Şamil Vəliyev – 50



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə38/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   34   35   36   37   38   39   40   41   ...   63
(acı qəhqəhələrlə)
Onlar nə verirlər sənə? Əfyunlu hədiyyə –


224
Zəm-zəm suyu, cənnət…
Yıprandı xürafat ilə başlarda beyinlər,
Sənsən bunu rəhbər.
Xırsızlara olduq kölə, etməzmi səfalət,
Bitməzmi bu zillət?!
«Xəyyam»da Yusifin Alp Aslana dediyi «sən iştə zəhər kasələrindən səhər-
axşam, sondun bizə badə»misraları,  «Səyavuş»da Altayın valiyə dediyi
«məzlumlar qanından badə sondunuz» misrasının daha təsirli davamı idi desək,
yəqin ki, yanılmarıq.
«Səyavuş» müəllifinin üstünlüyü məhz onda idi ki, tarixilik prinsipinə
sadiq qalmaq şərtilə, yəni tarixi faktları təhrif etmək şərtilə öz yüksək məqsəd,
arzu və istəkləri ilə bizim həməsrimiz ola biləcək qəhrəmanlar yaratmışdı. Cavid
«Şahnamə»nin «Səyavuş» dastanından istifadə edərkən onun surətlərinə gözəl
xüsusiyyətlər aşılamış, tamamilə yeni və orijinal insan xarakterləri yaratmışdı.
Yeri gəlmişkən, sual oluna bilər ki, nə üçün Cavid faciəni qləmə alarkən
«Şahnamə»nin başqa dastanlarına deyil, məhz «Səyavuş» dastanına müraciət
etmişdir?
Əlbəttə, Cavid öz mütərəqqi ideyalarını, həyata olan yeni baxışlarını daha
təsirli vermək üçün məhz bu daha əlverişli və üstün bilmişdir. Tarixə «ağalar və
qullar» tarixi kimi nəzər salmaq üçün «Səyavuş» motivləri ona daha böyük
imkanlar təmin etmişdi.
Mehdi Hüseyn yazırdı:  «…Şərq dahisi Firdovsinin əfsanələrini
əksəriyyətlə ayaqlayıb keçən Cavidin, bu yolla hərəkət etməsini ona kimsə
qadağan edə bilməz. Əsas məqsəd tarixin səhifələrində qanla yazılmış
istismarçıları, qan içənləri, insan qafasından kuzələr yapdıran insan cəlladlarını
ölçü qəbul etməz bir səadətlə dolu olan sinifsiz… cəmiyyətin qəhrəman
qurucularına yenidən xatırladaraq onun müasir kapitalist cəmiyyətində kök
salmış qalıqlarına ölüm zərbəsi endirməkdirsə, Cavidin «Səyavuş»u özünə


225
asanlıqla bəraət qazandıra bilər» (M.Hüseyn. Cavid haqqında bir neçə söz.
«Səyavuş», Bakı, Azərnəşr, 1934, müqəddimə).
«Səyavuş» faciəsində uzaq tarixi keçmişə dövrün tələbləri səviyyəsindən
yanaşan dramaturq şəxsiyyət və xalqlar azadlığı məsələsini işıqlandırmağa
çalaşmaşdar. Ümumi-tarixi inkişafda, əxlaq və mənəviyyatda olan fəci
ziddiyyətlər üzərində ehtiraslı və narahat düşüncələr, ideya axtarışları Hüseyn
Cavidi mütləq belə bir temptikaya gətirib çıxarmalı idi» (Q.Yaşar.  «Faciə və
qəhrəman». EA nəşriyyatı, 1965, səh.152).

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin