Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə23/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   19   20   21   22   23   24   25   26   ...   67
Salam-olsun-İbrahimə-2

Hey
ət 
Məhəmməd Səid Saleh 
Yetmişinci  illərin  əvvəllərində  məhəlləmizin  vəziyyəti 
əsla  yaxşı  deyildi.  Məhəlləmiz  dindar  məhəllə  olmuşdu, 
amma  yeni  gənclər  onu  bərbad  duruma  salmışdılar.  Belə 
bir  şəraitdə  İbrahim  Hadi  bizim məhəlləmizə gəldi.  Onlar 
bizim qonşumuz olan xalasıgildə qalırdılar. 
Mənim  bir  neçə  il  öncə  gördüyüm  İbrahim  o 
İbrahimdən  çox  fərqli  idi.  Qabaqkı  İbrahim  voleybola 
həvəskar bir yeniyetmə idi, indiki isə əsl güləşçi olmuşdu. 
Birdən-birə  bütün  məhəllə  gəncləri  arasında  hər  yerdə 
İbrahimdən  danışmağa  başladılar,  adı  dillər  əzbəri  oldu. 
Biri  deyirdi  ki,  necə  qabiliyyətli  adamdır;  biri  deyirdi  ki, 
əsl pəhləvandır, güləşinə söz ola bilməz; başqa biri deyirdi 
ki,  bu  oğlan  necə  də  güclüdür,  ayağını  heç  kim  yerdən 
qaldıra bilmir və s. 
İnanın ki, məhəlləmizin bütün gəncləri birdən-birə ona 
cəzb  olundular.  O,  zorxanaya  gedəndə  bir  dəstə  gənc 
arxasınca düşürdü. 
And  içə  bilərəm  ki,  İbrahimin  şəxsiyyəti  yolunu  azmış 
gənclərin  bir  çoxunu  doğru  yola  hidayət  etdi.  Həmişə  pis 
işlər  və  spirtli  içkilər  dalınca  qaçan  bir  neçə  gəncin 
İbrahimə görə tövbə etməsinə özüm şahid olmuşam. 
O  zaman  Abdullah  Misgər  də  bizim  məhəlləmizin 
gəncləri  arasında  idi.  Onda  universiteti  bitirmişdi  və  çox 
əxlaqlı  insan  idi.  O,  şaha  müxalif  siyasi  şəxsiyyət  idi  və 
İbrahimin səmimi dostu sayılırdı. 
Bir  dəfə  hamılıqla  məhəllədə  voleybol  oynayanda 
Abdullah  gəlib  bizə  salam  verdi  və  dedi:  "Dostlar,  biz 
məhəllənin  gəncləri  üçün  bir  heyət  yaratmaq  istəyirik. 


 
75 
Məqsədimiz  yalnız rövzə  demək,  Quran  oxumaq və digər 
bu  kimi  işlər  deyil,  həm  də  istəyirik  ki,  məhəlləmizin 
uşaqları  bir-birindən  xəbər  tutsunlar,  ən  azı,  həftədə  bir 
dəfə bir-birimizi görək. Hamımız qəbul etdik. Həftədə bir 
dəfə  bir  yerə  toplaşırdıq.  Bu  heyət  çox  səmərəli  idi. 
Abdullahın özü bizə Quran öyrədirdi. Mən və o dövrün bir 
çox  gənci  Quran  oxumağı  həmin  heyətdə  öyrəndik. 
Abdullah  hamımızdan  savadlı  olduğuna  görə  sonralar 
Quranı təfsir etməyə və  günün məsələlərindən danışmağa 
başladı. Uşaqlar heyətə o qədər bağlanmışdılar ki, şəhərin 
o  başında  olsaydılar  da,  düz  vaxtında  özlərini  məclisə 
çatdırırdılar. 
Məclislərin  sabit  bir  sütunu  da  İbrahim  idi.  Dostların 
çoxu ona görə heyətə cəlb olundular. Yadımdadır, inqilab 
günlərində  oradakı  bütün  dostlar  inqilabla  və  İmam 
Xomeyni  ilə  tanış  oldular.  İnqilabdan  sonra  müqəddəs 
müdafiə  dövrü  başlandı.  Bir  zaman  ciddi  problemlər 
içində  olan  və  hidayətlərinə  heç  kəsin  ümid  bəsləmədiyi 
uşaqların  çoxu  İbrahimlə  birgə  cəbhəyə  yollandı,  ikisi 
şəhid oldu. Mən onlardakı mənəvi dəyişikliyi görmüşdüm, 
amma  öncəki  əməllərini  nəzərə  alanda  fikirləşirdim  ki, 
görəsən o dünyada hansı vəziyyətdədirlər. 
Bir gecə  yuxuda həmin iki nəfəri  gördüm. Çox  yüksək 
məqamları var idi və cənnətdə idilər. 
İbrahim  hər  dəfə  məzuniyyətə  gələndə  dostların 
məclisini  bəzəyirdi.  Bir  dəfə  yuxuda  gördüm  ki,  gəlib. 
Ona  çox  darıxırdım.  Səhər  evlərinə  getdim.  Öz-özümə 
deyirdim  ki,  axı  bir  yuxuya  görə  camaata  əziyyət 
verərlər?! 
Bir  neçə  dəqiqədən  sonra  İbrahimin  özü  qapıya  gəldi. 
Çox sevindim. Bir-birimizi qucaqladıq. 
– Haradan bildin ki, gəlmişəm? 


 
76 
– Ürəkdən ürəyə yol var. Səni o qədər istəyirəm ki, hər 
dəfə gələndə yuxuda görürəm. 
Vaxtı  az  idi.  Gecə-gündüz  bir  yerdə  olduğumuz, 
voleybol  oynadığımız  günlər  heç  birimizin  yadından 
çıxmazdı. Birgə xatirələrimizi yada salır, deyib-gülürdük. 
Yadımdadır,  son  dəfə  cəbhəyə  gedəndə  xüsusi  halda 
dedi: "Mən gedirəm. Bir qulluğun var?" 
Son  görüşümüz  olduğuna  əmin  idi.  Onda  da  gözəl 
voleybol  günlərindən  söz  düşdü.  Bir  qədər  dayandı.  "Siz 
gələnə  qədər  mən  o  tərəfdə  top  və  tor  hazırlayacağam"  - 
deyib getdi. 
İllər  ötdü.  Mən  Allahın  lütfü  ilə  müxtəlif  mövzularda 
şeirlər  yazdım  və  ilk  şeirlərimdən  birini  İbrahimə  həsr 
etdim: 
Bizim evin pəncərəsində gözəl mənəvi hal var, 
Çünki küçəmizdən bir Allah adamı keçir. 
Sərvi-xuraman kimi uca və qol-budaqlıdır, 
Hər sözündən kamilliyə yol gedir. 
O, eşq hidayətçisidir, çox pak və təmizdir, 
Sanki Allahdan bir kəlamdır, bir hədisdir. 
Allahın ayələri ürəklərə işıq salırsa, 
O da hidayət çırağına bir nur kimidir. 
Eşq şəhərində ən aşiq və ən məst olandır, 
Daim vüsal arzusu ilə dolaşıb gəzir. 


 
77 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin