Salam olsun İbrahimə


Əmriyyə  Mürtəza Parsayian



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə48/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   44   45   46   47   48   49   50   51   ...   67
Salam-olsun-İbrahimə-2

Əmriyyə 
Mürtəza Parsayian 
1983-cü  il,  yanvarın  sonları  idi.  Tehran  korpusunda 
çalışırdım.  Bir  gün  bir  nəfərin  mənimlə  görüşmək 
istədiyini  dedilər.  İbrahim  idi.  Onu  görməyimə  çox 
sevindim.  Birlikdə  binaya  girdik.  Dostlarımızın  çoxu  onu 
tanıyırdı və ya haqqında eşitmişdi. 
Mənim  israrımla  nahar  yeməyinə  qaldı.  Dedim  ki, 
qonağın  nahar  pulunu  öz  cibimdən  verəcəyəm  və 
beytülmal baxımından problem olmayacaq. 
– Dadaş İbrahim, nə əcəb bizi yad elədin? 
–  İstəyirəm ki, mənə bir əmriyyə alasan,  cənuba ezam 
olunum. 
O  zaman  Bəsic  üzvləri  ümumi  ezamdan  xaric  cəbhəyə 
gedəndə xüsusi məktub alırdılar. Ona əmriyyə deyilirdi. 
Yeməkxanaya  girdik.  Həmin  il  orada  xüsusi  ab-hava 
vardı.  Heç  kim  gülməzdi,  hamının  yaxası  bağlı  və  çox 
dindar görkəmdə olurdu.  Elə  bilirdilər ki, bu  işlər təqvanı 
artırır. 
İbrahim içəri girən kimi mənə dedi: "Doğrudan, eşitdim 
nişanlanmısan, düzdür?” 
- Bəli, icazənlə. Gərək inşallah toya gəlib oxuyasan... 
Hələ  sözüm  bitməmiş  birdən  əlini  stolun  üstünə  çırpıb 
dedi:  "Bərəkallah!"  Sonra  da  bir  beyt  şeir  oxudu.  Stola 
vura-vura  gülürdü.  Mən  ətrafdakıların  baxışını  görüb  çox 
utandım  və  dedim:  "Ağa  İbrahim,  ayıbdır,  korpus 
rəhbərliyi buradadır”. 
Başının  işarəsi  ilə  bildirdi  ki,  xəbərim  var  və  qəsdən 
belə edirəm. 


 
150 
Məqsədinin 
nə 
olduğunu 
bilmirdim, 
amma 
yeməkxananın nizam-intizamını çox pozdu. 
Həmin gün axşamüstü onlara gedib əmriyyəni və qatar 
biletini verdim. Çox sevindi. Dedim ki, sabah vağzala get 
və  Əhvaz  qatarı  ilə  cənuba  yola  düş.  İnşallah  mən  də 
gələcəyəm. 
Ertəsi gün öz bölməmizin sədrinin yanına gedib cənuba 
getmək  üçün  israrla  məzuniyyət  istədim.  Əməliyyat  ətrini 
hamı duymuşdu. Qəbul etmirdi, amma o qədər israr etdim 
ki, bir neçə gündən sonra razılaşdılar. Mən cənuba çatanda 
əməliyyat başlayırdı. 
Orada  eşitdim  ki,  İbrahim  kəşfiyyatçı  uşaqlarla  irəli 
gedəcək.  Qısa  bir  müddət  onun  yanında  oldum.  Sanki  bu 
dünyada  deyildi,  bütün  işləri  dəyişmişdi.  Sonra  da 
təkbaşına yola düşdü. 
Mehdi  Xəndan,  Haşim  Kəlhür  və  digər  dostlarla  birgə 
Miqdad  batalyonuna  getdim.  Batalyonla  birgə  əkiz 
təpələrə qədər getdik, amma geri çəkilmə əmri verildiyinə 
görə  qayıtmağa  məcbur  olduq  və  son  görüş  həsrəti 
ürəyimizdə qaldı. 
Dostların  biri  dedi:  "İbrahim  bu  dəfə  cəbhəyə  gələndə 
dedi  ki,  artıq  sondur,  daha  məndən  danışılmasını 
istəmirəm.  Sonra  sakitcə  əlavə  etdi:  "Sanki  bu  dünyada 
İbrahim  Hadi  adlı  bir  adam  olmayıb.  Heç  kim  məndən 
danışmasın. Bir qarış torpaq da tutmaq istəmirəm. Mənim 
üçün məclis keçirməsinlər, məndən danışmasınlar...” 
Çox narahat oldum, amma heç nə demədim. İbrahim bu 
sözləri  deyib  getdi  və  dediyi  kimi  də  oldu.  İyirmi  beş  il 
ondan  danışan  olmadı,  nə  xüsusi  mərasim  keçirildi,  nə 
məzar təyin olundu... 


 
151 
Lakin  Allah kimisə ucaltmaq  istəsə,  heç  kim mane ola 
bilməz.  2015-ci  ildə  ağa  İbrahimə  ölkə  boyu  iyirmidən 
artıq yerdə il mərasimi keçirildi. 
Bir  dəfə  Yəzd  vilayətindən  bir  nəfər  zəng  vurub  dedi: 
"Mən  bu  şəhid  üçün  nəzir  edib  il  mərasimi  keçirdim. 
Xətib,  məddah  –  hər  şey  yüksək  səviyyədə  keçdi.  Min 
nəfərə  şam  yeməyi  verdik.  Allah  bilir  ki,  bu  məclisdən 
necə faydalar gördük". 
*** 
İbrahim sonuncu dəfə cəbhəyə çatanda Vəlfəcr-hazırlıq 
əməliyyatı  başlanmalı  idi.  Komandirlərin  son  iclası 
Dehlaviyədə  keçirildi.  Hər  bir  komandir  öz  dviziyasının 
bir Bəsic üzvü ilə birgə iclas yerinə yollandı. 
Hacı Himmət İbrahim Hadini çox istədiyinə görə Hacı 
Hüseyn  Allahkərəmə  xəbər  yolladı  ki,  mütləq  İbrahim 
Hadini  də  özü  ilə  gətirsin  və  iclasdan  sonra  Təvəssül 
duasını oxusun. 
İclas keçirildi. Əsasən sürücü kimi komandirlərlə birgə 
Dehlaviyəyə  gəlmiş Bəsic  üzvləri  iclas otağının  bayırında 
gözləyirdilər.  Bir  qədər  sonra  şam  yeməyi  gətirdilər. 
Çörək  və  kabab  qabları  iclas  otağına  girdi.  Sonra  Bəsic 
üzvlərinə çörək və kartof gətirdilər. 
Şam yeməyindən sonra İbrahim Hadi iclas yerinə girib 
Təvəssül duasına başlayacaqdı. Lakin komandirlərə yemək 
verilən  zaman  bayırdan  Təvəssül  duasının  səsi  gəldi. 
İbrahim Bəsic üzvləri ilə birgə duaya başlamışdı. 
Şam  yeməyindən  sonra  nə  qədər  israr  etdilərsə,  duanı 
oxumadı.  O,  narahat  halda  deyirdi:  "Mən  öz  duamı 
oxudum". 
İclas bitdi və hamı öz mövqeyinə qayıtmağa hazırlaşdı. 


 
152 
Hacı  Hüseyn  deyirdi:  "Maşına  minib  yola  düşəndə 
İbrahimə  bir  qab  verib  dedim:  "Sənə  kabab-çörək 
gətirmişəm". 
İbrahim sükanın arxasında maşını sürə-sürə yeməyi aldı 
və  o  biri  əli  ilə  pəncərədən  bayıra  tullayıb  dedi:  "Mən 
Bəsic üzvləri ilə birgə kartof-çörək yedim. Qoy bu yeməyi 
çölün heyvanları yesinlər!" 
Bir  söz  demədim.  İbrahim  bir  neçə  saniyədən  sonra 
dedi:  "Bizim  hamımız  Bəsic  üzvüyük.  Vay  o  gündən  ki, 
Bəsic  üzvü  ilə  komandirin  yeməyi  fərqli  ola.  O  vaxt 
problem yaranacaq". 


 
153 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin