Sill
ə
Məhəmməd Əkbəri Dolabi
Yetmişinci illərin əvvəlləri bizim yeniyetmə dövrümüz
idi. Gündüzlər çıraq düzəltmə işində çalışırdım, bekar
olanda dost-tanışlara görə göyərçin uçururdum. O dövrdə
bizim həmyaşıdlarımızın çoxu ya günahla məşğul idilər,
ya da işlə.
Mən günortadan sonralar Şəhid Əcəbgül xiyabanına
gedirdim. Orada dostlarımla vaxt keçirərkən öz yaşıdım
olan və digərlərindən fərqlənən biri ilə tanış oldum. O da
bizim kimi deyib-gülür, zarafat edirdi, amma əsla günaha
yaxınlaşmırdı. Adı İbrahim Hadi idi. Onunla dost
olmağıma çox sevinirdim. Güləşçi idi və güclü bədəni
vardı.
Ovaxtkı dostlarımın çoxu sonradan şəhid oldular.
Ümumilikdə ən azı əlli şəhid gördüm, amma minlərlə dəlil
göstərə bilərəm ki, İbrahim onların arasında ulduz kimi
parlayırdı, günah onun vücuduna yol tapa bilmirdi.
Biz cümə günləri bir yerə toplaşıb gizlət-tap
oynayırdıq. Çox əyləncəli idi. İbrahim də bizi
həvəsləndirirdi ki, əxlaqsız işlər ardınca getməyək. Namaz
vaxtı gələndə isə bizi məscidə aparırdı. Yadımdadır, Hacı
ağa Kafinin Tehran Mehdiyyəsindəki məclislərini çox
tərifləyib deyirdi: "Gəl cümə günü səhər Mehdiyyəyə
Nüdbə duasına gedək". Mən də deyirdim ki, sübh tezdən
gedə bilmərəm.
İbrahimin yanında olmaq bizə xoş idi; deyib-gülürdük.
Mən həftəsonu maaş alanda bütün dostları dondurmaya
qonaq edirdim. İbrahim əsəbiləşib deyirdi: "Bir qədər
34
işlərini proqrama sal, nə üçün bütün maaşını birdən
xərcləyirsən?!"
Bir axşam birlikdə Musa ibn Cəfər (ə) məscidinə
getdik. Mən İbrahimin namaz qılmasına baxırdım.
Namazda gözləri bağlı idi. Dedim ki, bu iş düzgün deyil.
Belə cavab verdi: "Əgər namazda daha diqqətli olmaqdan
ötrü olsa, eybi yoxdur. Mən gözlərimi bağlayıram ki,
diqqətim çoxalsın".
İbrahim yeniyetməlik çağından təkcə mənə yox,
məhəlləmizin bütün uşaqlarına vaxt sərf edir, onlarla
məşğul olurdu. Onların çoxu mömin insanlar oldular,
məscidlərin daimi namazqılanlarına çevrildilər. Məscid
adamı olmayanlar da iş ardınca getdilər və əxlaqsız işlərə
qurşanmadılar. Bütün bunların səbəbkarı İbrahim idi.
İnanın, bizim çevrəmizdəki yaşca böyük olanlar da
İbrahimin şəxsiyyətinə görə pis söz danışmırdılar. O, hər
yerdə bizə Allahı xatırladırdı. İnanıram ki, əsl mömin idi.
Çünki hədislərdə belə göstərilir: "Mömini görmək insana
Allahı xatırladır".
Onun bütün rəftarları bizə dərs idi. Heç vaxt ədalətdən
və həqiqətdən uzaqlaşmazdı.
Qonşularımızın biri başqalarına sataşan davakar adam
idi. O, ağa İbrahimlə bir klubda idman edirdi. Bir dəfə
idmanda dalaşıb birinin dişini qırdı. Dişi qırılan adam da
şikayət etdi. Mən məhkəmədə ondan şikayətini geri
götürməsini istədim, amma qəbul etmədi.
Davakar qonşumuz mənə dedi: "Get, tez İbrahimi
çağır".
Getdim və birtəhər onu tapıb gətirdim. O, içəri girəndə
həm şikayətçi, həm də müttəhim ayağa qalxdı. Dişi
sındırılmış şikayətçi hakimə dedi: “Əgər ağa İbrahim
35
istəsə, mən şikayətimi geri götürərəm. Mənim ona böyük
hörmətim var”.
Qonşumuz sevincək dedi: "Allaha şükür! İbrahim can,
de, şikayətini geri götürsün". Lakin İbrahim çox ciddi
şəkildə dedi: "Xeyr, geri götürmə. Bu ağa bilməlidir ki,
hər şeydən ötrü dava-dalaş salmazlar".
Hamı israrla İbrahimdən fikrini dəyişməsini istədi, o isə
qəbul etmədi. Şikayətçi getdi və müttəhimi həbsxanaya
apardılar. Qonşumuz orada bir sutka qalandan sonra
İbrahim zərərçəkmişə dedi: "İndi get, şikayətini geri götür.
Onu bir az tənbeh etmək lazım idi".
***
Üstündən 40 il ötsə də, bir məsələ yadıma düşəndə ona
ürəyim yanır və gözlərim yaşarır. Bu, sillə hadisəsidir. Bir
gün səhər işə getməyə hövsələm yox idi. İbrahimin yanına
gedib onunla danışmağa başladım. Onunla həmsöhbət
olmaq gözəl idi. Onun sözlərinin, nəsihətlərinin insana
necə təsir etdiyini bilməzsiniz. O, insanı həyata və işə
ümidvar edirdi. Bir qədər sonra uzaq qohumlarımdan olan
müdirim motosikletlə gəldi və hirslə dedi: "Bu qədər
cəsarətlənmisən ki, işə gəlmir və dostunun yanına
gedirsən?!"
Sonra motosikletdən enib bizə yaxınlaşdı. O, İbrahimi
tanımırdı. Birdən onun üzünə möhkəm bir sillə vurdu və
məni də özü ilə işə apardı. İbrahimi vuranda mən çox pis
oldum. Müdirim pis adam deyildi, amma İbrahimin necə
qayğıkeşliklə bizə vaxt qoyduğunu bilmirdi. İbrahim çox
asanlıqla onun cavabını verə bilərdi, amma heç nə etmədi.
O hadisədən sonra dəfələrlə İbrahimi görüb söhbətləşdik,
amma heç vaxt o hadisə haqda danışmadı.
|