623) Aşağıdakılardan hansı sağlam həyat tərzinə aid deyil?
A) Hipodinamiya
B) Orqanizmin möhkəmləndirilməsi
C) Səmərəli qidalanma
D) Zərəli vərdişlərdən imtina etmək
E) Gün rejiminə əməl etmək
Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 стр 357 - 362
624) Dərinin temperatur dəyişməsinə qarşı ən həssas nöqtələri hansılardır?
A) Daban, bud, əlin iç səthi
B) Boyun, üz,baldır
C) Kürək, qarın, said
D) Bazu, ayağın üst və alt səthi
E) Alın, döş, əlin bayır səthi
Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 43
625) Havada olan yüklü hissəciklər necə adlanır?
A) Fotooksidantlar
B) Atom və molekullar
C) Aerotenklər
D) Aeroionlar
E) Aerozollar
Ədəbiyyat: Р.Д.Габович. Гигиена.Москва 1982 стр 32 - 33
626) Radioaktiv şüalar hansılardır?
A) Elektromaqanit şüaları, ultrasəs dalğaları
B) Alfa, betta, qamma, rentgen şüaları
C) İnfoqırmızı və ultrabənövşəyi şüalar
D) Lazer şüaları, işıq şüaları
E) Maqnit seli, yüksəktezlikli cərəyan
Ədəbiyyat: M. A. Kazımov Ümumi gigiyena. Bakı 1999 səh 492
Dostları ilə paylaş: |