Salam olsun İbrahimə


partlatmaq  üçün  irəliyə  getdim.  Səhərə  yaxın,  hava



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə42/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   38   39   40   41   42   43   44   45   ...   67
Salam-olsun-İbrahimə-2


partlatmaq  üçün  irəliyə  getdim.  Səhərə  yaxın,  hava 
qaranlıq  idi.  Səngərin  yanına  bir  qumbara  atdım,  faydası 
olmadı.  Bir  az  da  yaxınlaşıb  ikinci  qumbaranı  atdım. 
Səngərin  arxasına  keçmək  istəyəndə  iraqlı  zabit  bayıra 
çıxıb  məni  gördü.  Əlində  silah  vardı.  Ərəbcə  soruşdu  ki, 


 
135 
kimsən? 
Mən 
də 
ərəbcə  dedim  ki,  sizdənəm. 
Şübhələndiyini  hiss  etdim,  amma  bir  iş  görməyə  macal 
tapmamış  silahını  qaldırıb  atəş  açdı.  O,  silahını  qaldıran 
kimi  mən  yerə  uzandım.  Bir  güllə  saçımdan  keçdi,  biri 
topuğuma dəydi, biri də yanağımdan girib dişlərimin birini 
sındırdı və boynumdan çıxdı.  
Təəccüblə  dedim:  "Boynundan?!  Həm  də  onurğa 
sütununa və şah damarına bir şey olmadı?!" 
İbrahim  gülümsəyib  dedi:  "Həkimlər  də  deyirlər  ki, 
möcüzə  budur.  Güllə  düz  onurğa  sümüyümə  dəyib, 
amma...  Qoy  ardını  danışım.  Mən  yerə  uzananda  birdən 
bütün  bədənim  keyidi.  Heç  bir  şey  hiss  etmirdim.  Sanki 
məni  elektrik  cərəyanı  vurmuşdu.  Çox  gümrah  idim, 
amma  nə  qədər  etdimsə,  əl-ayaqlarımı  tərpədə  bilmədim. 
İraqlı  zabit  də  üzümün  qanından  öldüyümə  əmin  oldu, 
yanımdan keçib getdi. O anlarda bildim ki, güllə boynuma 
xəsarət  yetirib.  Tərpənə  bilmədiyimə  görə  onurğanın 
kəsildiyini zənn etdim. 
Ürəyimdə  Allahla  danışıb  dedim:  "İlahi!  Mən  əlil 
olmaq  istəmirəm.  Bəndələrinə  kömək  etmək  üçün 
bədənimi  sağlam  elə;  əlbəttə,  əgər  məsləhətdirsə.  Yox, 
məsləhət əlil olmağımdırsa, mən tabeyəm". 
Bir  neçə  dəqiqə  belə  keçdi.  Ürəyimdə  zikr  deyir  və 
həzrət Zəhraya (ə) təvəssül edirdim. 
Bir  neçə  dəqiqə  hərəkətsiz  qalandan  sonra  qanaxmam 
dayandı.  Hiss  elədim  ki,  ayaqlarımı  tərpədə  bilirəm. 
Yavaşca ayağımı çəkdim. 
Sonra  barmaqlarıma  hissiyyatın  qayıtdığını  bildim, 
əllərimi açıb-bağladım. 
İnanılmaz  idi.  Mən  on  beş  dəqiqə  yerimdən  tərpənə 
bilməmişdim, onda isə... 


 
136 
Allaha  şükür  edib  əlimi  tərpətdim  və  səhərin  ala-
toranlığında silahımın kəmərini hiss etdim. Silahı yavaşca 
özümə çəkib qundağını sinəmə qoydum. 
Bəəsçi  zabit  hələ  səngərdə  pulemyotla  atəş  açırdı  və 
döyüşçülərimizin  yolunu  bağlamışdı.  O  məndən  bir  neçə 
metr  aralıda  idi.  Məni  görən  kimi  ona  atəş  açdım.  Zabit 
öləndən 
sonra 
səngərdəki 
əsgərlər 
qaçdılar. 
Döyüşçülərimizin oraya  çatıb məni görmələrinə qədər bir 
neçə  dəqiqə  çəkdi.  Sonra  məni  geriyə  apardılar.  Güllə 
üzümə  dəyib  boynumdan  çıxsa  da,  əhval-ruhiyyəm  yaxşı 
idi,  bədənimdə  zəiflik  hiss  etmirdim.  Əməliyyatda  iştirak 
etmək  istəyirdim,  amma  həmin  istiqamətdə  işimiz  uğurla 
başa çatmışdı. 
Burada  Nəcmiyyə  xəstəxanasında  bütün  həkimlər 
deyirlər  ki,  bu,  möcüzədir;  güllə  düz  onurğa  sümüklərinə 
dəyib,  amma  onurğan  sağlamdır.  Deyirlər  ki,  oxşar 
hadisələrin hamısında yaralının onurğası kəsilmişdir". 
İbrahimin  topuğu  isə  çox  ağır  zədələnmişdi  və  altı  ay 
cəbhəyə gedə bilmədi. 
Yadımdadır, bir aydan sonra İbrahim, Cavad Əfrasiyabi 
və Mustafa  Təqvayi  motosikletlə  İmam  Sadiq  (ə)  liseyinə 
mənə  baş  çəkməyə  gəldilər.  İbrahim  dedi:  "Məktəb  nə 
üçün boşdur?" 
–  Şəhid  gətiriblər.  Şəhid  Qəmxar  məktəbimizin  ilk 
şagird şəhididir. İndi o tərəfə apardılar, amma məddahımız 
yoxdur. Dadaş İbrahim, səni Allah yetirdi. 
Tez  mikrofonu  götürüb  oxumağa  başladı.  Çox 
möhtəşəm məclis keçdi. O oxuyur, hamı ağlayırdı. 
Axırda  bir  beyt  şeir  oxudu,  hamı  təkrarladı  və  sonra 
cənazəni götürdülər: 
Mehdi! Ey Mehdi! Anan Zəhraya and veririk, 
Bu axşam bizim qələbəmizi imzala! 


 
137 
Məktəbdəkilər  dağılışdılar.  Ağa  İbrahim  dostları  ilə 
getməyə 
hazırlaşanda  məktəbin  həyətində  oturub 
boynunun tikiş yerini göstərdi: "Hüseyn, bura bax". Əlimi 
vurub  baxdım.  Onurğa  sümüyünün  yeri  deşilmiş  və 
tikilmişdi.  Həkimlər  haqlı  olaraq  bunu  möcüzə 
adlandırırdılar. 


 
138 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin