195
Heç kim ona yaxınlaşmadı. O vəziyyətdə qusdu və
paltarlarını buladı. Bu yerdə birdən İbrahim gəldi.
Məsələni öyrənən kimi ağa Kazimi kanaldan çıxardı, su
götürüb üzünü yumağa başladı. Sonra onu çiyninə atıb
evinə apardı.
İbrahimin ardınca getdim. Ağa Kazimin evi Həkimzadə
küçəsində, Babülcənnət məscidinin yaxınlığında idi.
İbrahim qapını döyüb onu içəri apardı.
Ağa Kazimin yoldaşı çox mömin və hicablı qadın idi.
İbrahim ağa Kazimi həyətdə çardağa qoydu və olanlar
haqda heç nə demədi. Bizə də işarə ilə heç kimə bir söz
deməməyi tapşırdı. O bununla bir ailəni rüsvayçılıqdan
qurtardı.
Dostları ilə paylaş: