər sonra zabit kanaldan çıxdı və yuxarıdakılara
atəş əmri verdi. Onlar rəhmsizliklə kanalın içindəkiləri
atəşə tutub Xomeyninin qeyrətli övladlarını qanlarına
qəltan etdilər.
171
Cümə günü, 11 fevral 1982-ci ildə günortaya yaxın
kanal süqut etdi.
Onlar kanalda hər şeyə atəş açdılar, heç kimin sağ
qalmadığına əmin olandan sonra getdilər.
Kanal parça-parça olub qana bələşmiş cəsədlərin
qətlgahına dönmüşdü. Kanala mütləq sükut hakim idi,
arabir küləyin səsi gəlirdi.
İraqlıların gedişindən bir saat ötdü. Mən bədənim qanın
içində bir neçə şəhid cənazəsinin yanına düşmüşdüm.
Bəlkə elə buna görə mənə atəş açmağa ehtiyac
görməmişdilər.
Gözlərimi açdım. Günəşin şüası üzümə düşdü.
Çətinliklə oturdum. Yaralı və yorğun idim. Birtəhər ayağa
qalxdım.
Mütləq sükut hər yeri bürümüşdü. Bir qədər ətrafı
gəzdim. Yaralıların birinin tərpəndiyini hiss etdim. Biri də
digər tərəfdə yaralıların arasından qalxdı.
Bəəs hərbçilərinin bütün vəhşiliklərinə baxmayaraq,
Allahın lütfü ilə uşaqların bir neçəsi sağ qalmışdı.
Hava qaralana qədər gözlədik. Təxminən on nəfər idik.
Qərara gəldik ki, nə olur-olsun, İbrahimin dediyi yolla geri
qayıtmalıyıq.
Hava qaralanda Hənzələ batalyonunun uşaqlarından bir
neçə nəfər də bizə qoşuldu. Onların köməyi ilə bir neçə
ağır yaralını da özümüzlə götürdük.
Son anlar idi. Hamını düzəltdiyimiz pilləkənlə yuxarı
qaldırdıq. Bir də qayıdıb kanalın içinə baxdım. Şəhidlərin
parça-parça
olmuş cəsədləri bütün kanal boyu
səpələnmişdi.
Bilmirəm, həqiqətən bilmirəm ki, o beş günü necə
təsvir etmək olar. Mən də getməli idim, amma nə üçünsə
qaldım. Bəlkə Allah bir neçə gün şəhidlərə qonaq
172
olmağımı istəmişdi ki, onlardan sədaqət və fədakarlıq
dərsini öyrənim.
Son dəfə Kumeyl kanalına baxdım. Şəhidlərə söz
verdim ki, qayıdacağam; dedim ki, sizin xatirələrinizi
hamıya danışmaqdan ötrü mütləq qayıdacağam.
Çətinliklə hərəkətə başladıq. Daha atəş səsi gəlmirdi.
Sanki hər şey əl-ələ vermişdi ki, bu bir neçə nəfər qayıtsın
və Kumeyl kanalının sirri o səhrada qalmasın.
Bir saatdan sonra birinci kanala çatdıq. Hələ yolumuzda
düşmənin pusqu səngərləri görünürdü, lakin heç biri
bizdən kiminsə sağ qalacağını düşünmürdü.
Qaranlıqda yolumuzu davam etdirdik. Bəzi uşaqlar
dörd əl-ayaqlı, bəziləri sürünə-sürünə gedirdilər. Daha
bədənlərdə taqət qalmamışdı.
Sonra əkiz təpələrə çatdıq. Təpələri dövrə vurandan
sonra orada yerləşmiş Yasir batalyonunun uşaqlarını
gördük.
Onlar bizim üzümüzü görən kimi yaxınlaşıb soruşdular:
"Siz kimsiniz? Haradan gəlirsiniz?”
Dedik: "Kumeyl batalyonundanıq".
Mən öz döyüşçülərimizin yanına çatan kimi yıxılıb
özümdən getdim. Digərləri də mənim günümdə idilər.
Dərhal xərək gətirdilər. Ertəsi gün diviziyanın Çənanədəki
tibb məntəqəsində ayıldım.
Gələn hər kəs soruşurdu ki, harada idiniz, nə edirdiniz,
digərləri haradadırlar?
Bəli, biz qalmalı idik ki, gələcək nəsillər İbrahim
Hadinin
və
mühasirədəki
digər
döyüşçülərin
qəhrəmanlıqlarından xəbərdar olsunlar.
|