Şamil Vəliyev – 50



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə37/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   33   34   35   36   37   38   39   40   ...   63
(ixtiyar köylünü vurur)
Haydı, şaşqın ixtiyar,
Tənbəllərə qırmanc var.
İXTİYAR
Vurma, sönmüş qüvvətim,
Yoxdur daha taqətim.
İKİNCİ MƏMUR
Başqa laf istəməm, sus,
Əmr eyləmiş Keykavus:
Bu qələ hər nə olsa
Bitməlidir bir aya.


223
Bu dialoqdan aydın olur ki, Keykavus kimi qana susamış xaqanlar
hakimiyyət, güc, silah, dözülməz cəza tədbirləri vasitəsilə özlərini cəmiyyətin
havadarları, haqq-qanun müdafiəçiləri kimi göstərirlər. Hüseyn Cavid
hökmdarların özlərindən uydurduqları «qanunların» zülm və fəlakətdən başqa
heç bir nəyə qadir olmadığını söyləyirdi. «lənət olsun uymam bu gündən sonra,
almasla parlayan qanlı taclara» - deyən Səyavş, Hüseyn Cavidin öz
humanizmini, demokratizmini, həqiqətə və azadlığa məhəbbət fəlsəfəsini
ifadəedirdi.
Biz dramaturqun «Səyavuş» faciəsindən sonra qələmə aldığı «Xəyyam»
pyesindəki (1935) Yusifin Alp Arslana cəsarətlə dediyi sözlərə nəzər saldıqda
Cavidin mütərəqqi ideyalarının daha da inkişaf etdiyini, onun inqilabçı
surətlərinin ideya-məfkurə və sənətkarlıq cəhətdən bir az da irəli getdiyini
görürük. Alp Arslan Şərqin böyük filosof şairi Xəyyamdan nə istədiyini
soruşduqda, o, kəndli üsyanının başçısı Yusifin azad edilməsini tələbedir. Yusifi
xaqanın hüzuruna gətirirlər. Lakin zülm yuvası saraylara vəz alım şahlara qarşı
kin bəsləyən üsyankar ruhlu Yusif təkcə özünün azadlığını düşünmür. Alp
Arslanın bu «mərhəmətini» nifrətlə qarşılayan Yusif onun bütün xəyanətlərini
üzünə deyir:
Sən iştə zəhər kasələrindən səhər
axşam,
Sondun bizə badə.
Evlər təməlindən yıxılıb, qalmadı
bir dam,
Sən etdin iradə.
Var-yox soyulub getdi o bayquş Xülafəyə,
Qoydun bizə minnət.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin