147
İnqilab günlərində ondan çox nigaran qalırdıq. Evə gec
gəlirdi. Dostları ilə birgə damda ucadan “Allahu-Əkbər”
qışqırırdılar. Atışma səsi hər an onlara yaxınlaşırdı və biz
qorxurduq.
Bir axşam evə gecikdi. Komendant saatı vardı. Birdən
qapını möhkəm döydü. Qapını açan kimi içəri tullandı. Bu
anda ona doğru bir atəş açıldı. Həmişəki soyuqqanlılığı ilə
dedi: "Əsgər yaxşı nişan aldı, amma gülləsi boşa getdi!"
Arzularından biri bu idi ki, bir gün İslam
respublikasında azan veriləndə hamı işini saxlayıb azan
versin, namaza və Allahla danışmağa getsin. Yəni Allah
insanları Özünə sarı çağıranda hamı ibadətə başlasın.
Özü namaz qılmağa həmişə məscidə gedirdi. Məscidə
gedə bilməyəndə də evdə camaat namazı təşkil edirdi.
Cibində kiçik bir darağı vardı. Namaz vaxtı saç və
saqqalını səliqəyə salıb Allahla danışmağa hazırlaşırdı.
Yəqin
eşitmisiniz
ki,
İbrahim
bir
Dostları ilə paylaş: