Q
əmli günlər
Kumeyl kanalından xilas olanların biri
Kanalın sirli sükutunu pozan yeganə səs İbrahimin
növhələri idi. O, gözəl səsi ilə kanalın yorğun dostlarına
yeni can bağışlayırdı. Qan, yara, aclıq və susuzluq
arasında İbrahimin zümzümələri insanı rahatladırdı.
Məzlum ananın müsibətindən oxuyan səs kanaldakılara
mənəvi güc verirdi.
Bu nəğmələrlə həyat kanala yenidən qayıtdı və hamı
cana gəldi.
İbrahimin azanından sonra hələ bədəndə azca taqəti
qalanlar özlərini kanalın divarına yapışdırır və divarın
köməyi ilə ayağa qalxıb namaz qılırdılar.
Yaralılar daha mənəvi halla çətinliklə üzüqibləyə
çevrilir, qanlı alınlarını eşq və bəndəlik əlaməti olaraq
kanalın torpağına qoyurdular.
Məncə, Allah məhz belə insanlar yaratdığına görə
mələklər önündə fəxr etmişdi.
Namaz qılandan sonra Şəhid Seyid Cəfər Tahiri Quran
oxuyur, hətta təfsir edirdi. Uşaqlar Seyid Cəfərin gözəl
Quran səsini eşidəndə yenidən cana gəldilər və öz
haqlılıqlarına əmin oldular.
Bəzi uşaqlar cib Quranlarını çıxarıb Seyid Cəfərlə birgə
oxuyur və səssizcə ağlayırdılar. Bəziləri də karandaş və ya
qələm tapıb mümkün olan hər hansı şeyin üzərinə
vəsiyyətnamə yazırdılar.
Kanalda hərə bir duanı zümzümə edib sızlayırdı;
bəziləri Təvəssül duası oxuyurdular, bəziləri Aşura
ziyarətnaməsi. Bəziləri də yavaşca mərsiyə oxuyub
ağlayırdılar.
159
Kanalda sudanlı bir əsir vardı. O, uşaqların Quran
oxuduğunu görəndə çox heyrətlə dedi: "Məgər siz də
Quran
oxuyursunuz?!
Bizə
demişdilər ki, sizi
atəşpərəstlərlə müharibəyə aparırıq".
Həmin əsir uşaqların müsəlman olduğuna əmin olandan
sonra israrla xahiş edirdi ki, onu özümüzlə aparaq. O
deyirdi ki, mən böyük səhv etmişəm.
***
Uşaqlar süngü ilə, hətta əllə kanalın divarını qazıb
qalxmaq üçün pilləkən düzəldirdilər. Onlar öz güclərini
göstərmək və Səddamın əsgərlərinin yaxınlaşmasının
qarşısını almaq üçün hərdən sürətlə pillələrdən qalxıb
onlara atəş açırdılar.
Bəəs komandosları hündür və bədənli idilər, görəndə
adamı vahimə basırdı. Onlar bizə doğru irəliləmək
istəyəndə düşmən bütün atəşini kanala yönəldirdi ki,
asanlıqla yaxınlaşa bilsinlər. Bu zaman uşaqların kanalın
divarından atəş açmaları çox çətinləşirdi. Bəzi aslan
uşaqlar komandoslara qarşı kreativ, eyni zamanda
şəhadətli üsuldan istifadə edirdilər.
Komandosların hücumundan öncə onlar könüllü şəkildə
kanaldan çıxıb düşmənə doğru təxminən 60 metr irəliləyir,
sonra şəhid cəsədlərinin arasında gizlənib onların gəlişini
gözləyirdilər.
Ondan sonra uyğun bir fürsətdə muzdurlara ya atəş
açır, ya da əl qumbarası atırdılar. Beləliklə onları bir-bir
ovlayır və ya geri çəkilməyə məcbur edirdilər. Bu üsulla
başqa iki nəfəri də əsir tutub kanalın içinə gətirdilər.
***
Kanaldakı uşaqların müqaviməti sayəsində düşmənin
ağır əks-hücumu dəf edildi. Şübhəsiz ki, bu cəsarət İslam
160
döyüşçülərinin imanından irəli gəlir, onları xüsusi təyinatlı
komandos batalyonunu geri qaytarmağa qadir edirdi.
Buna baxmayaraq, Bəəs qüvvələrinin əks-hücumu
şəhid və yaralıların sayını artırırdı. Tibbi ləvazimat
olmadığına görə yardım çox çətin, eyni zamanda təsirsiz
olurdu.
Uşaqlar yaraları bağlamaq üçün çəfiyələrdən istifadə
edirdilər. Çəfiyə çatmayanda isə çarəsiz qalıb şəhidlərin
üzünə çəkdiyimiz çəfiyələri götürürdülər.
Bəzən yalnız dəridən asıla qalmış qolu yaralının
bədəninə bağlamaq işi azyaşlı bir yeniyetmənin üzərinə
düşürdü.
Yaralılar susuzluqdan zarıyır, su istəyirdilər. Kanalın
içi də dayanmadan raket atəşinə məruz qalırdı.
Düşmənin atəşi azalanda İbrahim bir neçə nəfəri
kanalın iki tərəfinə göndərdi ki, uşaqları səsləyib hamını
bir yerə toplasın. Uşaqlar tezliklə divarın dibində
İbrahimin ətrafına toplaşdılar. Sağlam döyüşçülərin sayı
çox azalmışdı.
İbrahim dedi: "Daha kanal qalmalı yer deyil. Bu gecə
nəyin bahasına olursa-olsun, əkiz təpələrə doğru geri
çəkilməliyik".
Sonra əlavə etdi: "Kanalın mühasirədə olduğuna, öz
mövqelərimizlə aramızda çoxlu maneələrin yaradıldığına
görə gərək bir qədim və iki yeni döyüşçüdən ibarət qruplar
şəklində və müəyyən məsafələrlə kanaldan çıxıb sürünə-
sürünə əkiz təpələrə doğru geri çəkiləsiniz".
İbrahim üçnəfərlik qrupları təyin edəndən sonra hamını
öz yerinə göndərdi və hava qaralana qədər kanalı və
yaralıları qorumalarını tapşırdı.
O gün kanalın içində təxminən 70 ağır yaralı vardı və
onlar geri qayıda bilməzdilər.
161
Şəxsi heyət dağılışanda bir yeniyetmə İbrahimə bir sual
verdi: "Yaralılar da bizimlə qayıda biləcəklər? Əgər onları
apara bilməsək, taleləri nə olacaq?"
Hamı mat-məəttəl bir-birinə baxdı. Bu sualın heç bir
cavabı yox idi.
İbrahim yeniyetməyə dedi: "Sizin yaralılarla işiniz
olmasın, mən onların yanında qalacağam".
Həmin yeniyetmə xüsusi qətiyyətlə dedi: "Onda mən də
qalıb son damla qanıma qədər yaralıları qoruyacağam".
Digərləri üçün ağır qərar zamanı idi. Dörd gün aclıq,
susuzluq, yorğunluq və mühasirə hamının taqətini almışdı.
Kanalın küncündən biri də dilləndi: "Mən də qalıram".
Birdən-birə hamı yekdilliklə qalmağa qərar verdi.
İbrahim uşaqların bu qərarına deyəsən sevindi və dedi:
"Hamımız qalıb mərd-mərdanə müqavimət göstərəcəyik".
Bir qədər sonra isə əlavə etdi: "Amma uşaqlar, ola
bilsin son ana qədər heç kim köməyimizə gəlməsin. Hər
şeyi fikirləşmisiniz? Suyumuz yoxdur, yeməyimiz yoxdur,
silah-sursatımız yoxdur... Şəhadət bir addımlığımızdadır.
Buna hazırsınız?"
Sanki döyüşçülərə yeni can gəldi. Kanal mərdlik,
fədakarlıq və eşqlə dolub-daşdı. Hamı yekdillikdə
bağladığı əhdə sadiq qalacağını bildirdi.
Hətta yüngül yaralılar da geri qayıtmağa razı olmadılar.
Onlar ağır yaralıları tək qoymaq istəmir və deyirdilər:
"Bizim yolumuzda vəfasızlıq yoxdur. Biz də burada
qalacaq, nə qədər ki yaralıları geri aparmamışıq,
yerimizdən tərpənməyəcəyik!"
|