Vilay
ət
Mürtəza Parsayian
1980-ci il, məhərrəmin birinci axşamı idi. Əbuzər
qarnizonundan ratsiya ilə bilirdilər ki, qardaş Hadi
qarnizona mərasimə gəlsin.
Bilirdim ki, İbrahimin dostlarından olan Əmir Məncər
Əbuzər qarnizonunda çalışır. Təxmin etdim ki,
məhərrəmliklə bağlı mərasim keçirirlər.
İbrahimə xəbər verdim. O, maşınların birini təhvil alıb
Qırmızıdəsmallıların qərargahının önünə gəldi və məni
çağırdı. Bayıra çıxanda dedi: "Gəl, birlikdə Əbuzər
qarnizonuna gedək".
– Əsğər Vüsali yoxdur, səninlə getdiyimə görə narahat
olar...
– Burada bir işin yoxdur. Uşaqlara deyərəm ki,
mənimlə getdin.
Sonra oradakı növbətçidən icazə aldı və birlikdə yola
düşdük.
Çox gözəl və riyasız məclis keçdi. İbrahim oxuyurdu,
qarnizondakı döyüşçülər də sinə vururdular.
Pilot Şirudi, qarnizondakı digər pilotlar, Bəsic üzvləri,
pasdarlar
və
ordu
hərbçiləri
şəhidlər
ağasının
məzlumluğuna birlikdə ağlayırdılar.
Məclis təxminən saat 12-də bitdi. Qəribə mənəvi hal
yaranmışdı.
Həmin gecə çox yorulmuşduq. Qərara gəldik ki, gecəni
orada yataq. Lakin bir qədər sonra qarnizonun
rabitəçilərindən biri namazxanaya girib dedi: "Qardaş
Hadi, ağa Vüsali xəbər yollayıb ki, bu gecə mütləq
Sərpola qayıdasınız".
91
İbrahim fikrə getdi. Mən dedim: "Ağa İbrahim, indi
qaranlıqdır, güclü yağış da yağır. Sabah gedərik".
İbrahim ayağa qalxıb dedi: "Qalx, gedək. Əsğər Vüsali
bizim komandirimizdir, əmrini yerinə yetirmək lazımdır".
Əsğərlə zarafatlaşan, deyib-gülən bir adamdan belə söz
gözləmirdim. O, özündən altı yaş kiçik olan mənə dərs
verdi. Mən illərlə qulağımda sırğa etdim ki, komandirin
əmri vacib vilayət əmridir.
Getməyə hazırlaşanda dedim: "Ağa İbrahim, mən
indiyə qədər belə güclü yağış görməmişəm. Bu yağışda
maşının işığını söndürüb gedə bilmərik".
Həmin günlərdə düşmən bölgəni görürdü, maşının
işığını yandırsaydıq, topla vurardılar. Başqa bir problem
də bu idi ki, maşının şüşətəmizləyəni yaxşı işləmirdi.
İbrahim isə qayıtmaqda israrlı idi.
Fikirləşib dedi: "Mürtəza, keç sükanın arxasına. Mən
köynəyimi çıxarıb, ağ alt köynəklə maşının önündən
qaçacağam. Sən də mənim köynəyimi izlə və düz arxamca
gəl".
– Nə danışırsan, ağa İbrahim?! Mən düz-əməlli maşın
sürə bilmirəm. Mən qaçaram, sən sürərsən.
Bunu deyib tez üst köynəyimi çıxardım.
İbrahim qışqırdı: "Olmaz! Sən sükanın arxasında
oturmalısan..."
Mənsə SUV avtomobilini sürə bilməməyi bəhanə edib
tez bayıra qaçdım. Yağıntı güclü idi. Mən qaçırdım,
İbrahim də maşınla arxamca gəlib qışqırırdı: "Mürtəza, gəl
min, qoy mən qaçım".
Bütün yolu qaçdım. Başdan-ayağa suyun içində idim.
Öz qərargahımıza çatanda daha bədənimdə taqət
qalmamışdı. Uşaqların ikisi qaçıb ədyal gətirdi və tez
paltarlarımı dəyişdirdim.
92
Əsğər Vüsali bizim üst-başımıza baxıb dedi: "Ağa
İbrahim, səhər qayıdaydınız!"
İbrahim dedi: "Komandirin əmri idi; göydən daş da
yağsaydı, qayıdacaqdıq".
Əsğər utanıb başını aşağı saldı və heç nə demədi.
Ondan sonra uzun müddət hər dəfə İbrahimi görəndə
xəcalətindən başını aşağı salıb deyirdi: "O gecə çox
əziyyət çəkdin. Əgər sürücülüyü bilsəydin, heç vaxt
yağışın altında qaçmana qoymazdım".
|