847) Malyariya plazmodisinin cinsi inkişaf dövrü harada gedir?
A) Dişi ağcaqanadın bədənində
B) Quşlarda
C) Havada
D) İnsan orqanizmində
E) Suda
- Dişi ağcaqanadın bədənində
Cinsi inkişaf dövrü Anapheles cinsindən olan dişi ağcaqanadın bədənində gedir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı. 1995. Səh. 403
848) Malyariya zamanı qandan hazırlanmış qalın damla hansı üsulla boyanır?
A) Sil - Nilsen
B) Ojeşko
C) Burri
D) Romanovski - Gimza
E) Qram
- Romanovski - Gimza
Romanovski - Gimza üsulu ilə qan yaxması 50 dəqiqə müddətində boyadılır, sonra su ilə yuyulur və havada qurudulur.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 309
Dostları ilə paylaş: |