Salam olsun İbrahimə


Restoran  Mustafa Təqvayi



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə11/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   7   8   9   10   11   12   13   14   ...   67
Salam-olsun-İbrahimə-2

Restoran 
Mustafa Təqvayi 
İbrahimlə və məhəllə uşaqlarımızdan bir neçəsi ilə dost 
idim.  Voleybol,  güləş  və  zorxana  idmanları  hamımızın 
əyləncəsi idi. 
Biz  altı-yeddi  nəfər  idik  və  vaxtımızın  çoxu  bir  yerdə 
keçirdi.  Aramızda  təkcə  İbrahim  işə  gedir,  bazarda 
çalışırdı. Onun gəliri olurdu, amma dostlarımızın çoxunun 
maddi durumu yaxşı deyildi. 
Bir gün İbrahim hamımızı restorana dəvət etdi, bizə ən 
yaxşı  kabab-plovu  sifariş  verdi  və  yeməyə  başladıq.  Çox 
ləzzətli  idi.  Xüsusən  də  maddi  vəziyyəti  yaxşı  olmayan 
bəzi dostlarımız uzun müddət idi belə xörək yemirdilər. 
İbrahim  bizim  iştahla  yediyimizi  görüb  sevinirdi.  Bir 
həftədən sonra hamımızı yenidən restorana dəvət etdi. Biz 
dedik  ki,  yox, olmaz,  həmişə sən...  Sözümüzü kəsib dedi: 
"Bu gün bizi Mustafa qonaq edir". 
Oturandan sonra İbrahim ayağıma vurub işarə verdi və 
stolun  altından  əlini  uzadıb  ovcuma  bir  qədər  pul  qoydu. 
Növbəti həftə yenə hamımızı restorana dəvət edib dedi ki, 
bu dəfə də filankəsə qonağıq. 
Növbəti  ayda  bu  iş  yenə  təkrar  olundu.  Bu  dəfə  başqa 
birinə  qonaq  idik.  Bu  proqram  bir  müddət  davam  etdi. 
Bizim  yeniyetməlik  və  gənclik  dövrümüzün  ən  gözəl 
xatirələrindən bəzisi həmin restoranla bağlıdır. 
İndi  övladlarımıza  bu  sözü  danışanda  çox  da  başa 
düşmürlər. İndi evlərdə hər gün plov bişir, kabab-plov adi 
xörəyə çevrilib. O zaman isə cəmiyyətin böyük hissəsi çox 
yoxsul vəziyyətdə yaşayırdı, ailələr çətinliklə dolanırdılar. 
O  zaman  plov  evlərdə  gec-gec  bişirdi.  Restoran 


 
37 
xörəklərinin  qiyməti  bəlkə  də  çox  deyildi,  amma  xalqın 
əlində pul az idi, maddi vəziyyət olduqca aşağı idi və belə 
xörəklər yemək imkan xaricində idi. 
O  dövrdən  illər  ötdü,  İbrahim  şəhid  oldu.  Bir  dəfə 
məhəllə uşaqları ilə bir yerə toplaşmışdıq. İbrahimdən söz 
düşəndə  dedim:  "Uşaqlar,  yadınızdadır,  İbrahim  bizi 
restorana aparıb kabab-plov alırdı?" 
Hamı təsdiqlədi. Uşaqların çoxu dedi: "Allah İbrahimə 
rəhmət  eləsin!  O  zaman  biz  necə  də  kabab-plov  yemək 
arzulayırdıq!"  Sonra  dedim:  "Gərək  bir  məsələni  etiraf 
edim.  Mənim  qonaqlıq  verdiyim  gün  əslində  pulum  yox 
idi.  İbrahim  stolun  altından  ovcuma  pul  qoydu  və  hesabı 
ödəməmi istədi". 
Bu  sözü  deyən  kimi  digər  dostlar  təəccüblə  mənə 
baxdılar.  Onların  biri  dilləndi:  "İbrahim  mənimlə  də  elə 
etdi.  Sizi  qonaq  edəcəyim  gün  yeməyin  pulunu  öncədən 
cibimə  qoyub  dedi  ki,  heç  kimə  söyləməyim".  Bundan 
sonra digərləri də eyni sözü dedilər. 
Qısası,  həmin  gün  başa  düşdük  ki,  bütün  o  müddətdə 
bizi kabab-plova qonaq edən yalnız İbrahim imiş. 


 
38 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin