Dörd n
əfər
Mürtəza Parsayian
Bir çox döyüşçülər hesab edirlər ki, bizim müharibəmiz
Bəni-Sədrin gedişindən sonra müqəddəs müdafiəyə
çevrildi, döyüşə mənəviyyat qatıldı, dini məsələlərə
əhəmiyyət verildi. Lakin mən düşünürəm ki, biz
müharibənin ilk günlərində Sərpol Zəhab cəbhəsində
İbrahimin sayəsində müqəddəs müdafiə həzzini yaşamağa
başladıq. İbrahim şəraiti uyğun görən kimi Əhli-beytdən
oxuyub döyüşçülərin mənəviyyatını gücləndirirdi.
İlk günlərdə Sərpol Zəhabda Qırmızıdəsmallıların
yerləşdiyi evdə komandirlərin iclası keçirildi. İclasda
adətən Əsğər Vüsali, Əsğərin müavini Əli Teymuri,
İbrahim Hadi və pilot Şirudi iştirak edirdi. İclasdan sonra
İbrahim məddahlıq edirdi, bütün şəxsi heyət toplaşıb onun
gözəl səsini dinləyirdi.
Bir gün Əsğər məni Əbuzər qarnizonuna göndərdi.
Sərpol Zəhaba iclasa gəlməsi üçün pilot Şirudiyə məktub
apardım. Ağa Şirudi dedi: "Deyin ki, bizim dostumuz ağa
İbrahim mütləq orada olsun". Dedim: "Baş üstə! O da
iştirak edəcək".
Günlər ötdü. İbrahimin mənəviyyatı şəxsi heyətə böyük
təsir edirdi. Mənəviyyatının zirvəsini düşmənlə rəftarda
görürdük. Onun əsirlərlə rəftarı hamıya örnək idi.
Yadımdadır, elə ilk günlərdə Kürəmuş dağında dörd
əsir tutduq. Biz şəhərin əvvəlində bir evə yerləşmişdik.
İbrahimlə birgə onları evə gətirdik. Bir neçə gündən sonra
Əbuzər qarnizonuna aparacaqdıq. Həyətdə dəmir qapılı bir
otaq vardı. Uşaqlar təklif elədilər ki, əsirləri oraya salıb
qapısını qıfıllayaq.
87
İbrahim isə qəbul etməyib dedi: "Bunlar bizim
qonaqlarımızdır".
Mən dedim: "Ağa İbrahim, nə danışırsan?! Bunlar
müharibə əsirləridir, qaça bilərlər".
İbrahim dedi: "Biz yaxşı davransaq, əmin ol ki, heç bir
iş görməzlər".
Əsirlərin qollarını açıb evə gətirdi, süfrə açdı. Mən
çörək və konserv gətirdim. Konservlər az idi. İbrahimin
təklifi ilə özümüz hər iki nəfərə bir konserv yedik, əsirlər
isə hərəyə birini. Onlar öz yediklərimizdən də çoxunu
onlara verdiklərimizi görür və başa düşürdülər.
İki gün ötdü. İbrahim mənə dedi: "Hamamı qızdır".
Dediyini etdim. Dörd dəst alt paltar tapıb əsirləri bir-bir
hamama göndərdi. Özü həmin gün axşamüstü Əbuzər
qarnizonuna getdi.
Bu zaman əsirləri aparmağa bir maşın gəldi. Onlar
ağlayır, getmək istəmir və tez-tez İbrahimin adını
çəkirdilər. Ratsiya ilə əlaqə saxladım və İbrahim qayıtdı.
İraqlı əsirlər bir-bir onunla görüşüb-öpüşdülər və
sağollaşdılar. Onlar yalvarırdılar ki, İbrahimin yanında
qalsınlar, amma qanun buna icazə vermirdi.
Maşına minəndən sonra da gözləri İbrahimdə idi, ondan
ayrılmaq istəmirdilər.
İbrahim bütün bu işləri ixlasla görürdü, heç vaxt özünü
göstərmək və ya sevdirmək istəmirdi. Onun zahiri və
batini eyni idi.
Həmin əsirlərin indi harada olduqlarını bilmirəm,
amma şübhəm yoxdur ki, daha bizə düşmən kimi
baxmırlar.
***
Mən çoxlu şəhidlərlə münasibətdə olmuşam, amma
İbrahimə bənzəyəni az görmüşəm. Bəzilərində İbrahimin
88
bir çox xüsusiyyətləri vardı, amma onun bütün
xüsusiyyətlərini özündə cəmləyən birinə rast gəlməmişəm.
İbrahim hamını sevirdi; düşmən əsirlərindən tutmuş
İranın ucqar bölgələrindən gəlmiş döyüşçülərə qədər.
Bu sevgi formal deyildi. İbrahim hamıya sevərək
xidmət edirdi. Bir Allah bəndəsinin əziyyət çəkdiyini
görmək ona çox ağır idi.
İbrahim vəzifə və komandirlik qəbul etmirdi, həmişə
deyirdi: "Dostların biri vəzifəni qəbul etsin, biz bütün
gücümüzlə yanında olacağıq".
***
İbrahimin mehriban qəlbi heyvanları da sevirdi. O hətta
bir heyvanın da əziyyət çəkməsinə dözə bilmirdi.
Bir gün İbrahimlə birgə qərara gəldik ki, Gilanqərbdən
Kermanşaha, oradan da Tehrana gedək. Bir mikroavtobusa
minib Kermanşaha yola düşdük.
Mikroavtobus şəhərdən çıxan kimi birdən sürücü sərt
şəkildə əyləcə basdı və maşına nəsə dəydi. Sürücü bir an
dayandı, sonra hərəkətə başladı. Mikroavtobusumuz bir iti
vurmuşdu. İtin ayağı zədələnmişdi və axsaya-axsaya
gedirdi. İbrahim sürücüyə dedi: "Saxla, görüm nə oldu".
– Bir şey deyil, it idi.
İbrahim ucadan dedi: "Saxla, enmək istəyirəm".
Mikroavtobus dayandı. İbrahim iki nəfərin gediş
haqqını verdi və biz enib itə yaxınlaşdıq. Zavallı heyvan
yeriyə bilmirdi.
İbrahim yaxınlaşıb bir qədər ona baxdı. Sonra bir taxta
parçası götürdü, yolun kənarından sellofan tapıb ayağına
bağladı. Qısası, hətta o it də İbrahimin məhəbbətindən pay
aldı.
89
Uzaqdan bu səhnəni görən yerli kürdlərin biri
yaxınlaşıb İbrahimə tamaşa etməyə başladı. Bundan çox
xoşu gəldi və ona təşəkkür etdi.
İbrahim ona bir qədər pul verib dedi: "Bu zavallı
heyvandan muğayat ol. İmkan olsa, ona bir az sümük tap".
Bir
qədər
sonra
İbrahimlə birgə başqa bir
mikroavtobusa mindik.
Yolda onun işləri haqda fikirləşirdim. O, həqiqətən
qəribə şəxsiyyət idi. Bir itə görə səfərini gecikdirdi və o
qədər əziyyət çəkdi.
Sonralar heyvanlara sevgi haqda Peyğəmbərdən (s) belə
bir hədis eşitdim: "İtə mərhəmət göstərdiyinə və su
verdiyinə görə bir qadının günahları bağışlandı".
|