323) Bağırsağa təsir göstərən insektisid hansıdır?
A) “Perfolon”
B) “Nittifor”
C) Karbofos
D) Bor turşusu
E) Xlorofos
Bağırsağa təsir göstərən insektisid bor turşusudur.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 107
324) Hansı həşərata qarşı mübarizədə bağırsaq təsirli insektisiddən istifadə edilir?
A) Taxtabiti
B) Ağcaqanad
C) Birə
D) Gənə
E) Tarakan
Tarakana qarşı mübarizədə bağırsaq təsirli insektisiddən istifadə edirlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 107
325) Pedikulyozu olan şəxslərin sanitar təmizliyi dezinfeksiya stansiyasının hansı şöbəsində aparılır?
A) Profilaktik dezinfeksiya
B) Epidemioloji
C) Parazitoloji
D) Kamera
E) Sanitar buraxıcısı
Pedikulyozu olan şəxslərin sanitar təmizliyi dezinfeksiya stansiyasının sanitar buraxıcısı şöbəsində aparılır.
Ədəbiyyat:İ.Ə.Ağayev,E.M.Quliyeva,F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 124
326) Paltar biti ocağında yekun dezinseksiyanı yerinə yetirdikdə nə zərərsizləşdiilir?
A) Qab - qacağı
B) Qida qalığı
C) Qanı
D) İfrazatı
E) Yataq əşyaları
Paltar biti ocağında yekun dezinseksiyanı yerinə yetirdikdə yataq əşyalarını zərərsizləşdirirlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 124
Dostları ilə paylaş: |