839) Bağırsaq çöpünü tədqiq etmək üçün hansı müayinə materialı götürülür?
A) Əsnəkdən selik
B) Nəcis
C) Bəlğəm
D) Yaradan götürülmüş möhtəviyyat
E) İrin
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı.1998. Səh. 183
840) Salmonellalar hansı xəstəliyin törədiciləridir?
A) Göyöskürək
B) Kandidozlar
C) Qarın yatalağı
D) Botulizm
E) Tetanus
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 200
841) Qarın yatalağının seroloji diaqnozunda hansı reaksiya tətbiq olunur?
A) Presipitasiya
B) Vidal
C) Xeddelson
D) Vasserman
E) Rayt
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 187
842) Dizenteriya bakteriyalarının morfoloji quruluşu necədir?
A) Kiçik hərəkətli
B) Təbil çubuğuna oxşar
C) Hər iki ucu sancaqşəkilli
D) Ucları dairələnmiş hərəkətsiz çöplərdir
E) Oval formasındadır
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 213
Dostları ilə paylaş: |