844) Sifilisin seroloji müayinəsində hansı reaksiya tətbiq edilir?
A) Rayt
B) Vidal
C) Xeddelson
D) Pirket
E) Vasserman
- Vasserman
Sifilisin seroloji diaqnostikasında Vasserman reaksiyası daha geniş tətbiq olunur. Bu məqsədlə xəstəliyin ikinci və üçüncü dövrlərində xəstənin qan zərdabından istifadə edilir.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 235
845) Aşağıdakilardan hansı ərzaq məhsullarının sanitar göstərici mikrobudur?
A) Meninqokok
B) Difteriya çöpü
C) Qonokok
D) Bağırsaq çöpü
E) Sarsin
Bağırsaq çöpü
Ət və kolbasa məhsullarının sanitar bakterioloji müayinəsində 1 q məhsulda bağırsaq çöpləri təyin edilir.
Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская. « Микробиология» «Медицина» Москва .1987. Səh. 492
846) Əllərin yuyuntu suyunun sanitar bakterioloji müayinəsində nəyi aşkar etmək olar?
A) Difteriya çöpü
B) Qonokok
C) Meninqokok
D) Qızılı stafilokok
E) Pnevmokok
- Qızılı stafilokok
Qızılı stafilokoku.
Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская. « Микробиология» «Медицина» Москва. 1987. Səh. 500
Dostları ilə paylaş: |