Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə43/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   39   40   41   42   43   44   45   46   ...   67
Salam-olsun-İbrahimə-2

Xüsusiyy
ətləri 
Hüseyn Cahanbəxş 
Bizim  fikir  vermədiyimiz  ən  kiçik  şeylərə  də  diqqət 
yetirirdi.  Onun  həyatında  israf  ola  bilməzdi.  Allahın 
yaratdıqlarına  bacardığı  qədər  kömək  edir,  ömrünün  hər 
anından maksimum bəhrələnməyə çalışırdı. 
Yadımdadır,  bir  dəfə  Sədra  klubunun  arxasında 
oturmuşduq.  İbrahimin  yanına  bir  parça  quru  çörək 
düşmüşdü.  Çörəyi  götürüb  dedi:  "Gör  Allahın  nemətinə 
necə hörmətsizlik edirlər!" 
Çörək  çox  bərk  idi.  Yerdən  bir  daş  götürüb  oturduğu 
yerdə ovmağa başladı, sonra divarın dibinə səpdi. Bir neçə 
dəqiqədən  sonra  göyərçinlər  oraya  toplaşıb  İbrahimin 
hazırladığı  xörəyi  yeməyə  başladılar.  Cəsarətlə  deyə 
bilərəm  ki,  İbrahim  o  qədər  güclü  bədəni  ilə  hətta 
qarışqaya da ziyan yetirməzdi. 
Qarışqa  deyəndə  yadıma  bir  hadisə  düşdü.  Bir  gün 
evdən idman klubuna gedirdik. Mən bir qədər önə keçdim, 
İbrahim arxada qaldı. Dönüb ona baxdım. 
– Nə olub, dadaş İbrahim? 
–  Bura  qarışqa  ilə  dolu  idi,  bilmədən  ayağımı 
qarışqaların üstünə qoydum. 
Yolun o biri tərəfinə hoppanıb gəlməyə başladı. 
–  Sən  də  qəribə  adamsan.  Biz  gecikirik,  sənsə 
qarışqalara görə dayanırsan. 
– Bunları da Allah yaradıb. Əgər vaxtım olsaydı, onlara 
bir ovuc buğda tökərdim, ayaqlarımla tapdamazdım. 
*** 


 
139 
Dostlardan  hansınınsa  qarşısına  bir  problem  çıxdığını 
görəndə  özü  çətinliyə  düşsə  də,  aradan  qaldırmağa 
çalışırdı. O, digərlərinin problemini öz problemi bilirdi.  
İdman 
yoldaşlarımızın 
biri 
inqilabdan 
sonra 
münafiqlərin  tərəfdarı  oldu.  İbrahim  çox  narahat  idi  və 
tez-tez  deyirdi:  "Nə  üçün  belə  oldu?  Bəlkə  mən  haradasa 
səhlənkarlıq etmişəm!" Onu düz yola qaytarmaq üçün çox 
çalışdı. 
Digər tərəfdən, idmançı uşaqlardan başqa birisi – Şəhid 
Rza Munisan inqilabdan sonra korpusa qoşuldu və mənəvi 
cəhətdən çox inkişaf etdi. İbrahim buna çox sevinir və onu 
tez-tez tərifləyirdi. 
İbrahimin  başqa  bir  xüsusiyyəti  bu  idi  ki,  digərlərinin 
önündə  pis  rəftar  etməyi  bacarmırdı.  Onun  bütün 
hərəkətləri yaxşı, düşünülmüş və xeyirxah idi. 
Ondan  kim  nə  istəsəydi,  “yox”  deməzdi.  İnsanların 
könlünü  almağı  çox  sevir,  onların  problemini  həll  etmək 
üçün əlindən gələni edirdi. 
Yadımdadır,  birlikdə  İnqilab  xiyabanına  getdik,  taxta 
körpünün ətrafından iki taxta parçası tapıb onlarla zorxana 
mili  düzəltdi.  Taxtaları  Qiyam  meydanında  bir  dülgərə 
verdi,  bir  müddətdən  sonra  zorxanaya  gətirib  idmana 
başladı.  Onun  milləri  çox  ağır  idi  və  hər  adam  qaldıra 
bilmirdi. Özü onlarla asanlıqla idman edirdi. Hətta milləri 
bir neçə dəqiqə əllərində üfüqi vəziyyətdə saxlayırdı. 
İbrahimin  dostlarından  biri  dedi:  "Bu  milləri  mənə 
verirsən?" 
– Verirəm, amma sabaha qədər gözlə. 
İdmandan  sonra  dedim:  "Dadaş  İbrahim,  bu  milləri 
hazırlamaq üçün o qədər əziyyət çəkmisən, indi asanlıqla 
vermək istəyirsən?!" 
– Eybi yoxdur. O, seyiddir, Peyğəmbər övladıdır. 


 
140 
O  vaxt  məndə  də  İbrahimin  millərinə  oxşayan,  amma 
ondan  yüngül  iki  mil  vardı.  İbrahim  öz  millərini  mənə 
verdi və mənimkiləri aldı.  
-  Bu  Allah  bəndəsi  mənim  millərimlə  idman  edə 
bilməz, ona ağırdır. Sənin millərini ona verəcəyəm. 
*** 
İbrahim  harada,  nə  vaxt  və  nə  iş  görməli  olduğunu 
bilirdi.  Zarafat  edərkən  ehtiyatlı  olurdu  ki,  kiməsə 
hörmətsizlik etməsin. Ona da hamı hörmət edirdi. 
İbrahim  digərlərinin  pisliyinə  həmişə  göz  yumurdu.  O 
mənə  dəfələrlə  demişdi:  "Elə  yaşa  və  dostluq  elə  ki,  sənə 
hörmət etsinlər. Səbəbsiz heç kimdən heç nə istəmə". 
O deyirdi: "Bu ailə problemlərinə, dalaşmalara bax. Ən 
çox  ona  görə  olur  ki,  heç  kim  güzəştə  getmək  istəmir. 
Lakin  dünya  bu  qədər  əhəmiyyətə  layiq  deyil.  Adam  bu 
dünyada Allah üçün bir iş görə bilsə, dəyərlidir". 
Ailə  quranda  mənə  dolayı  yolla  nəsihət  verir, 
dünyagörmüş  adamlar  kimi  deyirdi:  "Həyatda  acı 
hadisələrlə  rastlaşanda  özündə  saxla  və  bu  məsələlərin 
kin-küdurət  yaratmasına  qoyma.  Allahdan  istə  ki,  Özü  ən 
yaxşı şəkildə problemlərini həll etsin". 


 
141 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin