Pis
işlərə qarşı rəftarı
Hüseyn Cahanbəxş
İnqilab ərəfəsində dörd gün İbrahimin yeri bilinmədi.
Hamı narahat idi. Nəhayət, inqilabın qələbəsindən sonra
qayıtdı. Harada olduğunu soruşanda dedi: "Küçə
qarşıdurmalarında dostlarla birgə idik. İşrətabad
qarnizonunu ələ keçirəndə Cavad Aradaninin yanında
idim. Cavad mənim çəkimdə idi və Əbu-Müslim klubunda
güləşərkən rəqibim olurdu. Güclü və çox yaxşı oğlan idi.
Qarşıdurma zamanı onun sol çiyninə bir J3 gülləsi dəydi.
Qarnizonu ələ keçirəndən sonra onu ekspertizaya apardım.
Orada bədənləri parçalanmış çoxlu şəhid vardı. Heç kim
onlara yaxınlaşmağa cürət etmir və işlərini görmürdü.
Buna görə də, orada qalıb işləri sahmana salmağa
başladım. Bəzi cəsədlər yanmışdı, bəzilərinin kimliyi
bilinmirdi və axtarıb ailələrini tapmalı idik. Bu işləri
görməyə heç kim yox idi. İnqilab qələbə çalmış, hərbi işlər
azalmışdı. Bizim də əlimizdən bu gəlirdi".
Hələ inqilabın qələbəsindən bir neçə gün ötməmiş
İbrahim komitəyə qoşuldu. Komitə Xorasan meydanında,
Fürutən qarajında yerləşirdi. Komitənin işçiləri hər iş
görürdülər. Bəzi mərkəzlərdə bir ruhani vardı və şəriət
məhkəməsini əvəz edirdi. Orada araq içənlərə şallaq
vurulduğunu da görmüşdüm.
***
Bir axşam Xorasan meydanının yaxınlığında bir
avtomobilə “Dur” işarəsi verdilər. Avtomobilin içindəki
iki gənc buna məhəl qoymayıb qaza basdılar. Bir qədər
60
irəlidə İbrahim cəsarətlə maşının önünü kəsdi, hər iki
sərnişini maşından çıxarıb dedi: "Baqajı açın".
Qaçmalarının səbəbini bildik. Baqajda bir qutu xarici
araq vardı. Həmin iki gənc qorxudan əsirdilər.
Yalvarırdılar ki, sən Allah, bizi polisə vermə, şallaqdan
qorxuruq, bizi rüsvay eləmə.
İbrahim onlara baxdı. Əmin idim ki, ən yaxşı qərarı
verəcək. Bunun nədən ibarət olacağını isə səbirsizliklə
gözləyirdim.
İbrahim şərab qutusunu götürüb kanalın yanında
oturdu, sonra hər ikisinə dedi: "Bir yolu var: bu şüşələri
bir-bir açıb kanala boşaldın".
Onlar şərab şüşələrini bir-bir açıb kanala boşaltmağa
başladılar. İbrahim fürsətdən istifadə edib şərabın mənfi
cəhətlərindən
danışmağa
başladı:
"Peyğəmbərimiz
buyurub ki, şərab bütün pis işlərin açarı və ən böyük
günahlardandır. Allah qiyamət günü rəhmət nəzərini şərab
içəndən çəkər. İmam Sadiq (ə) də buyurub ki, şərab içən
adam cənnətə girməz; Bütün pis əməllərin qıflı var və
şərab bu qıfılların hamısının açarıdır".
Onlar qulaq asırdılar. Bütün şüşələr boşalandan sonra
İbrahim onlarla hal-əhval tutub dedi: "İslam bu qanunları
təyin edib ki, cəmiyyət düzgün yolla getsin. Əks təqdirdə,
mənim və sizin namusumuz küçədə rahat gəzə bilməz".
Onlar təşəkkür etdilər və sağollaşıb getdilər. Mən əmin
idim ki, hətta pis əməl qarşısında düzgün rəftar da müsbət
bəhrəsini verəcək.
***
İnqilabın qələbəsindən bir neçə ay ötdü. Mən İbrahimlə
birgə hələ də komitədə qeyri-rəsmi fəaliyyət göstərirdim.
Bizim peşəmiz müəllimlik idi, amma komitə ilə
əməkdaşlıq edirdik. İbrahim bir gün günorta vaxtı
61
evimizin önünə gəlib məni səslədi. Qapıya çıxıb onu içəri
dəvət etdim, o isə dedi: "Xeyir iş üçün bir qədər pul
lazımdır; yəni gərək pulun qayıtmasını gözləməyəsən.
Əgər vaxtın varsa, gəl birlikdə gedək, gör kimə istəyirəm".
Həmin gün ona yüz tümən verdim. Sonra gedib
Mustafa, Əmir, Səid və digərlərinin hərəsindən yüz tümən
də aldı və təxminən min tümən topladı.
Birlikdə Xorasan komitəsinin önünə getdik. Qapının
ağzında təxminən iyirmi yaşlı bir gənc oturmuşdu. İbrahim
dedi: "Sizin probleminiz həll olundu?"
Cavan narahat halda dedi: "Yox. Mən nə edim?"
İbrahim içəri girdi və bir neçə dəqiqədən sonra qayıtdı.
Özü ilə nisbətən böyük bir taxta qutu gətirmişdi. Qutunun
içinə maqnitofon kasetləri düzülmüşdü.
Bildim ki, bu gənc səyyar satıcı imiş və icazəsiz musiqi
kasetləri satırmış. İbrahim gənci bir tərəfə aparıb qutunu
ona verdi.
Kasetlərin çoxunu sındırmışdılar. Cavan qutunun içinə
baxdı. Qutunun dibində yalnız bir neçə kaset qalmışdı.
Onun bütün mayası əlindən çıxmışdı. İbrahim gəncin
baxışından hər şeyi anladı.
– Dadaş can, adam gərək halal yolla qazansın, haram
pulla bir şey əldə edə bilməzsən. Bunlara nə qədər xərc
çəkmişdin?
– Təxminən yüz kaset idi, hər biri beş tümənə.
İbrahim əlini cibinə salıb dedi: "Bu min tümən halal
puldur. Get bu pulla halal bir işə başla".
Gənc sevincindən uçmaq istəyirdi. İbrahimin üzündən
öpüb getmək istəyəndə o, fürsəti əldən verməyib dedi:
"Dadaş can, haram musiqi adamı dindən çıxarar, bu yolla
qazanılan pulun bərəkəti olmaz. Sən daha bu işlərlə
məşğul olma, Allahdan istə kömək etsin".
62
– Baş üstə! Allaha and olsun, biz də halal pul istəyirik.
Mən bu kasetlərin haram olduğunu bilmirdim. Əmin olun
ki, daha bu işi görmərəm.
Cavan kasetlərin qalanını zibilqabıya töküb bizdən
uzaqlaşdı. Gedə-gedə hərdən dönüb bizə baxırdı. İbrahim
ixlasla onu doğru yola gətirdi və mən əmin idim ki, öz
təsirini göstərəcək.
|