994) Pasterizasiya hansı temperaturda necə müddətə aparılır?
A) 56 – 580 C - də; 1 gün
B) 65 - 70 0 C - də; 1 saat
C) 600 C-də; 5 dəqiqə
D) 300 C - də; 20 dəqiqə
E) 100 - 0C-də ; 60 dəqiqə
Pasterizasiya qismən sterilizasiyadır. Pasterizasiya zamanı mikrobların vegetativ formaları ölür, spor formaları isə diri qalır. Belə sterilizasiya növünü ilk dəfə Paster təklif etmişdir. Bu yol ilə müxtəlif qida məhsullarını (süd, meyvə, tərəvəz məhsulları), müxtəlif meyvə şirələrini və s. “sterilizasiya” edirlər. - 65 - 700 C - də; 1 saat müddətində pasterizasiya aparılır.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 56
Dostları ilə paylaş: |