57) Lent şəkilli qurdlar sinfinə hansı qurd aiddir?
A) Bizquyruq
B) Askarid
C) Tükbaş
D) Enli lent şəkilli qurd
E) Opistorx
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 269
Lent şəkilli qurdlar sinfinə öküz teniyası, donuz teniyası, cırtdan qurd, enli lent şəkilli qurd, exinokokk və alveokokk qurdları aiddir.
58) Girdə qurdlar sinfinə hansı qurd aiddir?
A) Donuz teniyası
B) Askarid
C) Öküz teniyası
D) Enli lent şəkilli qurd
E) Exinokok
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 269
Girdə qurdlar sinfinə bizquyruq, askarid, tükbaş qurd, trixinella, ankilostoma və s. aiddir.
Dostları ilə paylaş: |