Din d
ərdi
İbrahim Seyfzadə
Müharibənin ilk günlərində cəbhəyə yollandım. Bizi
birbaş Gilanqərbə göndərdilər. Şəhid Həsən Palaşı bizə
komandir təyin etdilər və biz Ban-Seyran bölgəsinə yola
düşdük. Bir müddət orada qaldıq. Oranın yüksəklikləri
bizim üçün əhəmiyyətli idi və onları qorumalı idik.
Bir gün hamama getmək üçün Gilanqərbə qayıtdım.
Came məscidinin yaxınlığında bir evə getdim. Ora
korpusun bir partizan dəstəsinin qərargahı idi. Ora girən
kimi bir uzunqulağa ərzaq və silah yükləyən, eyni
zamanda həzrət Əmirəlmömininin (ə) mədhinə şeirlər
oxuyan bir gənci gördüm.
Səsi çox gözəl idi. Sonra həyətin o başına gedib bir daş
parçasının üstündə klassik idmana başladı. Onun
hərəkətlərinə zövqlə tamaşa edirdim. İdmanı yaxşı
bacardığı hiss olunurdu, bədəni də olduqca elastik idi. İşi
bitəndən sonra yaxınlaşıb salam verdim. Gülərüzlə
salamımı aldı. Elə hal-əhval tutdu ki, sanki uzun
müddətdir məni tanıyır. Adımı soruşdu. Dedim ki,
İbrahimdir. Çox xoşu gəldi və dedi: "Mən də İbrahiməm.
Səni dadaş İbrahim çağırsam, olarmı?"
– İxtiyar sahibisiniz.
Həmin ilk görüşdə onun gözəl əxlaqını sevdim.
Məndən soruşdu: "Dadaş İbrahim, haralısan?"
– Tehrandanam, Xorasan meydanının yaxınlığından.
Onda bir məhəllədənik. Biz də Mina xiyabanında
oluruq.
Əlimdən tutub içəri apardı və dostlarına təqdim etdi.
Sonra mənə stolüstü tennis oynamağı təklif etdi. Dostları
94
da oynumuza baxdılar. Əvvəlcə çox peşəkar oynayırdı,
servislərini qaytarmaq olmurdu. Amma get-gedə elə
oynadı ki, ona çatdım və axırda qalib gəldim.
Həmin gün çox yaxşı istirahət etdim. Cəbhəyə gələn
gündən daim kəşfiyyat və müdafiə işləri ilə məşğul idik, o
vaxta qədər heç kimlə dostlaşmamışdım. Onda cəbhənin
ən yaxşı döyüşçülərindən birinin mənimlə dost olduğuna
sevinirdim.
Günorta İbrahim həyətə çıxıb azan verməyə başladı,
sonra da hamını camaat namazına səslədi. Namazdan
sonra gözəl səslə Fərəc duasını oxudu.
Dualardan da sonra ondan uzunqulağın yükü haqda
soruşdum.
– Bir neçə nəfərlə kəşfiyyata gedəcəyik. Uzunqulağa
bir qədər çörək, xurma, konserv və silah yüklədim.
Yuyunandan sonra İbrahimlə sağollaşıb Ban-Seyrana
qayıtdım.
Bir neçə gündən sonra məzuniyyət götürüb Gilanqərbə
getdim. Bəzi döyüşçülərlə birgə Kermanşaha, oradan da
Tehrana gedəcəkdik. Maşın axtardıq, amma tapılmadı.
Korpusun bazasına çatan kimi dostum İbrahimi gördüm.
Özü yaxınlaşıb məni çox səmimi qarşıladı.
– Buralarda nə əcəb, dadaş İbrahim?
– Məzuniyyətə gedirəm.
– Doğru deyirsən?! Mən də Tehrana gedirəm.
Bundan yaxşı xəbər ola bilməzdi. Dəyərli bir yol
yoldaşı tapdım.
Korpusun bir maşını ilə Kermanşaha getdik və orada
avtobus bileti aldıq.
Bir saat vaxtımız vardı. İbrahim təklif etdi ki,
xəstəxanaya gedib yaralıları ziyarət edək. Ondan sonra
avtovağzala gedib Tehrana yola düşdük.
95
Sərnişinlərin çoxu hərbçilər idi. Sürücü şəhərdən çıxan
kimi musiqinin səsini artırdı. İbrahim bir neçə dəfə salavat
dedizdirdi, sərnişinlər də ucadan salavat dedilər.
Bir anlığa dönüb İbrahimə baxdım. Çox hirsli idi. Zikr
deyə-deyə əllərini sıxır və gözlərini bağlayırdı. Qorxdum.
Musiqi səsinə görə olduğunu təxmin etdim.
– Ağa İbrahim, bir şey olub? İstəyirsənsə, sürücüyə
deyim...
Sözümü tamamlamağa qoymadı.
– Sənə qurban, get, ondan xahiş elə ki, söndürsün.
Gedib sürücüyə dedim: "Mümkünsə, onu söndürün".
Sürücü dedi: "Olmaz, yataram. Mən vərdiş eləmişəm,
söndürə bilmərəm".
Qayıdıb sürücünün cavabını çatdırdım. Qadın
müğənninin səsini eşitməmək üçün bir yol axtarırdı.
Birdən cibindən kiçik bir Quran çıxarıb gözəl səslə
oxumağa başladı. Səsi elə mənəvi və ürəkaçan idi ki, hamı
onu dinləməyə başladı. Bir neçə dəqiqədən sonra sürücü
də musiqini söndürüb Qurana qulaq asdı.
Bütün sərnişinlər baxışları ilə ona təşəkkür edirdilər.
Şam namazının vaxtı gələndə məndən azan verməyimi
istədi. Mənim səsim onun səsi ilə müqayisəyə gəlməsə də,
qəbul edib ayağa qalxdım və azan verdim.
Ondan sonra daha İbrahimi görmədim. Həmin bir neçə
gündə ondan böyük dərslər öyrəndim.
|