H
əya
Hüseyn Cahanbəxş
Orta məktəb dövründə həmişə İbrahimlə bir yerdə idim:
ya idmana gedirdik, ya məscidə, ya heyətə. O, bütün dost
və həmyaşıdlarına əxlaq nümunəsi idi. Digər dostların
sözlərini təkrarlamaq istəmirəm. Hamı bilir ki, İbrahim
həqiqətən kamil insan idi.
Lakin məndə sual yarandı ki, İbrahim nə üçün birdən-
birə bu qədər dəyişdi, əxlaqi və dini məsələlərdə hamıdan
önə keçdi?
Sonralar çox fikirləşdim. Ona yaxşı tərbiyə vermiş ata-
anasından əlavə məhəllə sakinlərindən biri də onun
şəxsiyyətinin formalaşmasında mühüm rol oynamışdı.
Onların
qonşuluğunda,
Xorasan
meydanının
yaxınlığında Seyid Abbas adlı bir pəhləvan yaşayırdı. O,
idmançı idi, İbrahimi çox sevirdi, hara getsəydi, özü ilə
aparırdı. O deyirdi: "Mən bu oğlanın ədəb-ərkanına və
həyasına vurulmuşam".
Çoxlu zorxanalara gedib-gəlir, hamı onu hörmətlə
qarşılayırdı. Mən də İbrahimə qoşulub bir neçə dəfə Seyid
Abbasla birgə idmana getdim. Yolda bizimlə danışır,
dolayı yolla nəsihət verirdi. Seyid Abbas dünyagörmüş,
mənəviyyatlı və savadlı bir adam idi, heç bir tapşırıq
vermədən inandıqlarının çoxunu bizə öyrədirdi.
Allah onu İbrahimə xeyirxah bir müəllim göndərmişdi.
Bir qədər sonra öyrəndik ki, Seyid Abbas şahənşah
ordusunun xüsusi təyinatlılarının təlim rəhbəri seçilib. Bu
iş ona əsla yaraşmırdı. O, saqqallı, çox dindar və mömin
idi.
31
İbrahim çox nəzakətlə bunun səbəbini Seyid Abbasın
özündən soruşdu. O dedi: "Məndən xüsusi təyinatlılara
məşq keçməmi istədilər, mən də bu şərtlə qəbul etdim ki,
saqqalımı qısaltmayım, namazımı ilk vaxtda qılım və dini
məsələlərdə azad olum".
Bir ildən sonra İbrahim güləşə başlayanda Seyid Abbas
bir qəzada dünyasını dəyişdi.
Seyid Abbasın İbrahimə təkidlə tapşırdığı ən mühüm
məsələlərdən biri həya idi. O deyirdi: "Həyalı adamın
səadətinə ümid var, həyası olmayanın isə dini də olmaz".
İbrahim onun təsiri altında həmişə enli paltarlar
geyinirdi, heç vaxt başqasının yanında soyunmazdı. Biz
İbrahimi çoxlu idmanlarda görmüşdük. O, stolüstü
tennisdə, voleybolda, hətta futbolda da usta idi.
İbrahim bir dəfə futbol oynayarkən asfalt üzərində
qayçı zərbəsi vurdu. Bədəni bu qədər elastik və qüvvətli
idi. Lakin onunla üzgüçülüyə getməyimiz yadıma gəlmir.
Bu da onun həyasından irəli gəlirdi. Bəlkə də hovuza
gedirdi, amma yoldaşları ilə yox.
İbrahim adətən uzun güləş geyimi geyinirdi və
digərlərinin yanında soyunmurdu. Çox vaxt güləş
formasını evdə paltarlarının altından geyinir, zalda yalnız
üst paltarlarını çıxarırdı.
Həya
məsələsi
İbrahimin
həyatının
bütün
mərhələlərində görünür. Naməhrəm önündə olduqca
həyalı idi. Biz İbrahimgilə gedəndə heç vaxt anası və ya
bacısı ilə rastlaşmazdıq. Onda və ailəsində həmişə bu
həyanı görmüşük.
Həmyaşıdları arasında həyalı olanlarla yoldaşlıq edirdi.
Birinin utanmaz və həyasız olduğunu görəndə onu
dəyişdirməyə çalışırdı. Məncə, hətta bu həyasına görə
cəsədinin qayıtmamasını arzulayırdı.
32
Bir dəfə Behişti-Zəhra (ə) məzarlığına şəhidlərin birinin
dəfn mərasiminə getmişdik. Orada şəhidin cənazəsini
yuyurdular, insanlar da baxırdılar.
İbrahim dedi: "Allah eləsin biz belə olmayaq. Ölüyuyan
fikir verməsə, camaatın önündə rüsvay olarıq".
Sonra əlavə etdi: "Mən Allahdan istəmişəm ki, seyidlər
anası həzrət Zəhra (ə) kimi tanınmaz qalım və mürdəşirə
işim düşməsin".
|