825) Streptokoklar yaxmada necə yerləşir?
A) Topa halında
B) Qısa və uzun zəncir formasında
C) Üzüm salxımı formasında
D) Cüt - cüt
E) Şam alovuna bənzər
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 176
826) Streptokok infeksiyası zamanı müayinə üçün nə götürülür?
A) Onurğa beyni mayesi
B) Burundan ifrazat
C) Bəlğəm
D) Qan
E) Mədənin yuyuntu suyu
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 176
827) Streptokoklar hansı xəstəliyi törədir?
A) Blennoreya
B) Meningit
C) Süzənək
D) Skarlatina
E) Dizenteriya
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 179
828) Morfoloji qurluşuna görə pnevmokoklar hansı formadadır?
A) Şara bənzər
B) Lanset şəkilli diplokok
C) Paxla şəkilli kok
D) Tetrakok
E) Sarsin
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 183
Dostları ilə paylaş: |