Davranış
Höccətülislam Doktor Seyid Möhsün Miri
Təxminən 1975-ci ildə Ustad Şirgirin rəhbərlik etdiyi
Əbu-Müslim idman klubuna getdim. Güləşi sevirdim və o
klubda
yaxşı müəllim və güləşçilərin olduğunu
eşitmişdim. Deyirdilər ki, Ustad Şirgir, Məhəmmədi və
digərləri insani və mənəvi xüsusiyyətlərə daha çox
əhəmiyyət verirlər.
İlk günlərdə bir çox idmançılar kimi İbrahim Hadi ilə
tanış oldum və daha ondan ayrıla bilmədim. İbrahimin
əxlaqı özümdən asılı olmadan bütün hərəkətlərimə təsir
edirdi. Artıq gecə-gündüz onunla bir yerdə idik. Tətil
günlərində də atamın Xavəran xiyabanındakı qarajında
voleybol oynayırdıq.
Bir gün Hacı ağa Müctəhidinin elm hövzəsinə getmək
qərarına gəldim. İbrahim məni çox həvəsləndirdi. O
günlərdən qırx il ötür. Mən bu illərdə hövzədə və
universitetdə çoxlu dostlar, müəllimlər görmüşəm. İndi
hövzə və universitetdə müəlliməm, ölkə daxilində və
xaricində çoxlu təbliğat səfərlərində olmuşam, amma
inanın ki, hələ İbrahimin xüsusiyyətlərini özündə toplamış
ikinci adama rast gəlməmişəm.
Mən ondan kiçik idim. O günlərdə hər yerdə mənim
qeydimə qalırdı. Hətta yarışların çoxunda müəllim kimi
döşəyin yanında dayanırdı.
Mən o günlərdən İbrahimlə dost oldum və bu dostluq
hələ də davam edir. O indi də mənim qeydimə qalır. Son
bir ayda iki dəfə yuxuma girib, mənə yardım edib. Bir
neçə gün öncə bir işə başlamaq istəyirdim. Yenə yuxuma
70
girdi və böyük qardaş kimi nəsihət verib dedi ki, filan
səbəblərə görə bu işi görmə.
Hövzədə böyük alimlərdən öyrəndiklərimə əsasən,
İbrahimin həyat qaydasını və davranışını belə şərh edə
bilərəm:
Birinci məsələ ibadət və mənəviyyatdır. Bəzi adamlar
xalqdan uzaqlaşıb gecələr ibadət edir, zikr deyir, maddi
işlərdən kənarlaşır və özlərini dünya adamlarından
ayırırlar. Onlar Allaha bu yolla çatmaq istəyirlər.
Bəziləri ilahi inkişaf yolunu böyüklərin ziyarətinə
getməkdə görürlər. Onlar da dünya adamlarından
uzaqlaşıb Kərbəlaya, Məşhədə, Məkkəyə və digər
müqəddəs yerlərə yollanırlar.
Başqa bir qismi elmlə məşğul olurlar; mütaliə edir,
tədqiqat aparır, kitab yazır və bu növ bəndəliklə Allaha
çatmağa çalışırlar.
İbrahim Hadinin yolu isə başqa idi. Onun ilahi yüksəliş
yolu xalqın arasında və cəmiyyətin içində idi. O, camaatla,
xüsusən də gənclərlə oturub-durur, bir yerdə yemək yeyir,
amma özünü dünya çirkabına bulaşdırmırdı. O, ürəklərə
yol tapıb insanları Allah yoluna yönəltməkdən ötrü
müxtəlif
üsullardan
istifadə
edirdi.
Bu,
eynilə
Peyğəmbərin və Əhli-beytin yolu idi. Allahın elçisi
cəmiyyətdə idi və insanları Allahla tanış etməkdən ötrü
əlindən gələni edirdi.
Növbəti məsələ ünsiyyət məharətidir. İbrahim kimi
hamı ilə ünsiyyət qurmaq məharətini az adamda
görmüşəm. Evdə qardaşları ilə dost idi. Mənimlə tanış
olandan sonra çox tezliklə qardaşım və atamla ünsiyyət
qurdu, sanki illərdir onları tanıyırdı.
Müxtəlif işlərdə çalışan müxtəlif insanlarla dost olurdu.
Özündən kiçik və böyüklərlə ünsiyyət qurub çox tez
71
dostlaşırdı. Məhəlləmizdə öz çirkin əməllərindən rahat
şəkildə danışan fasiq insanlar vardı. İbrahim onlarla çox
asanlıqla dostlaşırdı. Təbii ki, bu əlaqələrin hamısı
məqsədyönlü idi. İbrahimin bütün işlərində məqsəd vardı
və o, insanları Allaha yönəltməkdən ibarət idi.
Hərdən görürdüm ki, bir ibtidai sinif uşağı velosipedi
ilə İbrahimgilin evinin qarşısında dayanıb və İbrahim
saatlarla onunla söhbət edir. O uşağın ailəsində problemlər
var idi və İbrahimi özünə sirdaş hesab edirdi. İbrahim
onun etimadını dəyərləndirir, problemini aradan qaldırana
qədər saatlarla onunla danışırdı.
Bəzən də tərəf-müqabilinin doğru yola gəlməyə razı
olmadığını görəndə onunla əlaqəni kəsirdi. O, vücudunda
insaniyyət qanı qalmış adamlarla dostluq əlaqəsini davam
etdirirdi.
Birində hidayət şəraitinin olmadığını görəndə ya
girişmir, ya da davam etdirmirdi. Məhəllənin bəzi
zorxanaları belə dəyərlərə əhəmiyyətli yanaşmırdılar.
İbrahim onları dəyişdirməyə çalışdı, amma bacarmadı və
daha davam etmədi.
Günlər ötdükcə və inqilab dövrü çatdıqca bu
dostluqların nəticəsini gördük. Belə deyək ki, o, bəzi
fasiqlərin və ya xətdə olmayan adamların arasından ən
yaxşılarını inqilab üçün yetişdirdi. İbrahimlə yoldaş
olanların hər biri məhəllədə ən yaxşı inqilabçı qüvvələr
oldular.
İbrahimin müxtəlif insanlarla rəftar zamanı nəzərə
aldığı başqa bir amil müsbət düşünməsidir. Hədislərə
əsasən, imanın ən üstün dərəcəsi odur ki, insan özünü
hamıdan aşağı bilsin və insanlarla münasibətdə onların
müsbət cəhətlərinə diqqət yetirsin. İbrahim belə hədislərin
real nümunəsi idi.
72
Onun kiminləsə dostluğuna etiraz olunanda həmin
adamın müsbət cəhətlərini vurğulayar, mənfi cəhətlərinə
toxunmazdı.
İbrahimin kiməsə "bunu elə" və ya "bunu eləmə"
dediyini görmədim. O, bir söz demədən elə hərəkət edirdi
ki, qarşı tərəf səhvlərini tərk edirdi.
İbrahim Əhli-beytin bu əmrinə diqqətlə əməl edirdi:
"İnsanları danışmaqdan başqa bir yolla (əməlinizlə) Allaha
çağırın".
Gənc və yeniyetmələr arasında özünü göstərmək
xüsusiyyəti var. Gənclər digərlərinin diqqətini cəlb etmək
istəyir, bir qədər böyüyəndə yaxşı işdə çalışmağa,
haradasa başçı olmağa can atırlar. İnsanların çoxunun
xarakteri belədir.
İbrahim isə digərlərinin qarşısında öyünməyə nifrət
edirdi. O hətta görünməməyə çalışırdı. İnqilabın
qələbəsindən sonra onun dostu və müəllimi olmuş
mərhum ağa Davudi Bədən Tərbiyəsi Komitəsinin sədri
təyin edildi. O, İbrahimə komitədə böyük bir vəzifə təklif
etdi, o isə qəbul etmədi.
Yadımdadır, İbrahim hələ inqilabdan öncədən
məşhurlaşmaqdan qaçır, tanınmaz qalmasını istəyir,
işlərini səs-küysüz görməyi sevirdi. O, yaxşı güləşçi idi,
amma heç vaxt çempion olmağa, ölkə yığmasında
güləşməyə can atmırdı. Onun böyüklüyü də bunda idi.
O, həmin dövrdən seyidlər anasına təvəssül edirdi.
Eşitmişdi ki, həzrət Zəhra (ə) bizim ən tanınmaz
məsumumuzdur; nə məzarı bilinir, nə də tarixçilər onun
haqqında geniş məlumat veriblər. Həzrət Fatimədən (ə)
nəql olunmuş hədislər də çox azdır. Lakin Allah onun
tanınmazlığına elə məqam verib ki, bizim imamlarımız
73
deyirlər: "Biz Allahın sizə höccəti, anamız da Allahın bizə
höccətidir".
İbrahimin şəxsiyyəti haqda növbəti məsələ hikmətdir.
Quranda hikmət sözü çox işlənib. Bu o deməkdir ki, insan
öz mövqeyini yaxşı dərk etsin və Allah yolunda çalışsın.
Belə işə hikmətli iş deyirlər. Hikmət İbrahimin rəftar və
hərəkətlərində aydın görünürdü.
Siz İbrahimdən vəsiyyətnamə və ya gözəl bir mətn
görməzsiniz. Ondan yalnız bir-iki məktub qalıb. Lakin
ondan çoxlu hikmətli və təsirli iş görürsünüz. Onun
hidayət etdiyi insanların çoxluğu bunu təsdiqləyir.
Onun başqa bir xüsusiyyəti mətanəti idi. O, insanlarla
münasibətdə heç vaxt qəzəblənməzdi. Mən İbrahimin
dalaşdığını eşitməmişəm. Çoxlarının dalaşmağı sevdiyi bir
zamanda o, çox ağıllı hərəkət edirdi.
Bir dostunun yanlış yolla getdiyini görəndə bir müddət
ondan uzaqlaşırdı və bu, həmin adamın öz səhvini başa
düşməsinə gətirib çıxarırdı.
Başqa bir xüsusiyyəti gözütoxluğu idi. O, elə rəftar
edirdi ki, sanki dünyanın bütün nemətlərinə sahibdir. O,
yetim böyümüşdü, güzəranı ağır idi, bazarda işləyib
qazandığı pulu da digərlərinə xərcləyirdi. Onu nə xüsusi
imkanlar şirnikləndirirdi, nə də fürsətlərin əldən çıxması
narahat edirdi.
Bütün bunlar onu əfsanəvi bir şəxsiyyətə çevirmişdi.
İbrahimdən
xatırladığım
son
xüsusiyyət
zarafatcıllığıdır. Bütün işlərində zarafat və gülüş vardı.
Buna görə sözü və rəftarı daha cəlbedici olurdu.
Voleybolda və güləşdə dostlarına söz atırdı, üzündə
həmişə təbəssüm vardı. Onunla yoldaşlıqdan heç kim
yorulmurdu.
|