831) Meninqokokların morfoloji quruluşu necədir?
A) Lanset şəkilli diplokoklardır
B) Paxla şəkilli, cüt - cüt yerləşən koklardır
C) Sarsindir
D) Mikrokokdur
E) Şara bənzərdir
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 187
832) Meninqokok infeksiyasında xəstəlik mənbəyi aşağıdakılardan hansıdır?
A) Ağcaqanadlar
B) Xəstə heyvanlar
C) Gənələr
D) Xəstə adamlar
E) Birələr
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 189
833) Meninqokok infeksiyası zamanı müayinə ücün hansı material götürülür?
A) Bəlğəm
B) Qusuntu kütləsi
C) Mədənin yuyuntu suyu
D) Onurğa beyni mayesi
E) Sidik
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı.1998. Səh. 190
834) Meninqokoklar hansı xəstəliyi törədir?
A) Pnevmoniya
B) Epidemik serebrospinal meningit
C) Revmatizm
D) Qızıl yel
E) Skarlatina
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 189
Dostları ilə paylaş: |