Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə31/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   27   28   29   30   31   32   33   34   ...   67
Salam-olsun-İbrahimə-2

N
əzarətçi 
Hüseyn Qəffari 
Sinif 
yoldaşlarımla 
birgə 
Tehrandan 
cəbhəyə 
yollandım.  Gilanqərb  cəbhəsinə  gedib  bir  neçə  ay  qaldıq 
və  Allahın  lütfü  ilə  orada  xalis  bəndələrdən  biri  ilə  tanış 
oldum. 
Mən  rabitəçi  idim.  O  günlərdə  İbrahimlə  dəfələrlə 
tapşırığa  getdim.  O,  sadə  bir  Bəsic  üzvü  kimi  bizimlə 
deyib-gülürdü,  döyüş  zamanı  isə  necə  məharətli  olduğu 
üzə çıxırdı. 
Mən  Gilanqərb  düşərgəsində  bölgənin  vəziyyətinə 
uyğun olaraq uzunqulaqlar gördüm. Qərb bölgəsi düzənlik 
idi və uzunqulaq çox işə yarayırdı. 
İbrahim  silah-sursatı  və  ərzağı  uzunqulağın  belinə 
yükləyib  gedirdi.  Raket  səsi  gələndə  uzunqulaqlar 
qəlpələrdən qorunmaq üçün dərhal yerə otururdular. 
Həmin günlərdən mənim yadımda gözəl xatirələr qalıb. 
Bir  gecə  yenə  rabitəçisi  kimi  kəşfiyyat  qrupunun 
tərkibində  düşmən  mövqelərinə  doğru  yola  düşdüm. 
İbrahimlə  bir  dostu  üzərinə  106  mm.  kalibrli  top 
bərkidilmiş bir SUV avtomobilini itələyə-itələyə düşmənin 
qarşısında  məxfi  bir  yerə  apardılar.  Yeri  öncədən 
seçmişdilər. Düşmən səngərləri bizim qarşımızda idi. 
Bir  saatdan  sonra  öncədən  öyrənilmiş  düşmən 
səngərləri  həmin  top  vasitəsilə  bir-bir  məhv  edildi.  Hava 
işıqlanmadan həmin avtomobili işə salıb tez geri qayıtdıq. 
Düşmən oraya güclü atəş yağdırırdı. 
*** 


 
97 
Müharibənin  ilk  günlərindən  düşmən  mövqelərinin 
yaxınlığında  yarısı  yanmış  bir  avtomobil  qalmışdı. 
İbrahim gecə ikən özünü həmin avtomobilə çatdırıb içində 
gizləndi. 
Mən  öz  mövqelərimizdə  ratsiya  ilə  dayanmışdım  və 
uzaqdan İbrahimlə əlaqə saxlayırdım. 
Hava  işıqlanandan  sonra  o,  durbinlə  baxıb  düşmən 
mövqelərinin  koordinatlarını  verirdi.  Mən  koordinatları 
artilleriyaya ötürürdüm və onlar vururdular. 
Düşmən,  səngərlərinin  bir-bir  dəqiq  hədəf  seçilməsinə 
təəccüblənmişdi.  Buna  görə  də,  haraya  gəldi  atəş 
yağdırmağa  başladılar.  Axşamüstü  yanmış  maşının 
yanında  bir  top  mərmisi  partladı  və  İbrahimlə  ratsiya 
əlaqəsi  kəsildi.  Nigaran  qaldım.  Hava  qaralanda 
həyəcanım daha da çoxaldı. 
Birdən  İbrahimin  yavaş-yavaş  bizə  doğru  gəldiyini 
gördüm.  Ona  bir  neçə  qəlpə  dəymişdi.  Yaşadığına  çox 
sevindim.  Onu  tez  xəstəxanaya  apardıq.  Həmin  gün 
düşmənə ağır zərbə vuruldu. 
*** 
Mən  1982-ci  ilin  yayına  qədər  Gilanqərbdə  qaldım, 
sonra  cənuba  Kumeyl  batalyonuna  getdim.  Vəlfəcr-
hazırlıq  əməliyyatı  gecəsi  batalyonla  yola  düşdük. 
İbrahimin  də  kəşfiyyatçı  kimi  bizim  batalyona 
qoşulduğunu bilmirdim. 
Biz  üçüncü  bölükdə  idik.  Gecə  qaranlıqda  kanallara 
qədər  irəlilədik.  Vəziyyət  çox  pisləşdi.  Münafiqlərin 
xəyanəti nəticəsində əməliyyatın üstü açılmışdı. 
Döyüşçülər kanallarda sıxışdılar və irəliləyə bilmədilər. 
Mən  bəzi  döyüşçülərlə  birgə  çıxış  yolu  tapmaq  ümidi  ilə 
irəlilədim,  amma  təəssüf  ki,  mühasirəyə  düşdük  və 
düşmən tərəfindən əsir tutulduq. 


 
98 
Əsirlikdə  Kumeyl  batalyonundan  olub  bizdən  sonra 
düşmənin əlinə keçən digər dostlarla söhbətləşirdik. Onlar 
İbrahim Hadinin Kumeyl kanalındakı qəhrəmanlıqlarından 
ağız  dolusu  danışırdılar.  O  bizim  batalyonla  gəlmişdi, 
mənsə  onu  görə  bilməmişdim.  Növbəti  ildə  başqa 
əməliyyatlar baş tutdu və dostlarımızdan başqa bir neçəsi 
də əsir düşdü. 
Əsirlik  axşamlarında  yenə  İbrahimdən  söz  düşdü. 
Düşərgəyə  yeni  gəlmiş  əsirlərin  biri  Vəlfəcr-hazırlıq 
əməliyyatının  son  günləri,  kanalın  mühasirəsi  və 
İbrahimin  itkin  düşməsi  haqda  danışdı.  Bunu  eşidəndə 
sanki ürəyimizin yarası açıldı. 


 
99 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin